Bu gün və sabah müsəlman dünyasında Qurban Bayramı qeyd edilir. Kənd Təsərrüfatı Nazirliyi Nərimanov, Nəsimi, Yasamal və Səbail rayonlarında qurbanlıq heyvanların satış yarmarkasını təşkil edib. Dövlət Baytarlıq Nəzarət Xidməti gücləndirilmiş iş rejiminə keçib. Amma təkcə əvvəlcədən müəyyənləşdirilmiş ərazilərdə deyil, ət sallaqxanalarının əksəriyyətinin qarşısında, yol kənarlarında, məhəllələrdə də qurbanlıq heyvanlar satılır. Məsələn, Babək və Gəncə prospektlərində yol kənarlarında qurbanlıq heyvanların satışı təşkil edilib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ətin bahalaşması alıcı sayına ciddi təsir edib. Bazarda əvvəlki qələbəlik yoxdur. Qiymətlər heyvanın çəkisinə uyğun olaraq, kiloqramına görə 11-13 manat arasında dəyişir.
"Əksəriyyət 15-20 kiloqramlıq qoyun axtarır, 180 manatdan aşağı qoyun tapmaq çətindir", - Beyləqandan qurbanlıq qoyunlar gətirən Ağəli Piriyev deyib.
Onun sözlərinə görə, heyvan kəsilir, dərisi soyulur, doğranıb verilir. Təmiz ətin kiloqramı 12 manatdan düşür. Yarmarkalarda kəsim pulsuz aparılır.
Ağəli söyləyir ki, səhərdən indiyədək 18 qoyun satıb. "Uzağı 240-260 manatlıq qoyun alırlar. Biz də heyvan gətirəndə tələbatı nəzərə almışdıq, iri qoç gətirmədik".
Qurbanlıq heyvanlar daha çox Bərdə, Beyləqan və İmişlidən gətirilib.
Satıcıların sözlərinə görə, əsasən, xeyriyyə təşkilatları, idarələr, nişanlı oğlanlar qurbanlıq alırlar. "Cəmi 2 iribuynuzlu heyvan gətirmişəm, səhərdən qiymətini soruşan olmayıb. Mal ətinin qiyməti 12-13 manatdan düşür", - satıcılardan biri deyir.
9-cu mikrorayon ərazisində bir neçə yerdə qoyun bazarı var. Ət sallaqxanalarının yanında qoyun elə yolun kənarında kəsilir, qanı yola axıdılır, içalatı isə zibil qutusunun yanına atılır. Sakinlərin etirazlarına belə baxmırlar. "Biz də bayramı gözləyirik ki, 5-10 manat qazancın sahibi olaq", - Bərdədən heyvan gətirən Aydın deyir.
Qurbanlıq heyvan alıcılarının əksəriyyəti baş-ayağı və dərini aparmır. Aydın söyləyir ki, baş-ayaq elə sallaqxanalara verilir. Amma heyvan dərisini sexlərə satırlar. "Bərdədə də dəri emalı sexləri var. Amma biz Biləcəridəki sexə aparırıq. Bərdədə 30 qəpikdən, Biləcəridə isə 50 qəpikdən sata bilirik. Ötən il 25-30 qəpiyə alırdılar, sağ olsunlar, qiyməti artırıblar. Rayona daşıyınca Bakıda satmaq sərfəlidir".
Bazarda qurbanlıq keçilər də satılır. Qara keçilərin qiyməti 220-260 manat arasında dəyişir. Qara qoçun qiyməti isə 300 manatdan başlayır.
Hər il olduğu kimi, üstü bəzədilmiş qara qoçun qiyməti bu dəfə də digərlərindən bahadır. "Bu qoçu gül mağazasında bəzətmişəm. Təkcə bəzənməsinə 30 manat vermişəm. Nişanlı oğlanlar alırlar", - satıcı söyləyir.
Satıcılar deyirlər ki, qurbanlıq heyvan ala bilməyənlər ət alıb paylayırlar. Onsuz da, qiymətlərdə elə fərq olmur.
Xətaidəki ticarət mərkəzlərindən birinin həyətində də qurbanlıq qoyunlar satılır. Satıcı deyir ki, kreditlə qurban almaq istəyənlər də olub. "Biri gəlib 3 aylıq kreditlə qurban almaq istəyirdi. Yeni nişanlanıb, qurbanlıq heyvan almağa məcburdu. Deyir şəxsiyyət vəsiqəsini girov qoyum, pulu mağazaya 3 aya ödəyim. Mağza rəhbəri razı olmadı, belə məcburiyyətlə alınan qurban qəbul olmaz ki! Özü də 40-45 kiloqramlıq qoyun istəyirdi".
Suraxanı rayonu, Zığ qəsəbəsində qurbanlıq heyvanlar yolun kənarında satılır. Heyvan maşın yuma məntəqəsinin yanında kəsilir, sexdə yuyulur, içalat isə vannalara yığılır.
Bu il qurbanlıq quzuların qiymətində 20-30 manat artım var. Ötən il 80-90 manata satılan quzular indi 110-120 manata təklif olunur.
XƏBƏR LENTİ
Bitkilər və təbabət (7)
Yağış yağacaq
Azərbaycanda daha 20 nəfər koronavirusdan öldü: 2075 yeni yoluxma
14 il əvvəl...
Məşhur aktrisanın bir gözü kiçilir-SƏBƏB
Məktəblərdə dərsliklərin paylanılması başa çatdı
Kakoslu, peçenyeli rulet (foto resept)
Kişilər üçün sadə məsləhətlər
Moskvadan uçmaq olmur
Sürücülərin diqqətinə: başlanır!
Dövlət qulluğunda hər vəzifə üzrə 5 ildən bir attestasiya keçiriləcək
Günün ulduz falı - 09.09.2013
Devid Bekhem məhkəməyə düşdü - FOTO
Dubayda at nalı formasında göydələn tikilir
Əlilliyə səbəb olan genetik xəstəliklər
Buraxılış imtahanlarının keçirilmə qaydası nə vaxt dəyişdiriləcək?
Azərbaycanda 3 Rusiya universitetinin filialı açılacaq
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Tulin Şahin 1 saata 50 min qazanır-FOTO
2012-ci ilin qol saatları
Martın ilk gününün havası
Sadəliyimizlə toyumuza işıq saçaq
Facebook əməkdaşları insanların ismarışlarını oxuyurlar
Günün ulduz falı - 08.08.2013
Küftəli borş (foto resept)
Sevgidə bəxti gətirməyən filosoflar
Daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR
Sürpriz salatı (foto resept)
Emin Ağalarov qarda çimdi – FOTO
Kate Middletonun saç aksesuarları
Havada koronavirusu müəyyən etmək mümkün olacaq
Messi "Real"a keçir?
Selin Dion geyimi ilə HEYRƏTLƏNDİRDİ-FOTO
Sadə və səliqəli dırnaqlar
Koronavirusa görə "Semaşko"da 7 nəfər saxlanılır
İşğaldan azad edilmiş Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Bu il Azərbaycanda uşaqlara qoyulan ən populyar adlar
Bakıda satılan qəribə "kukla"-VİDEO
Bənzərsiz səs-Müslüm Maqomayev
Rəsm cəkməyi öyrənək-3
"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ
Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, səkkiz nəfər vəfat etdi
Günün qoroskopu: Mübahisə etməyin!
Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər
İki metrlik QAR YAДћDI-FOTO
Su çərşənbəniz mübarək!
Enrike İqlesias ilk dəfə ata oldu-FOTO
Günün qoroskopu:Təmkinli olun!
Düyü şorbası (foto resept)














