Əsrlər boyu kitablar insanların fərd olaraq, şəxsiyyət kimi formalaşmasına, zehni inkişaf və işgüzar qabiliyyətlərinin artmasına xidmət edən ən önəmli faktorlardan biridir. Nəşrlər arasında ixtisaslaşmış sahələr üzrə çap olunan elmi, fəlsəfi, texnologiya sahəsini əhatə edən xüsusi kitablar da az deyil. Hər il olduğu kimi bu il də nəşrlər arasında xüsusilə fərqlənən bir sıra kitabların siyahısı tərtib olunub. Siyahı texnologiya sahəsi üzrə ixtisaslaşmış kitablara şamil edilir.
Qadin.Net publika.az-a istinadən 2017-ci ilin texnologiya sahəsinə aid ən çox oxunan 9 kitabın siyahısını təqdim edir:
1. Samanta Uolravens və Xizek Kebot - "Geek Girl Rising"
Kitabda müəlliflər texnologiya tarixini dəyişən qadınlardan, onların digər insanların düşüncələrini dəyişdirəcək təşəbbüslərindən bəhs edir. Kitabda xüsusilə, oyuncaq istehsalı ilə məşğul olan nəhəng "GoldieBlox"şirkətinin baş direktoru Debbi Sterlinq və "Gotham Gal Venture" investisiya fondunun sahibi Djoan Uilson haqqında geniş söhbət açılır.
2. Ceff Qudell - "The Water Will Come"
Ceff Qudell "The Rolling Stone" nəşrinin müəllifidir. Müəllif əsasən, iqlim dəyişiklikləri mövzusunda yazır. Kitabda cari ildə ümumiyyətlə, ilbəil suyun səviyyəsinin artmasından və bəşəriyyətin bu mövzunun nə dərəcədə ciddi təhlükə törədə biləcəyini hələ də dərk etməməsindən danışılır. Kitabda qeyd edilir ki, suyun səviyyəsinin yavaş-yavaş artması Yer kürəsində mövcud olan sahilboyu şəhərləri, bütün canlı təbiəti məhv edəcək. Bunun qarşısını heç bir texnologiya ala bilməyəcək.
3. Satya Nadella, Qreq Şou və Djill Treysi Nikols - "Hit Refresh".
Kitab birbaşa "Microsoft" şirkətinin baş direktoru Satya Nadella haqqındadır. Onun şirkətə yeni nəfəs verməsindən, korporasiyanın mədəniyyətinin, strukturunun tamamilə dəyişdirilməsindən və sürətli inkişafına səbəb olan layihələrindən bəhs edilir.
4. Skott Qellouey - "The Four: The Hidden DNA of Amazon, Apple, Facebook, and Google"
Kitabda texnologiyanın 4 nəhəngi - "Amazon", "Apple", "Facebook" və "Google" şirkətlərinin yaranma tarixlərindən, cəmiyyətdə təbliğindən və maraqlı layihələrindən bəhs edilir.
5. Con Brokman - "This Idea is Brilliant"
Brokman, edilməyən, lakin çox uğurlu layihə olacağını düşündüyü bir neçə elmi konsepsiya və tədqiqat işlərini götürərək kitabda onların nə dərəcədə əhəmiyyətli ola biləcəklərini geniş şəkildə izah edib.
6. Cennifer Dudna və Semyuel Sternberq - "A Crack in Creation"
Kaliforniya universitetinin bioloqu Cennifer Dudna özünün keçmiş aspirantı Semuel Stenberq ilə birlikdə "CRISPR" texnologiyasının köməyi ilə genlərdə redaktə prosesinin aparılmasından və bunun cəmiyyət, insan həyatının dəyişdirəcək mövqeyindən bəhs edilir.
7. Qideon Rəhman - "Easternization"
Kitab birbaşa Çinin siyasi və iqtisadi situasiyaları haqqındadır. "MIT Technology Review" nəşrinin redaktoru olan müəllif qeyd edir ki, ölkənin inkişafında maliyyə və iqtisadiyyatın önəmli rolu var. Lakin hansı aspektdən baxırsansa, Çinin iqtisadiyyatını ayaqda tutan birinci sektor məhz texnologiyadır.
8. Nil Deqrass Tayson - "Astrophysics for People in a Hurry"
Kitab astrofizika elmindən bəhs edir. Bu sahəyə yeni gələn kadrlar üçün nəzərdə tutulub. Kitabın bir neçə dilə tərcümə edilmiş onlayn versiyaları var.
9. Ceyson Feqon - "The Woman Who Smashed Codes"
Kitab Amerika tarixində ilk qadın-kriptoqraf Elizabet Smit Fridmandan bəhs edir. Müəllif bu kitabda, yalnız onun peşəkar nailiyyətləri və ixtiralar haqqında deyil,eyni zamanda şəxsi həyatı - həyat yoldaşı ilə münasibətləri haqqında da qeydlər yazıb. Təsadüfi deyil ki, onun həyat yoldaşı Uilyam Fridman özü də kriptoqrafiya ilə məşğul olub. 1930-cu illərdə o, Amerika kəşfiyyatının xidmətinə özünün başçılıq etdiyi radiotexnika ilə töhvə verdi.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA