Qadin.Net bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov modern.az-a tikintisi davam etdirilən stansiya və depolarla bağlı son məlumatları verib.
O qeyd edib ki, hazırda bütün diqqət Bənövşəyi xəttin 3-cü stansiyasının tikintisinə yönəldilib:
"Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, "Papanin" adlanan ərazidə tikintisi davam edən stansiyanın açılışı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrinə nəzərdə tutulub".
B.Məmmədov bildirib ki, "Memar Əcəmi" stansiyasından B-3 (şərti ad) stansiyasına qədər olan tunellərə müasir qaydada yolun çəkilməsi başa çatmaq üzrədir:
"Həmin tunellər 7 vaqonluq qatar üçündür. Orada ilk dəfə dəmir-beton bloklardan istifadə olunur. Mövcud tunellərimizdə isə ağac şpallardan istifadə edilib. Həmin dəmir-beton blokları özümüz istehsal edirik".
Qurum rəsmisinin sözlərinə görə, Xocahəsəndə Bənövşəyi xəttin, Dərnəgüldə Yaşıl xəttin ikinci deposunun tikintisi aparılır:
"Xocəsəndəki deponun 1112 metr uzunluğunda sağ tunelinin tikintisi aprelde başa çatdırılıb. Dərnəgüldəki deponun tikintisi davam etdirilir. Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi nəzərdə tutulub".
Qeyd edək ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin hazırda 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə "İçərişəhər" stansiyasından sonra 4, "Həzi Aslanov" stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.
Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, "28 May" stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.
Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.
Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir.
Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.
Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.
Xatırladaq ki, ötən il qurumdan verilən açıqlamada şərti adı B3 olan stansiyanın 2018-ci ilin sonunda istifadəyə veriləcəyi açıqlanmışdı.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Anasına əsəbləşən uşaq sosial şəbəkədə diqqət çəkdi-VİDEO
Çağatay və Gizem haqqında məhkəmə qərarı
Məsamələri təmizləyən 3 üsul
Çempionlar Liqasının püşkünün vaxtı açıqlandı
Riqada 7 rayon qaytarıla bilər
Azərbaycanda gec evlənən kamil olur?
Millimiz növbəti mərhələdə
Sabahdan məktəblər bağlanır
Vatsapda MÜKƏMMƏL YENİLİK
Həyatımın fəsli
Yaşını göstərməyən 11 məşhur
Qadın olmaq
Üzünüzün formasına görə uyğun qaş forması necə olmalıdır?
Maqnit qasırğaları yaxın aylarda da tüğyan edəcək - XƏBƏRDARLIQ
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Yeni Lincoln Navigator göstərildi
Karantində olanların sayı açıqlandı
Dayə seçimində nəyə diqqət etməliyik?
HAVA necə olacaq?-15 noyabr
İlin ilk Günəş tutulması oldu
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Bağlanmış bazar açıldı
Prezidentdən yeni Sərəncam
Tarkanın ikinci körpəsinin cinsiyyəti məlum oldu-FOTO
Gözəl balalar üçün - 2
Çində zəlzələ: yaralılar var
Sabah 38 dərəcəyə qədər isti olacaq
Qan artıran ərzaqlar
Dadlı çiyələkli keks (foto resept)
8 May Şuşanın işğalı günüdür!
Beyazın"O səs Türkiyə"dən alacağı pul açıqlandı
Uşaqlar oxusun deyə (yardım edək)
Artıq çəkinin 2-ci tip diabetə təsiri
Klassik əsərlərin yazılmış ilk halı
Yeni təhlükəli virus yayılıb - Meymun qripi
Madonna “Eurovision”da çıxışa görə 1,5 milyon alacaq
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
WhatsApp-dan xəbər var
Mingəçevirdə Gül bayramı keçirilib
Günün ulduz falı
Ərdoğan: Sosial şəbəkələr hüquqlarımı pozur
Arda Turan evləndi -FOTO
İnternetdə şok
Məşhur cütlük AYRILDI
Məşhur aktrisa həbs olundu-FOTO
Gürcüstan-Tbilisi (6)
Təbiət möcüzələri
Ermənilər Dağlıq Qarabağı itirir
Atamın həsrəti...
Alyaskada 8 bal gücündə zəlzələ














