Bakıda metro stansiyalarının sayı 76-a çatdırılacaq.
Qadin.Net xəbər verir ki, bunu redaktor.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, proses 2030-cu ilə qədər davam edəcək:
"2011-ci ildə təsdiq olunan konseptual inkişaf proqramına uyğun olaraq, yeraltı yollarının ümumi uzunluğu 119,1 km, elektron depoların sayı isə 5 olacaq. Hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikinti hissəsinin son mərhələsi bitmək üzrədir. Stansiya Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında yerləşir. Ən müasir sistemlərin təchizatı ilə inşa edilən bu stansiyanın arxa tərəfində 193.91 metr uzunluqda keçid kamerası da tikilir. Stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq".
Metropoliten rəsmisi inşa ediləcək stansiyaların xətlər üzrə başladığı və bitdiyi məntəqələrin geniş əraziləri əhatə edəcəyini vurğulayıb:
"Bənövşəyi xətt - Avtovağzaldan başlayaraq Babək prospekti istiqamətindən keçəcək və Qaraçuxur qəsəbəsinə qədər davam edəcək. Qırmızı xətt - Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. Mavi xətt - Yasamal yaşayış sahəsi ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsini birləşdirəcək. Sarı xətt - Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Yaşıl xətt - dairəvi olacaq. Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək".
Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dahilərin gizli sirri: beyni gücləndirən içkilər
Bakıya uçan təyyarə taksilərinin qiyməti açıqlandı
Ağdama sonuncu gedişim...
Ailə qurmaq istəyənlərin nəzərinə - Nikahdan əvvəl müayinədən keçin
Koronavirusla bağlı son STATİSTİKA
3 aya 24 kiloqram arıqladan qarışım
Yeni "iPhone 7" gəlir
Sirli sərdabələr tapıldı
Vegeterianlıq nədir?
Azərbaycan parlamentinin spikeri seçildi
Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu
Roma Papasına şokolad heykəli bağışlandı
Sabah hava necə olacaq?
Arzularınızın çin olmasını istəyirsiniz?-Açıqlama
Bakıda yağış yağacaq
"Dönərsən deyə" Nagehan Karaman
Təmiz qolu kirli əl batırdı
1 dəqiqəyə 9 milyon qazandı
Hazırda düşmən kəndlərimizi atəşə tutur - RƏSMİ
Yararlı məsləhətlər (3)
Limonlu brauni (foto resept)
Buterbrodlar
Soyuqdəymə ilə necə mübarizə aparmalı?
Rusiyanı Qarabağa görə təklədilər
Seçicilərin 86 faizi İlham Əliyevə səs verib!
Bakıda zaman azalır, həyəcan artır
Dişlərinizi bu ədviyyatla ağardın
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
Ayaq bilərzikləri-1
Məşhurların dəyişən tərzi
Uşaqlar üçün tapmacalar
Zibilyığanın marağı 900 illik mumiyanı üzə çıxardı
Lazer epilyasiyası edən qadınlar haqqında MARAQLI FAKT
"Başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur”
“Dərs vaxtı” proqramının yayımına start verilir
Ermənilərin vertolyot aclığı
Görünməz olmağı bacaran heyvanlar
Bakının yol polisi sürücülərə və piyadalara müraciət etdi
"Qızıl Qlobus" 2012
Rəqəmlər (5)
Dizaynın insan həyatındakı yeri
Xristian nazir peyğəmbərdən hədis dedi
Sürücülük vəsiqələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Günün ulduz falı
Çaylı bisküvit (foto resept)
Çin dünya ticarətinin liderinə çevrildi
Arda xanımına 2 milyonluq "Gelandewagen" -FOTO
Bir ailədən 3 şəhid
Ayaqları incəldən corablar ixtira edildi-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]