Kabelsiz bağlantı sistemi ən çox uşaqlara mənfi təsir edir, hətta xərçəngə yol açır
İnternet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi) standart halını alıb. Wi-Fi kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Buna görə də bir sıra Avropa ölkələrində ictimai təşkilatlar hökumətdən tələb edirlər ki, ən çox uşaqlara təsir edən Wi-Fi-ın bağçalarda və orta məktəblərdə istifadəsini məhdudlaşdırsın.
Məsələn, İngiltərədə Müəllimlər Dərnəyi hökumətə müraciət edərək məktəblərdən Wi-Fi-ın yığışdırılmasını tələb edib. Hətta sözügedən ölkədə bəzi məktəb rəhbərləri kabelsiz internet bağlantısını yığışdırıblar. Kanadada da bir sıra orta məktəblər simsiz rabitədən imtina edib.
Uşaqlar radiasiyanı daha çox qəbul edirlər
Wi-Fi 2-ci dünya müharibəsi zamanı düşmənin uçan obyektlərini təyin etmək üçün quraşdırılan və güclü şüalanma verən radar operatorları ilə müqayisə edilir və insan orqanizminə vurduğu ziyana görə eyniləşdirilir. Ümumiyyətlə, mikrodalğalı radiasiyadan ilk dəfə 2-ci dünya müharibəsi zamanı istifadə edilib.
Alimlərin hesablamalarına görə, 3 yaşından 16 yaşına qədər uşaqlar əvvəlcə uşaq bağçasında, daha sonra isə məktəbdə 10 min saat simsiz rabitə vasitələrinin şüalarına məruz qalırlar.
Britaniyanın “Sunday Mirror” qəzetinin mütəxəssislərə istinadən yazdığına görə, uşaqların beyinləri kiçik olduğu və onların beyinlərində su az olduğu üçün mikrodalğalar onlara sürətli və tez təsir edir: “Uşaqlar radiasiyanı daha çox qəbul etmək xüsusiyyətinə malik olduğu üçün bu şüaların beyin şişi yaratma riski daha böyükdür. Məsələn, mobil telefonun uşaq olan otaqda iki dəqiqə zəng çalması uşaq beyninin funksiyasını 1 saatlıq dəyişir”.
Xərçəngə aparan yol
Alimlərin araşdırmalarına görə, 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyi də elan edib ki, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitədir.
Müsahibimiz Fəridə Bağırova 14 yaşlı dayısı oğlunun sümük iliyi xərçəngindən dünyasını dəyişdiyini bildirdi: “Rəhmətlik bütün günü yemədən-içmədən İnternetin qarşısında otururdu. Gün ərzində demək olar ki, bir dəfə yemək yeyirdi, internetin qarşısında oturmaqdan iştahasızlıq yaranmışdı və uşaq gündən-günə arıqlamağa başladı. Türkiyəyə apardıq. Dedilər ki, İnternetin qarşısında çox oturduğundan elektromaqnit dalğaları sümük iliyi xəstəliyinə səbəb olub”.
Yuxusuzluq, miqren, ürək döyüntüsü...
İKT mütəxəssisi Ramil Qafarovun sözlərinə görə, Wi-Fi insan sağlamlığı üçün potensial təhlükədir: “Buna görə də gecələr yatanda, yaxud gündüzlər istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki istifadə edilməsə belə, açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara görə, Wi-Fi yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit dalğaları insan toxumalarına zərər verir, hüceyrələrdə DNT pozğunluğuna da yol aça bilir”.
Terapevt Məlahət Abbasova da bildirdi ki, İnternetdən çox istifadə edənlərdə ümumi zəiflik və qan azlığı yaranır: “Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stressə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır. Xüsusilə hamilə qadınların wi-fi olan yerdən uzaq durması məsləhətdir”.
Nə etməli?
Həkimlər Wi-Fi-dan az zərər çəkmək üçün aşağıdakıları məsləhət görür:
1) Wi-Fi aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymalı;
2) Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır);
3) Modemdən istifadə etmədikdə söndürün, əks halda, o yenə də şüa yayacaq;
4) Yatdığınız otaqda modem qoymayın.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yayım gücü aşağı olan Wi-Fi-ın insan orqanizmi üçün riskli olmadığını deyir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR