Çingiz Mustafayevi ilk dəfə 1980-ci illərdə görmüşdüm, İnşaat Mühəndisləri İnstitutunun sanatoriyasının baş həkimi idi. Sinif yoldaşım Azim “İnşaat”da oxuyurdu və ilk dəfə o tanıtmışdı: “Bu, Çingizdir, çox xarizmatik və istedadlı adamdır, tələbələrin hamısı ona bənzəmək istəyir, yataqxanadakı bütün gənclər onu lider sayırlar”.
Doğrudan da həsəd aparılacaq dərəcədə xarizmatik idi. O gün hansısa tədbirə hazırlaşırdı və rəsmi geyinmişdi, uca boylu və tamamilə milli cizgilərə malik bir Azərbaycan gənci idi. Sonradan Azərbaycan Televiziyasında yayılan “Ekspromt” verilişində, tədbirlərdə onun daha yeni-yeni keyfiyyətlərinin şahidi oldum. Yaxın dostu, İnşaat Mühəndisləri İnstitutunun müəllimi Rasim Müzəffərli ilə “Ozan” ansabmlında musiqilər yaradırdı, Türk Dünyasının “Dünənki keçdi” adlı ilk rep parçasını ifa etmişdi. Bakı Disko Mərkəzində Azərbaycan dilində diskoteka aparıcılığının, yəni diceyliyin əsasını qoymuşdu, şeirlər yazırdı. Və Çingizin bütün bu yaradıcılığının ana xəttində bir amal dayanırdı - azərbaycançılıq. Çingiz və dostları özləri də bilmədən hansısa şüuraltı bir təlqinlə Azərbaycanın tələbə gəncliyini istiqlal davasına hazırlayırdılar.
Ümumiyyətlə, bu ilahi təlqinə qulaq asmaq, şüuraltı bir fəhmlə ən doğru yolu seçmək bacarığı Çingizin həyatının sonrakı illərində, xüsusilə də 1990-cı illərin əvvəlində Qarabağ münaqişəsi milli məfkurəmizi təlatümə salanda özünü daha qabarıq göstərdi. Həmin vaxt ölkədə düşərgələnmə yaranmışdı və hərə bir tərəfə çəkirdi.
Qarabağda erməni terrorçularının təzyiqi altında vəziyyəti gündən-günə pisləşən soydaşlarımızın taleyi isə heç kimin vecinə deyildi. Və onda Çingiz ayağa qalxdı və dedi: “Mən öz kameramı götürüb Qarabağa gedirəm və hər kəsə də bütün çəkişmələri kənara qoyaraq mənimlə getməyə dəvət edirəm, Vətən torpağı əldən gedir”. Onun bu addımı bir növ hun xaqanı Metenin məşhur kəlamını xatırladırdı: “Vətən torpağı ilə alver olmaz”.
Çəkilişləri göstərir ki, Çingiz Qarabağda sadəcə jurnalist, reportyor kimi davranmayıb. O, bütün müxbir soyuqqanlığını kənara ataraq əsgərləri döyüşə səsləyirdi, Xocalı faciəsi ilə üzləşəndə göz yaşlarını saxlaya bilmirdi. Axı Vətən övladı başqa cür davrana bilməzdi.
Tanrı onu böyük işlər üçün yaratmışdı və o, hələ körpə yaşlarından öz təyinatını dərk edirmiş. Qonşularının dediyinə görə, Çingizin dörd yaşı olanda qonşularında yaşayan bir rus qadın bir gün ondan soruşur ki, adının haradan gəldiyini bilirmi. O isə deyib: “Hə, bilirəm. Çingiz xan qəhrəman olub. Mən də böyüyəndə qəhrəman olacam”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Christophe Guinetin əl işləri
Müğənni arıqladı: tamaşaçılar gözləri ilə də qulaq asırlar - FOTO
Windows üçün ilk dəfə
"İstanbullu gəlin" üçün stilini dəyişən aktrisa-FOTO
Bakıda daha bir yolun yenidən qurulmasına başlanıldı
Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ
"LİKE" psixologiyası
Zəmzəm suyunun faydaları
Dünyanın ən böyük fənər sərgisi
Dünyanın ən varlı 10 baş məşqçisi
Nəfəsi daralan - qaralmağa
Günün qoroskopu: Ailənin yaşlı üzvlərini sevindirin
Yaponiyada 2020-ci ilin rəmzi olan heroqlif seçildi
Gözəllik inciləri
Rosalianın sevimli kostyumları
Sınaq imtahanlarının cavabı bu gün açıqlanır
Co Baydenin seçki qərargahının rəhbəri Trampı hədələdi
Atatürk köşkündə gizli sığınacaq tapıldı-FOTO
Sentyabrda hava necə olacaq?
Körpələrə qulluq
Mətbəxdə bilmədiklərimiz
Müge Boz ərə gedir-FOTO
Professordan KORONAVİRUS XƏBƏRDARLIĞI: “2 yaşa qədər uşaqlar...”
HAVA necə olacaq?-27 İyul
Məşhur aktyor vəfat etdi - FOTO
1 avroya qəsr almaq istəyirsiniz? - FOTO
Yeni il kekslərinin bəzədilməsi
HAVA necə olacaq? 5 İyul
Kəs və yapışdır-11
Alt paltarının ömrü necə uzadılır?
Bakıda nadir şiş əməliyyatı reallaşdı
Tarixdə bu gün
Konsert üçün 200 min xərcləyəcək
Uşaqlıq yolunun plastikası - vaginoplastika
Burak Özçivit və Fahriye Evcendən yeni qərar_FOTO
Günün qoroskopu:Sabaha indidən hazırlaşın!
Müdafiə naziri cəbhədə əsgərlərə yaradılan şəraitə baxdı
Nüsret Kann film festivalında-FOTO
Anamın əl işləri
Britaniyada son 27 ildə belə qış olmamışdı - FOTO
2015-ci ilin aksessuarları
Uşaqların öz məhkəməsi olsun
Məşhur cütlüyün Bodrum tətili-FOTO
Uşaqlarla bağlı hansı seçilməlidir: qadağa, yoxsa sərbəstlik?
Günün ulduz falı
Saç tökülməsinin qarşısını alan qidalar
Xərçəng olan müğənninin son halı heyrətləndirdi - FOTO
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Günün qoroskopu: problemlər az deyil
Məhşurlar ilk dəfə "Qırmızı Xalça"da
- ŞƏRHLƏR