SpaceShipTwo kosmik aparatının uğurlu test uçuşundan sonra Virgin Galactic şirkətinin həmtəsisçisi Richard Branson nə zaman kosmik turist qismində kosmosa uçacağı barəsində məlumat verib. Britaniyalı milyarder Richard Branson uzun müddətdir ki, kosmosa uçmaq istədiyini bildirir. Bu ilin may ayında o bildirmişdi ki, bir neçə aydan sonra kosmosa uçacaq. İndi isə o, digər zaman intervalı barəsində məlumat verib. "Mən ümid edirəm ki, gələn ilin ortasında mən kosmosa uçacam. Bundan sonra isə digər turistlər də kosmosa uça biləcəklər" - deyə Richard Branson CNBC Power Lunch verlişinə müsahibəsində bildirib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bununla belə milyarder qeyd edib ki, o, təqribi zamanın seçilməsində səhv də edə bilər. Yəni onun gələn ilin ortasında kosmosa uçub-uçmayacağı hələki dəqiq deyil. "Mən əksər hallarda zaman seçimini düzgün qiymətləndirmirəm. İndi bizim sahib olduğumuz şeylərin əldə olunması üçün 14 il vaxt lazım oldu. Mən düşünürdüm ki, bunun üçün 7 il bəs edəcək" - deyə Richard əlavə edib. Branson əmindir ki perspektivli olan kosmik turizm sahəsindəki bütün rəqiblər arasında məhz Virgin Galactic şirkəti ilk olaraq kommersiya məqsədli xidməti təqdim edəcək. İlk mərhələlərdə kosmosa olacaq bir biletin qiyməti 250.000$ təşkil edəcək.
Branson-un fikrincə növbəti onilliklərdə biletlərin qiymətləri 40.000-50.000$-a düşməlidir. Bundan əlavə olaraq Virgin Galactic şirkətinin xidmətlərindən yararlanmaq istəyənlərin sayı isə artıq 600 nəfərdən çoxdur. Əgər Branson-un proqnozları düz çıxsa, onda hər bir kosmik səyahət zamanı kosmik aparatın daxilində 6 nəfər turist və nəfər şirkət əməkdaşı olmaqla ümumilikdə 8 nəfər atmosfer sərhədindən kənara çıxa biləcək. Bu səyahət 2.5 saat çəkəcək. Həmin vaxtın 6 dəqiqəsini turistlər çəkisizlik şəraitində keçirəcəklər. Daha sonra isə SpaceShipTwo kosmik gəmisi Yer kürəsinə geri qayıdacaq.
XƏBƏR LENTİ
Galaxy S5 smartfonu istehsal ediləcək
30 yaşdan sonra ailə qurmaq
HAVA necə olacaq?- 14 MART
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Sulu qara hazır olun
Dünyadan maraqlı faktlar (II hissə)
Kim deyir, gecələr yatmaq üçündür?
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Şeir əzbərləmək üçün üsullar
Sürücülər bu xəbərə mütləq baxsınlar
YouTube yeni şirkət alır
Gözlənilən kimi çıxmayan məhsullar
Qarın ağrısı səbəbləri və müalicə üsulları
Ronaldo hər gün mənfi 200 dərəcəli otağa girir
Gənc qadınlara məsləhət
Evdə mayonezi necə hazırlamalı? (resept)
Bu hallarda körpəni həkimə aparın
"Quş qripi" qayıdır
Berlində sürücüsüz hərəkət edən pulsuz elektrobuslar işə başlayır
3 günlük sindirella pəhrizi
JLo-nun istirahəti davam edir-FOTO
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
Hərbi qulluqçuların pensiyaya çıxması üçün şərtlər dəyişib?
Suriya Türkiyəni vurdu: yaralılar var
Avtovağzal yaxınlığında yol yenidən çökdü - sürücülər təhlükədə
Obezofobiya
Müsəlmanlar üçün xüsusi telefon
İlk gümüş dollar rekord qiymətə satıldı
Ən yaradıcı insanlar - REYTİNQ
Quru dəri üçün avokado maskası
İtaliya ölkəmizə yeni səfir təyin etdi
Maliyyə direktorları nəyə etibar edir?
Alma və pendir piroqu (foto resept)
Uşaqların sevmədiyi oyuncaqlar
Hidrogenlə işləyən ilk gəmi dünya turuna çıxıb
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Aslı Enver yeni filmə çəkilir-FOTO
12 mərtəbəli bina ölçüsündə UNO tapıldı
Bədənizin ehtiyacı olan qidalar
Alpinistlər buz bağlamış şəlaləyə dırmşdılar
Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı
Paytaxtın əsas magistral yollarında sürət həddi ENDİRİLDİ
Sabah saat 22:11 radələrində qış girəcək
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Beren Saat çimərlik FOTosu paylaşdı
Selena ilk dəfə Castinə qayıtmasından danışdı
Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO
Bakıda çovğun olacaq!
Ər öz arvadının namaz qılmağına mane ola bilərmi?