"Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2017-2018-ci tədris ili üçün 17 min dəstdən artıq məktəbli forması istehsal edib.
Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimov məlumat verib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum öhdəlik əsasında işləmir: "Bizdə plan yoxdur. Sadəcə, tələbata uyğun istehsal edirik. Bu il 17 min dəst forma istehsal etmişik. Satış davam etdiyindən hələlik nə qədər məktəbli formasının satıldığı məlum deyil. Hazırda Bakıda 14 satış mərkəzimiz var. Bundan başqa, "Gənclik Mall", "28 Mall" və "Bravo" ticarət mərkəzlərində də formalar satılır".
E.Əzimov müəssisənin xammalla təminatı məsələsinə də toxunub. O qeyd edib ki, "Bakı Tikiş Evi" ASC-də istehsal olunan məktəbli formalarının xammalı Türkiyədən gətirilir: "Xammal xaricdən gətirilir və məhsula uyğunluq setifikatı verilir. İstehsal etdiyimiz formalara 1 illik zəmanət veririk. Bu müddətdə formanın rəngi solarsa və ya buna bənzər başqa hal aşkarlansa, məhsulu geri götürüb istehlakçıya dəymiş ziyanı ödəyirik".
Qurum rəsmisi ölkədə "Bakı Tikiş Evi" etiketi ilə saxta məktəbli formalarının da satıldığını və bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini deyib.
Onun sözlərinə görə, saxta məktəbli formalarından istifadə məktəblilərin həyatı üçün təhlükəlidir:
"Bu bir problemdir. Bizə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "BTİ" keyfiyyət nişanı verib və 4 model üzrə müəllif hüquqlarımızı tanıyıb. Artıq bir-neçə ildir ki, bəzi "işbazlar" Çinin Urumçi vilayətində bizim keyfiyyət nişanının saxtalaşdırılmış forması ilə mənşəyi məlum olmayan parçalardan məktəbli formaları tikib Bakıya gətirir. Bakıda həmin formalara "BTİ" keyfiyyət nişanı əlavə edilib satışa çıxarılır. Biz bu barədə hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciət edərək bu faktın qarşısının alınmasını istəmişik. Keyfiyyətsiz və mənşəyi məlum olmayan parçalardan tikilən formalar məktəblilərin həyatına təhlükəlidir. Həmin geyimlər uşaq orqanizminə fəsadlar verə, onlarda səpki, stress yarada bilə. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Saxta formalar sağalmaz və ağır xəstəliklər də yaya bilər. Valideynlər məktəbli forması alarkən satış nöqtələrindən "Bakı Tikiş Evi"nin sertifikatını tələb etməlidirlər. Bizim bütün satış nöqtələrimizdə keyfiyyət sertifikatı var, "işbazlar"ın satdıqları saxta formalarda isə keyfiyyət sertifikatı yoxdur".
XƏBƏR LENTİ
Dünya tarixində bir ilk! -FOTO
Azərbaycanda su qiymətinə maşınlar?
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
1 milyon ton zibili necə yox etməli?
Ən çox satılan kitablar
Davut Güloğluya MƏHKƏMƏ CƏZASI-SƏBƏB
Yeni doğulmuş QOCA - Körpə görənləri dəhşətə gətirdi
Merilin Monronun sirri satılacaq
Taysonun rinqə qayıtması vaxtı dəyişdi
Dünyanın ən böyük həbsxanası
"Model məktəbi"
Şəkər xəmirindən "qəhrəmanlar"
Övladlarınıza hər soyadı qoya bilməzsiz
Ermənistan Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub - RƏSMİ
Kefir süddən daha faydalıdır
Putin nefti bahalaşdıracaq
Pandemiya yalnız bu iki ehtimalın gerçəkləşməsilə bitəcək - Mütəxəssis
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Cennifer Lopezin yeni obrazı - FOTO
Məşhur filmlərin səhnə arxası şəkilləri
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"NASA" kosmosa gəmiricilər göndərib
Bəzi yerlərdə zəif duman olacaq
Özcan Denizin ödəyəcəyi aliment məlum oldu
Kıvanç Tatlıtuğdan 900 minlik hədiyyə -FOTO
WhatsApp-da daha bir gözlənilən YENİLİK
Prezident İlham Əliyev: "Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir"
"Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı"
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Qadınların güclü olduğunu göstərən 5 film
Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
Bakıda bu gün əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib
Qadın.Netlilərin ən sevdiyi geyimləri
Ceyda qızı haqqında yazdı-FOTO
Vətəndaşların nəzərinə!
Şüşə-Maye effektli yazı yaratmaq
Sinan Özen yeni ili xəstəxanada qarşıladı
Daxili Qoşunların Ali Hərbi Məktəbində oxumaq istəyənlərin nəzərinə
Lobya salatı (foto-resept)
Alişan və ailəsinin olduğu avtomobil aşdı-FOTO
Bulvara qənim kəsilənlərə XƏBƏRDARLIQ
Azərbaycanda may ayının hava proqnozu açıqlandı
Dilimizi "sındıranlara" bir cəza yoxmu?
Bitkilərlə dəbi canlandırdı
Şahzadə Uilyam xanımı ilə keçmiş sevgilisi arasında qaldı – VİDEO
Azərbaycanda səslə idarə olunan mini-kompüterlər yaradılır
İnternetin sürəti ilə bağlı RƏSMİ AÇIQLAMA
İşğaldan azad edilən Qubadlının peyk görüntüsü
Zeytun yağlı sabunun faydaları
Azərbaycanda işləyənlərin sayı açıqlandı














