Mərkəzi Elmi Kitabxananın (MEK) Nadir kitab fondu 1998-ci ildə yaradılıb. Burada kitablar müəyyən meyarlar əsasında seçilərək yığılıb. Bunlardan ən önəmliləri region və ölkə əhəmiyyətli elmi kitablar, nəfis tərtibli kitablar, nəşr tarixi və ölçülərinə görə seçilən kitablardır.
Qadin.Net trend-ə istinadən bildirir ki, bunu MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova bildirib.
A.Səfərovanın sözlərinə görə, hazırda nadir kitab fondunda 17385 sənəd qorunub saxlanılır:
"Fondda Azərbaycan kitabxanalarındakı 20 ən qədim kitab mühafizə olunur. Kitablar qədim latın dilindədir, Roma imperiyası, tarix, kilsə və dini mövzulardadır. "Azərbaycan Respublikasının kitab abidələri"nə daxil edilən kitablar 1508-1572-ci illəri əhatə edir".
Şöbə müdiri MEK-də ölçülərinə görə seçilən və xüsusi şəkildə qorunub saxlanılan kitablardan da söz açıb.
"Ən qiymətli kitablar sırasında 500 xüsusi qorunub saxlanılan kitab var. XIX əsrin sonunda nəşr olunan kitablar xüsusi konteynerlərdə qorunur. Həmin konteynerlər turşusuz kartondan düzəldilmiş mikroiqlimli qutulardır. Fondda üz qabığı firuzə qaşlarla bəzədilən, ətrafı qızıl suyu ilə işlənmiş qədim kitablar da var ki, onlar da xüsusi mühafizə olunur. Ən kiçik kitab 1967-ci ilə aid Yanka Kupalanın "Şeirlər" kitabıdır, onun ölçüləri isə 3.5 x 4.5 santimetrdir. Ən iri kitab, Ərdəbil məscidinin müqəddəs xalçalarına aiddir, ölçüləri isə 54 x 64 santimetrdir".
Qeyd edək ki, fondda çox geniş formada bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyalar mövcuddur. Bunlardan oxucuların tez-tez müraciət etdiyi rus dilində XIX əsrdə Broxqauz - Efron tərəfindən nəşr olunmuş Ensiklopedik lüğət (82 cild), XIX əsrdə nəşr olunan Ensiklopedik lüğət "Qranat"(44 cild), 1875-ci və 1946-cı illərdə nəşr olunmuş ingilis dilində "Britanika" (51 cild), 1944-cü il nəşri "American" ensiklopediyası (28 cild), Londonda nəşr olunmuş "Yeni universal ensiklopediya" (14 cild), 1994-ci ildə nəşr olunmuş "World Book" (22 cild), alman dilində 1977-ci ildə nəşr olunmuş 15 cilddə "Mayerin yeni lüğəti" universal ensiklopediyalarıdır. Fransız dilində isə "P.Larousse", "Qrand ensiklopedi", "Universales" ensiklopediyaları Nadir kitab fondunun rəflərini bəzəyir.
XƏBƏR LENTİ
Rəsmi Bakıdan Mnatsakanyanın Moskvadakı yalanlarına SƏRT REAKSİYA
Məşhur cütlüyün xöşbəxt evliliyi cəmi 30 gün çəkdi
Dırnaqlar niyə qırılır?
Kiyev Bakıdakı yanğın qurbanlarını unutmadı
Kremli kürəciklər (foto resept)
34 il artıq yaşamaq istəyirsiniz?
Hadise yenə diqqətləri üzərinə çəkdi-FOTO
"Sefirin kızı"ndan yeni qərar
Azərbaycanda 200 və 500 manatlıq əskinaslar olacaq
Müəllimlərin işə çağırılması zamanı kimlərə güzəşt olunacaq? - RƏSMİ
Yaşamağa yardım edən həyat devizim
Azərbaycan şərabları bu ölkədə də satılacaq
Rusiya müdafiə naziri Ermənistana daşınan silahlardan danışdı
"Bir aşk iki hayat" təqdim edildi-VİDEO/FOTO
64 il sonra açılan SENSASİYALI SİRR: 88 yaşında törətdiyi dəhşəti ETİRAF ETDİ
Üzü zərifləşdirən 6 hərəkət
Yeni dövrün coğrafiyası (XV-XIX)-3 (son)
İngiltərədə ən yaxşı məşqçi və futbolçu seçildi
Toy üçün özəl gün: 17.07.2017 - bu gün bütün saraylarda toy var
Təyyarə sərnişinləri BUNLARI BİLMƏLİDİR
Revmatizm
Soyadın sənədlərdə dəyişilməsi problemi
Təhsil Nazirliyi doktoranturaya qəbul imtahanları ilə bağlı açıqlama verdi
Leyla Əliyevadan yeni şeir
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Yaydan sonra kökəlməyin
Ərdoğan Avropada birinci, dünyada ikinci yerdə
Qadın həyatının ideal və real günləri
İordaniya kralı və şahzadə İstanbulda - FOTO
Gürcüstan-Tbilisi (4)
Dəhşətli proqnoz: milyardlarla insanın həyatı təhlükədədir - VİDEO
Narsizmdə qoruyucu və adaptiv proseslər
Şakiraya 6 cinayət işi açıldı
Ünsiyyət problemi: hər kəsə onu sevdiyini deyə bilməzsən...
Facebook film çəkməyə başlayır
Bakıda belə yollar da varmış
Üç zəvvarımız öldü
"Azərbaycan bu gün beynəlxalq aləmdə öz sözünü deyən və öz maraqlarını qoruyan bir ölkə kimi tanınır"
Sevgilisinin bəyəndiyi ulduza bənzəməkçün 30 əməliyyat etdirdi, sonra da...
Maşınlar (Pazl)
Türkiyə MN: “Şanlı Ay-Ulduzumuz Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq”
Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü - FOTO
Gecə aclıq hissi ilə mübarizə aparmaq niyə çətindir?
Həddindən artıq tərləmənin həlli
Arıqlamağa kömək edən 9 qida
2020-ci il üçün Bill Qeyts-dən beş kitab tövsiyəsi
İsti Azərbaycana 5000 manat ziyan vurdu
"Mercedes"dən möhtəşəm yenilik
HAVA necə olacaq? 22 Mart
"Şirin şam ağacı" düzəldək














