Qarşıdan yeni tədris ili gəlir. Hər il olduğu kimi bu il də şagirdlər məktəbli formasını "Bakı Tikiş Evi" (BTE) ASC-nin mağazalarından əldə edə biləcəklər.
Qadin.Net Sputnik Azərbaycan-a istinadən bildirir ki, BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib ki, məktəbli formalarının qiymətləri aşağı və yuxarı sinif şagirdləri üçün fərlidir. Belə ki, əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərinə jiletlər satılmayacaq: "Bizim fəaliyyətimiz tikişlə bağlıdır. Jiletlər isə bizə Bakı Əyirici -Toxuyucu ASC-dən verilirdi. Bu il onlar bizə kiçik ölçülü jiletlər verməyib. Böyük ölçülü jiletlər isə var".
"Elə valideynlər olurdu ki, övladına kostyum almaq istəmir. Keçən ildən qalan şalvarın və ya pencəyin hələ yaxşı vəziyyətdə olduğunu düşünür. Biz valideyni məcbur edə bilmərik ki, kostyum alsın. Buna görə də, hər bir geyimin ayrıca qiyməti var" - deyə E.Əzimov əlavə edib.
O qeyd edib ki, 6-cı sinfə qədər olan şagirdlər üçün kostyumun qiyməti 40 manat, tək şalvar isə 15 manatdır. Valideyn əgər pencəyi tək almaq istəsə, bu, ona 25 manata başa gələcək. 7-ci sinifdən yuxarı şagirdlər üçün isə kostyum 46, şalvar isə 18 manatdır. Tək pencək isə 28 manata başa gələcək.
Etibar Əzimovun sözlərinə görə, məktəbli formalarının qiymətlərində keçən illə müqayisədə heç bir dəyişiklik olmayıb. Qiymətlər aşağıdakı kimidir:
1-6-cı siniflər üçün:
kostyum (qız-oğlan) - 40 manat,
şalvar 26-42 ölçü -15 manat,
ətək (yubka) 26-44 ölçü - 15 manat,
köynək (oğlan-qız) - 8 manat.
Jilet yoxdur.
7-11-ci siniflər üçün:
Kostyum (qız-oğlan) - 46 manat,
Şalvar 44-54 ölçü - 18 manat,
Sarafan 32-54 ölçü - 18 manat,
Köynək (qız-oğlan) - 8 manat,
Jilet (qız-oğlan) - 8 manat.
E.Əzimov qeyd edib ki, artıq BTE-nin bütün mağazalarından məktəbli formnalarını əldə etmək mümkündür. Mağazalar fasiləsiz işləyir: "Yaxşı olardı ki, valideynlər sıxlıq yaranmasın deyə, indidən övladlarının geyimlərini əldə etsinlər. Konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar 6 sinfə kimi dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır".
Onun sözlərinə görə, bütün valideynlər 597-45-39 nömrələrinə zəng edərək, yaşadıqları əraziyə yaxın olan BTE mağazalarının yerini öyrənə bilərlər: "Valideynlər çalışsın ki, formaları bizim mağazalardan alsınlar. Çünki biz məhsullarımıza bir il zəmanət veririk. Bizim parçaların və hazır məhsullarımızın xüsusi sertifikatı var. Kənar yerlərdə də bizim formalara bənzər məktəbli formaları satılır. Bizim rekvizitlərdən, birkalardan, düymələrdən və qolçaqlardan istifadə edilərək zirzəmilərdə formalar tikilir. Ancaq qeyd edək ki, onların keyfiyyəti bizim formaların keyfiyyəti ilə eyni deyil, onlar tez sıradan çıxır".
Xatırladaq ki, bu il yeni tədris ili sentyabrın 17-də başlayacaq.

XƏBƏR LENTİ
Murad Bozun keçmiş xanımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Sabahdan 40% bahalaşma
Sən və o - aranızdakı fərq
Çəkinizi artıq göstərən geyimlər
Azərbaycanda son iki ildə qoyulan ən məşhur adlarla bağlı rəsmi açıqlama
Sinoptiklər hansı hava şəraitini vəd edirlər?
Möhtəşəm salat nümunələri
DİQQƏT! Ağcaqanad dərmanları fəsadlara yol aça bilər!
Yeni quş qripi pandemiyaya çevrilə bilər
Ölmədən əvvəl tabut seçənlər
Türk kürəyinə alman bıçağı
Günün ulduz falı
Üzümlü, qozlu peçenye (foto-resept)
Ingilis dili-XXVII-dərs
Nüsretin paylaşımı HEYRƏTLƏNDİRDİ-7,2 milyard-FOTO
Qartal, dəvə, ilan və digər heyvanlar... - SANKİ CANLIDIRLAR
Tarkandan “Evdəqal” paylaşımı - FOTO
Cazibədar görünmək istəyənlər üçün
Aqata Kristi-Həyat qaydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yer çatışmazlığı olarsa, xəstələr şadlıq saraylarında müayinə olunacaq? - VİDEO
Azərbaycanlı model Hollivudda - FOTO
Məhkəmə Eldar Həsənov barəsində qərar verdi
Çimərlikdəkiləri heyran qoydular
Sinan Akçıl BOŞANDI
Cəmil Həsənli bunu bilərəkdən edir, yoxsa?..
Azərbaycanlı məhkumların əl işləri - FOTOSESSİYA
Rəssam sevdiyi ilə maraqlı günlərini rəsmlərə həkk etdi
Nyu-Yorkda kilsə məscidə çevriləcək
Mini albalı keksi
Prezident: “Paşinyan psixoloji sarsıntılar keçirir”
Koronavirusa yoluxma riski ilə genetika arasındakı əlaqə açıqlanıb
Pomidorun yararları
Ən gənc tələbə: “Arzum müəllim olmaq idi”
Dizlərdə menisk yırtığı
Hansı şərtlərdə evdə doğuş etmək olar?
Qum sənəti
Saçınız elektriklənirmi?
Öləndən sonra barmağı kəsilən dahi
Əyləş və dincəl
Payız fəslinin ən aktual rəngləri
Ebru Şahin hər kəsi təəccübləndirdi-VİDEO
Girovlar qaytarıldı
Daxilimizdəki dünyalar
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Cəbrayıl və Füzulisiz 27 il...
Bülent Ersoy fanatını vurdu-VİDEO
Putin İlham Əliyevə məktub göndərdi
Bəzi telekanallara xəbərdarlıq edildi

- ŞƏRHLƏR