Qoç - işlərdə irəliləyişə dərhal nail olmaq mümkün deyil. Müdaxilələrə qarşı çıxın. Enerjili işləsəniz, uğur qazanacaqsınız. Nikbin olun, sədləri dəf edin. Məsuliyyətli, etibarlı insan təsiri bağışlayın.
Alış-veriş uğurlu olacaq.
Günün ikinci yarısında adi günlərdən fərqli olaraq ailə işləri və məişət qayğıları daha çox vaxt aparacaq. Ailədəki ab-havaya diqqət verin.
Pəhriz saxlamağa başlaya bilərsiniz.
Buğa - təmkinli olun, təxribatlara uymayın. Düşünülməmiş qərarlar xoşagəlməz vəziyyət yaradacaq. Başqasının badına getməyin. Aktiv fəaliyyətə can atsanız belə, cari işləri unutmayın. "Qlobal" sözünü unudun, ilk baxışdan xırda və mənasız təsir bağışlayan məqamların arxasındakı mənanı anlamağa çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə anlayışla bağlı problem yaranacaq. Qarşı tərəfin tam fərqli mövqe tutduğu məsələ ilə bağlı müzakirələrə başlamayın.
Əsəblərinizə heyfiniz gəlsin.
Əkizlər - təkbaşına çalışın, müstəqil fəaliyyət göstərin. Ətrafınızdakı insanlar məsləhət verməyə çalışacaqlar və bununla da sizə mane olacaqlar. Eşitdiyiniz hər sözü ciddiyə almayın. Enerjili olun. Qüvvə və potensialınızı gərəkli məcraya yönəldin.
Hirsli, qıcıqlı davranmayın.
Günün ikinci yarısında fikrinizi və ya mövqeyinizi absolyut həqiqət sayaraq başqalarının da sizinlə razılaşmasına can atmayın. Ev işlərindən kənar durmayın. Gündəlik qayğılar qüvvə və vaxt tələb edir.
İşlərin bir qismini başqalarına həvalə etmək istəsəniz, narazılıq yaranacaq.
Səbrli olun.
Xərçəng - qərarlarınızda süst olmayın. Yaxın ətrafınızdakı insanlardan biri idiotizmə varıbsa, yaxud onda qəfil yaltaqlıq baş qaldırıbsa, belə məxluqdan uzaq durun. Yetərincə ağır vəziyyət olsa da, bir çox problemlərin öhdəsindən gələ bilərsiniz. Karyera müstəvisində irəliləməyə çalışın.
Günün ikinci yarısında diqqətli, huşyar olun. Sınaq, imtahan zamanıdır.
Ötənlərdəki olaylardan biri ilə bağlı inciklik dəyər verdiyiniz insanla münasibətlərinizi sərinləşdirə bilər. Ailə üzvləri ilə fikir ayrılığı yaradan mövzunu yenidən qabartmayın, dartışma obyektinə çevirməyin. Münaqişələr istisna deyil.
Axşam saatlarında gəvəzə adamlara qatılmayın, dedi-qodu iştirakçısı olmayın.
Şir - emosiyalarınıza hakim olsanız, qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Cari işləri təxirə salaraq efemer hədəfə aldanmayın. İllüziyalara qapılmayın. Əyləncə və istirahət zamanı deyil. Uzaq yola çıxırsınızsa, zəruri əşyaların alınması, yaxşı hazırlığın görülməsi şərtdir.
Günün ikinci yarısında gərginlik yaşanacaq. Əsas məsələ yaxınlarınızın ehtiyaclarını anlayışla qarşılamağınızdır. Qorxuya düşmüş insana ürək-dirək verin. Tamahınızın, hisslərinizin qulu olmayın. Səhhətinizi istəklərə fəda etməyin.
Qız - təcili işləri daha yaxşı hesab etdiyiniz zamanadək ertələməyin. Başladığınız işi yanlışlıqlarsız, səhvsiz yerinə yetirməyə çalışın. Vaxtınıza qənaət edin. Yaşama daha pozitiv baxın. Çətin vaxt olsa da, situasiyadan itkilərsiz çıxa bilərsiniz.
Günün ikinci yarısında məişət problemlərinin həllinə başlayanda durumu qiymətləndirin. Hisslərinizə hakim ola bilməsəniz, ciddi qarşıdurmanın iştirakçısına çevriləcəksiniz. Özünüzü qoruyun.Tərəzi - yaxın gələcəklə bağlı planlara dəyişikliklər və korrektələr zamanıdır. İşdə rəhbərliklə, kommersiya fəaliyyətində isə tərəfdaşlarla ünsiyyəti aktivləşdirin. Təcrübənizdən yararlanaraq gərəkli nəticələr çıxarın. Kiminsə sirrini öyrənə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə dönüş anı ilə üzləşəcəksiniz. Ciddi, yekun Söhbət vaxtıdır. Məişət problemləri, qəfil xərclər istisna deyil.
Təmkinli olun, səbrsiz davranmayın.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - uğura nail olmaq üçün planlaşdırılmış fəaliyyətə ehtiyac var. İşgüzar aktivlik səviyyəsini bir qədər azaltmaq olar. Müəyyən işləri etibar etdiyiniz insanlara tapşırmağınızda qəbahət yoxdur. Səlis qurulmuş plan uğur vəd edir. Ötənlərdə baş vermiş hadisələri təhlil edin.
Günün ikinci yarısında yoxlama və ya təftiş ola bilər. Özünüzü ailə qayğılarından, ev işlərindən kənarlaşdırmayın. Yaxınlarınız və qohumlarınızla münasibətlərdə kompromis tapmaq olar. Sağlamlığınızın qeydinə qalın. Az sonra səylərinizin bəhrəsini hiss edəcəksiniz.
Oxatan - xərclərinizə fikir verin, maliyyə vəsaitinizin qədrini bilin. Bədxərclik etməyin. Emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanların tənqidinə dözümlü yanaşın. Sükan arxasında diqqətli və səliqəli olun. Sizi cərimələyə bilərlər.
Günün ikinci yarısında sərvaxt davranın. Yaxınlarınızla, dəyər verdiyiniz insanlarla münasibətləri korlamaq istəmirsinizsə, sərt tənqidə, əsassız iradlara yol verməyin. Uşaqlarla ünsiyyətdə səmimi, qayğıkeş olun.
Özünüzü soyuğa verməyin. Səhhətinizə fikir verin.
Oğlaq - aktivliyinizə nəzarət edin. Sonradan peşmançılıq və təəssüf hissi doğura biləcək addımlar atmayın. Bütün işləri eyni vaxtda tamamlamağa can atmayın. Layihələri sıralayın. Bir işi reallaşdırmağa başlayın, onu bitirin.
Günün ikinci yarısında əzm və qətiyyət məqsədə doğru irəliləyişi sürətləndirəcək.
Ailə üzvlərinin sözlərinə diqqətlə qulaq asın. Sevdiyiniz insanla ünsiyyət sizə xoş hisslər bəxş edə bilər. Axşam saatlarını kompüter və ya telefonla keçirməyin. İnternetdə "gəzişmə"ləri bir qədər məhdudlaşdırın.
Dolça - gündəlik qayğıların və problemlərin həllinə yaradıcı yanaşın. Nə iş gördüyünüzə bir daha nəzər salın. Nüansları xatırlayın, detalları təhlil edin. Diqqətinizi yetərincə ağır işə yönəldərək məqsədə çatmağın yollarını arayın.
Günün ikinci yarısında yaxınlarınızın işləri ilə maraqlanın. Təhlükəsizliyə riayət edin. Səhhətinizin qayğısına qalın. Axşam saatlarında yarımçıq işi başa vurun. Boğaz ağrısı ola bilər.
Tamahkarlıq etməyin.
Balıqlar - sərt danışmayın, əsəblərinizi qoruyun. Konkret məsələ ilə bağlı mövqeyinizi yaxın ətrafınızdakı insanlara bildirəndə ehtiyatlı olun. Peşəkar fəaliyyət prosesini yaxşılaşdırmağa çalışın. Unutmayın ki, münasibətləri korlamaq çox asandır.
Günün ikinci yarısında əlavə xərclər istisna deyil.
Ev işləri və məişət qayğıları adi günlərdən fərqli olaraq daha çox vaxt tələb edir. Ailə üzvlərinin problemlərinin həllində astagəllik etməyin. Axşam saatları romantik anlar vəd edir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi