Son vaxtlar boşanmaların səbəbi kimi ortaya atılan daha bir səbəb maraq doğurur – intim uyğunsuzluq. Söhbət intim uyğunsuzluqdan gedirsə, deməli, yaş faktoru mütləqdir.Modern.az müxtəlif ekspertlərlə yaş fərqinin intim uyğunsuzluqda və boşanmalarda nə dərəcədə rol oynadığını araşdırmağa çalışıb.Uroloq-androloq Rauf Rzayevə görə, yaş fərqinin çox olması seksual uyğunsuzluq yarada bilir. Mütəxəssis hesab edir ki, 40-50 yaşlı kişinin 30-40 yaşlı həyat yoldaşı seksual həyatının başlanğıcında olur: “30-40 yaş qadın üçün ən gözəl vaxtdır. Orda seksual yetməməzlik baş verir. Ailədə seksual yetməməzlik münasibətlərə də mənfi təsir göstərir”.
Mütəxəssisin fikrincə, tibbi baxımdan qadınla kişi arasında maksimum 8-10 yaş fərq ola bilər. Fərq bu həddi keçirsə, əksər hallarda intim uyğunsuzluğa gətirib çıxarır, yekunda münasibətlər gərginləşir, soyuqlaşır və boşanma ilə nəticələnir. Bəs evlilik üçün ideal yaş fərqi neçədir?“İdeal yaş fərqi 2-6-dır”.
Bəs qadının kişidən kəskin fərqlə böyük olması münasibətlərə necə təsir göstərir? Ekspertə görə, adətən belə münasibətlər evlilik çərçivəsində baş vermir: “30 yaşlı kişinin həyatında 50 yaşlı qadın varsa, kişidə seksual həvəs get-gedə azalır. Bu artıq ailə deyil, başqa münasibətdir. Bu tip ailənin də başqa problemi ola bilər. Qadına daha uyğundur ki, kişi yaşda ondan böyük olsun”.
Kəskin yaş fərqi xəyanətə səbəb olurmu?
Ekspertin fikrincə, xəyanət təkcə seksual problemlə bağlı deyil: “Elə qadınlar var ki, 30 yaşında əri rəhmətə gedib, 70 yaşına qədər heç vaxt xəyanət etməyib. Xəyanətlərin səbəblərindən biri intim uyğunsuzluqdur. Amma burda başqa səbəblər də var. Ailələrin dağılmasının seksual anlaşılmazlığa aid olan hissəsi azdır. Amma belə olanda münasibətlər soyuyur, gərginləşir. Tibdə və həmçinin dində göstərilir ki, ən ideal variant həftədə 3 dəfə cinsi əlaqədə olmaqdır. Amma yaşla əlaqədar olaraq həftədə 2 yaxud 1 dəfə də olur”.
Sosioloq Əhməd Qəşəmoğluna görə isə sosiologiyada yaşın özü bir göstəricidir və araşdırmalarda əsas diqqət mərkəzində olur: “Azərbaycanda vəziyyət bir az başqa cürdür. Əgər ortada kəskin yaş fərqi varsa, yaxud qadın kişidən çox böyükdürsə, insanlar bu evliliyin başqa məqsədlərə söykəndiyini düşünürlər.Ailələrin məsləhəti, yaxud hansısa maddi maraq ola bilər: "Yaş fərqi 5-dən çox olanda anlaşılmazlıq yaranır. Kişinin 5 yaşa qədər böyük olması normalıdır. Kişilərin yaşca kiçik olmasında da anlaşma problemi özünü göstərir. Söhbət Azərbaycandan gedir. Amma başqa ölkələrdə belə məsələ yoxdur. Vaxtilə bununla bağlı araşdırma aparmışam. İdeal yaş fərqi isə kişinin 3 yaş böyük olmasıdır".Psixoterapevt Fərqanə Nəcəfli isə düşünür ki, qadın fiziki olaraq daha tez yaşlandığından kişinin yaşca böyük olması vacibdir: “Təcrübəmdən deyə bilərəm ki, yaş fərqi eyni olmasa, daha yaxşı olar. Kişinin yaşca böyük olması mütləqdir. Psixologiya ilə bağlı ədəbiyyatlarda yazılır ki, 5 yaş fərq olsa, normaldır. Mən də bu fikirlə razıyam. Maksimum 8 yaş fərq ola bilər”.F.Nəcəfli hesab edir ki, qadının böyük olması da mümkündür: “Qadın böyük ola da bilər. Psixoloji uyğunluq məsələsinə gəlincə, bütün dövrlərdə qadınlar daha uzaqgörəndirlər. Məsələn, 20 yaşlı qadın 20 yaşlı kişidən daha çox bilir”.
XƏBƏR LENTİ
Uşaqların öz məhkəməsi olsun
Separatçı rejimin “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıb
Hamilə olduğunu düşünürdü əslində isə 18 kq-lıq...-FOTO
Adriana Lima qızlarından danışdı-FOTO
Ətir hazırlayaq
2018-ci ildə boşanan məşhurlar - FOTO
Paytaxtımızın 7 möcüzəsi - FOTO
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb
Miqrantlara sərfəli alternativ bazar ola bilər
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Hadise bacısı ilə barışdı-FOTO
Azərbaycanda yeni qurum yaradılır
Kələmli piroq (foto-resept)
Dost dedikdə - 1
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Xərçəng bürcü qadını
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Xətasız düşünmə sənəti (1)
Saç üçün maskalar
"Quba alması"na müştəri tapılmır
“Bülbüllər” kubok matçında qalib gəldi
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Prezident İlham Əliyev: “Azərbaycanda təkcə türk yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var”
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Qiyməli kələm (foto-resept)
Uşaqlara bu dərmanları verməyin!
Qırışları aradan qaldıran maska
"Bizim Tarla" - Soyulmuş pomidor
Alişandan sürpriz evlilik təklifi
Tarkandan qızına milyonluq hədiyyə
Tayson Eminemi nokauta saldı - VİDEO
95 yaşlı milyarder evləndi-FOTO
Erməni katalikos Şeyxdən kömək istədi
Əhmədlidə unikal piyada keçidi belə olacaq - FOTO
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Bu gün ilin ilk Ay tutulması baş verəcək
Həftənin ən zövqsüz ulduzu oldu-FOTO
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
"Şəfa" stadionunun adı dəyişdirilir?
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM + VİDEO
Dəniz canlılarının qəbiristanlığından sualtı görüntülər
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Gözəllik maskaları
Dünyanı titrədən xəbər
Toxuma işlərim
Məşhur aktrisa aylar sonra ilk dəfə-FOTO
Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)
İlham Əliyev bir qrup hərbçini “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib
Milli Ordunun yaranmasından 102 il ötür...
- ŞƏRHLƏR