Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da 96 yaşında vəfat edib.
Qadin.Net Milli.Az -a istinadən azərbaycanlı alimin dünya elminə verdiyi töhfələr barədə məlumatları təqdim edir:
Lütfi Zadəyə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub.Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Hazırda Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
Alim, həmçinin "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompyuter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifi idi. Onun haqqında "Müasir elmin korifeyi", "Dünya dahilərsiz yaşaya bilmir" adlı kitablar yazılmış, "Uzaq və yaxın Lütfi Zadə" sənədli filmi çəkilmiş, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub.
Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi.
O, NASA-nın və NATO-nun aparıcı mütəxəssisi idi. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan "İnstitute Zadeh-ZİFT" İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edirdi. Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bakıda şəxsi maşınla yük daşısaq
Xudafərin körpüləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salına bilər - RƏSMİ
İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı
Ceyhun Bayramov üçtərəfli görüş üçün Pakistana gedir
Bengü ANA OLACAQ-FOTO
Tutanxamonun itirilmiş artefaktları tapıldı
Bakıda yeni müasir məktəb fəaliyyətə başlayır
Günün ulduz falı
Qadın incəliyi
Hərəkət - həyat deməkdir
Provans salatı (foto resept)
Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ
Kişilər üçün ayaqqabı
Dünya Türkləri Facebook-da səs verir
Qoxuları necə yox etmək olar?
Kate Middletonun daima formada qalmağının sirri
Abid Şərifov "Sovetski" sakinlərinə söz verdi
Dağ kəndindəki uşaqlar M.Qorkinin kitabına qovuşdu
Zəhərli qidalar
COVID-19-un ilk və son simptomları məlum oldu
Dünya çempionatının bürünc mükafatçısı öldü
Azərbaycanda koronavirusa 1202 nəfər yoluxdu, 18 nəfər vəfat edib
Zoopark və sirklər qadağan edilə bilər
Onu pişiklər bu hala saldı
Antarktidada ilk dəfə azan veriləcək
Cimi Hendriksin gitarası rekord məbləğə satıldı
Almalı şuba salatı (foto resept)
Dünyanı telefonla ölçmək olacaq
Azərbaycanlı polis qadın hər kəsi heyrətləndirdi -VİDEO
Evimizdə "yatmış bomba": uşaqlarınızı uzaq tutun
Türkiyə Ali Hərbi Məktəbində kursant olmaq istəyənlərin nəzərinə
"İlin qadını" o oldu-FOTO
Elmdə sensasiya: Ay məhv ola bilərdi
Soyuq havalar üçün manikür modelləri
Uşağı yuxuya verməyin ən gözəl üsulu
Ledi Qaqa fanatlarını söydü-SƏBƏB
Klassik gəlinlik geyinməyən gəlinlər
İstirahət günü hava qovuracaq
Qadınların gizlətdikləri A-dan Z-yə qədərdir
Peruda 7.5 bal gücündə zəlzələ oldu
İnanılmaz və qəribə dostluqlar
Azərbaycanlı gimnastlar Bolqarıstanda səkkiz medal qazanıblar
Hikmət Hacıyev: “Mülki şəxslərə hücum etmək hərbi cinayətdir”
Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu keçdi - STATİSTİKA
Bakıda daha bir dünyamiqyaslı yarış
BMT yeni baş naziri dəstəklədi
Şeyma Acuna olan hisslərindən danışdı-FOTO
Hamburger şorbası (foto resept)
Türkiyəli məşhurlar tətildə
Soyuq qışa hazır olun














