ARB TV-nin "Günə doğru" verilişində ipoteka kreditləri barədə maraqlı süjet yayımlanıb.
Ölkədə mənzil problemi illərdir həllini gözləyən məsələlərdəndir. Bu baxımdan hökumət əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ipoteka elementini əsas götürüb. Mənzil fondunda mənzilə ehtiyacı olan ailələrin sayına nəzər salanda görünür ki, orta hesabla əhalinin hər nəfərinə düşən yaşayış sahəsi 12, Bakı şəhəri üzrə 11 m²-dir. Əslində, bu rəqəmlərin özü əhalinin mənzil şəraitinin hansı vəziyyətdə olmasını açıq göstərir. Məsələnin başqa bir tərəfi də bazarda olan qiymətlərin aztəminatlı ailələrin imkanına uyğun olmamasıdır. İqtisadçı Samir Əliyev hesab edir ki, problemin əsas hissəsi ilkin ödənişin çox olmasıdır.
Samir Əliyev (İqtisadçı): "Ümumilikdə kredit faizləri aşağı düşməlidir ki, ipoteka faizlərinə təsir göstərsin. İpoteka fondunun buraxdığı istiqrazlar illik 3 faiz təşkil edir. Bu istiqrazlar bir o qədər də banklar üçün cazib deyil".
İpoteka götürmək üçün tələb olunan minumum əmək haqqı 500 manatdır. Ancaq bu gün kifayət qədər insan rəsmi əmək haqqının tam göstərilməməsi ucbatından bu imkandan istifadə edə bilmir. Bu gün sosial ipoteka krediti daha çox dövlət qurumlarında çalışanlara şamil olunur. İllik faiz dərəcəsi də adi ipotekada 8, sosial ipotekada 4 faizdir.
Rəşad Əliyev (Ekspert): "İqtisadi reallıqları nəzərə aldıqda 4 faiz, həqiqətən də, aşağı görünsə də, ev alışı üçün çox yüksək rəqəmdir".
Başqa bir məsələ də var ki, bu gün ipoteka krediti verilərkən ailənin ödəmə qabiliyyəti də nəzərə alınır. Aşağı təminatlı ailədən danışılırsa, burda gəlirlər eyni, ancaq sosial vəziyyət fərqli olur.
Ekspert Rəşad Əliyev İpoteka predmetinin həmin ailələr üçün əlçatan olması üçün mütləq uşaqların sayının nəzərə alınmasını təklif edir:
"Hazırkı şərtlərdən belə çıxır ki, bütün ailələr eyni cür mənzil ala bilər. 4 uşaqdan ibarət olan ailənin gəliri bir uşağı olan ailənin gəliri ilə eynidirsə, eyni cür ev ala bilərlər".
Əlçatanlığı təmin etmək üçün başqa bir məsələ ucuz evlər mexanizimi işlənilməsidir ki, bu yaxınlarda hökümət tərəfindən sosial mənzillərin satışı elan olundu. Burada hər kvadrat metr üçün mövcud bazar qiymətinə uyğun orta hesabla 950 manat hesablanıb. Hər bir halda bu digər alternativ imkanlardan daha üstün sayılır.

XƏBƏR LENTİ
Azərbaycanda karantin dövründə toy təşkil etdilər - VİDEO
Koronavirusla bağlı yayılan səs yazısına RƏSMİ AÇIQLAMA
Ən sevincli günüm
5G şəbəkəsi ilə bağlı işlər nə yerdədir?
Körpələrə şüyüd çayı vermək olarmı?
Pensiyaçılarla bağlı yeni statistika
Qarabağdakı sülhməramlılar müşahidə postlarını qoruyucu vasitələrlə təchiz etdilər
Şeyma Subaşının gizli FOTOsu diqqət çəkdi
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Sızanaqlar üçün maska
Gözəllik salonlarında olarkən 3 saatlıq icazə müddəti bitənlərəgünün güzəşt olacaqmı?
Məşhur cütlük Almaniyaya getdi-FOTO
Mal-qaraya avtomobil yolları qadağan edildi
Günəşli hava geri qayıdır
İrəvanın Qarabağ ultimatumuna Bakıdan cavab
ABŞ-dan İlham Əliyevə növbəti təbrik
Hülya Avşar Çiçək adasını ala bilmədi-SƏBƏB
İt cinsləri və xarekterləri
Ronaldonun adı QALMAQALDA hallandı
Uşaqlarımızı dəyişən mavi ekranlar
Rusiyanın xəbər telekanalının aparıcıları evdən işləyir – VİDEO
Dünyaca məşhur model-aparıcı nişanlandı-FOTO
Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı
Uşaqlar üçün tortlar
Cəbhədə nə baş verir?
Yer üzü daha bir fəlakətlə üz-üzə: “Beyin yeyən amöb” yayılıb
12 illik təhsillə əlaqədar ali məktəblərə qəbul qaydaları dəyişəcək
Mərkəzi Bankdan devalvasiya açıqlaması
Gələn il hansı bürcü nə gözləyir?
Taxta darağın sirri
Saç dəbi: Qırmızı ombre
Lerikdə zəlzələ oldu
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət planının hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edəcək"
Hülyadan daha bir FOTO
Ermənilərin yalanlarını sübut edən daha bir sənəd üzə çıxıb
Üç ekranlı smartfon hazırlandı
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Göz qamaşdıran donlar
Məktəblər nə vaxt açıla bilər? - RƏSMİ AÇIQLAMA
Bakıda yağış yağacaq
Aclıq çəkmədən 60 kq arıqladı-FOTO
Hava haqqında - 30.09.2013
Doğuş çantanızda nələr olmalıdır?
Barak Obama kitab yazıb
Toyuq ətinin faydalarını bilirsinizmi?
Dünyanın ən gözəl üz cizgilərinə malik olan qadınları – FOTO
Kobe Brayantın məktubu tapıldı - FOTO
Mark nə üçün sərvətindən 3,3 milyard itirdi? - SƏBƏB
Instagram vasitəsilə diaqnoz qoyulacaq
