Rusiya Federasiyası Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasi məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyildir. Bu xüsusda Rusiya tərəfinin təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir.
Qadin.Net xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidmətinin yaydığı xüsusi açıqlamada belə deyilir.
Qeyd edilir ki, ümumiyyətlə, Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr qurulduqdan sonra 25 il ərzində son dövrə qədər bu məsələ heç bir zaman gündəmə gəlməyib. İndiki zamanda Rusiya tərəfinin bu məsələdə həddən ziyadə fəallıq göstərməsini izah etmək çətindir:
"Əvvəlcədən məlumatlandırma və xəbərdarlıq rejimi əsasında Azərbaycan tərəfindən müvafiq olaraq erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girməsi üçün şərait yaradılıb. Burada da hər hansı bir problem olmayıb. Bu günə qədər artıq yüzlərlə erməni əsilli Rusiya və digər ölkələrin vətəndaşlarının müvafiq ön xəbərdarlıqla Azərbaycan ərazisinə daxil olması təmin olunub. Dərin multikultural ənənələrə sahib müxtəlif etnik mənşəyə malik olan insanların azad birgəyaşayış məkanı olaraq Azərbaycan beynəlxalq və milli qanunvericiliyə əsasən öz milli və təhlükəsizlik maraqlarından çıxış edərək, xarici ölkə vətəndaşlarının öz ərazisinə buraxılıb buraxılmamasına dair özü qərar verir.
Rusiya tərəfi ATƏT-in Minsk qrupunun həmsədri olaraq yaxşı bilir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal və təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədilib. 1 milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün həyatını yaşayır.
Xocalı faciəsini xatırlatmaq istərdik ki, erməni əsilli digər ölkə vətəndaşlarının da bilavasitə iştirak etməsilə Ermənistan silahlı qüvvələri tərəfindən bütün Xocalı sakinləri bir gecənin içində soyqırıma məruz qalmışlar. Bu ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan əhalisinə qarşı törətdiyi hücumlar və təxribatlar nəticəsində bir qadının və onun 2 yaşlı nəvəsinin ölməsi faktı Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı bu kimi terror-təxribat siyasəti aparılmasının daha bir sübutudur. Xüsusən də belə bir həssas dönəmdə Rusiya tərəfindən bu məsələyə bu cür diqqətin yetirilməsi ciddi sualların yaranmasına səbəb olur.
Ümumiyyətlə, məsələnin həssaslığını nəzərə alaraq heç bir ölkə tərəfindən bu məsələ qaldırılmadığı halda, Rusiya tərəfindən, sözügedən məsələyə bu dərəcədə diqqətin yetirilməsi heç bir halda başa düşülən deyildir. Təəssüflər olsun ki, ata və anasının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı Rusiya tərəfindən biganəlik göstərilir.
Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və biz də gözləyirik ki, Rusiya Federasiyası öz üzərinə düşən məsuliyyətdən çıxış edərək münaqişənin tezliklə həll olunması istiqamətində səylərini daha da artıracaq və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılacaqdır. Nəticədə regionda davamlı sülh və təhlükəsizlik təmin olunacaqdır. Ondan sonra insanların da sərbəst gediş gəlişi üçün imkan yaranmış olacaqdır. Azərbaycan tərəfinin bu mövqeyi dəfələrlə müvafiq şəkildə Rusiya XİN-in diqqətinə çatdırılıb".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Əliboş: yenə alınmadı
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Brent nefti ucuzlaşıb
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı YENİLİK
Saxta məktəbli formasını necə fərqləndirməli?
Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdülər
Evdə hazırlanan bədən spreyi
Qalıcı makiyaj ilə tətilin dadını çıxardın
İnsan bədəni haqqında bilmədikləriniz
Toxunma hissini gücləndirən əlcək
Qarpız tumunun faydaları
Növbəli işin zərəri
İnfeksiya xəstəliklərinə faydalı bitki çayları
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Monika Belluçi Etirafları ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanda tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı - RƏSMİ
"Ronaldu olmayan yerdə Beyl əla oynayır"
Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti davam edəcək
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Qusarda gül bayramı keçirilib
Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə-FOTO
İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək - CƏDVƏL
İlham Əliyev erməni xalqına müraciət etdi
Kompüter oyunlarını kim ixtira edib?
İlham Əliyev Ərdoğanın şərəfinə ziyafət verib
Ehtiyatlı olun: Yerə doğru nəhəng tırtıl gəlir
Rulet formasında lazyana (foto resept)
Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsi qəbul olundu
Həccin vaxtı açıqlandı
Avropanın ən məşhur balı keçirildi
Qalaktikada biz tək deyilik: elm təsdiq etdi
HAVA necə olacaq?-30 Sentyabr
Bölgə müəllimlərinin imtahan verəcəyi vaxt məlum oldu
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Rusiyaya işləməyə gedənlərin nəzərinə
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA
Vitaminli xörəklər(1)
Məşhur aktrisanın yeni imici sevənlərini qorxutdu-FOTO
15 dərəcə isti olacaq
Süni uşaq qidaları: nəyi bilmək mühümdür?
Məşhurların təəccübləndirən geyimlər
Hicab qadağası ləğv olundu
Mehriban Əliyeva Lahıc sakinlərinə təşəkkür etdi
Məşhur aparıcını canlı yayımda tok vurdu-VİDEO
Ətli boxçalar(foto-resept)
Yuxuya tez getməyin yolları
Şir bürcü qadını
Smartfon bazarında lider dəyişdi
Məşhur aparıcının əri həbs olundu-SƏBƏB
Koronavirusla bağlı son STATİSTİKA














