89-cu teatr mövsümünü sonuna yaxın Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür.
Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, kollektiv cari ilin 11-17 iyun tarixlərində Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan olunmasının 19-cu ildönümü münasibətilə hər il ənənəvi olaraq Astana şəhərində keçirilən "Səhnədən salam" V Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etmək üçün dəvət alıb.
ADGTT-nın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə kollektiv sözügedən tədbirdə teatrın ən maraqlı tamaşalarından biri olan, bir sıra Beynəlxalq teatr festivallarının qalibi Lars Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşası ilə iyunun 11-də Qazaxıstan Respublikasının Astana şəhərinə yola düşəcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları Əməkdar Artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktrisalar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.
Kollektivin digər bir heyəti isə 13-15 iyun tarixlərində Azərbaycanın bölgələrinə səfər edəcək.
Ölkə başçımızın "Azərbaycan teatrı 2009-2019-cu illər üçün Dövlət Proqramına dair" Sərəncamına əsasən ADGTT hər il olduğu kimi bu il də növbəti mövsümün sonuna yaxın repertuarında olan ən maraqlı tamaşaları ilə bölgə tamaşaçılarının görüşünə gedir.
Bu dəfə kollektiv Qəbələ, Oğuz və Balakən rayonlarında ölməz M.F.Axundzadənin "Sərgüzəşti vəziri Xani Lənkəran" tamaşası ilə yerli tamaşaçıları sevindirəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, əsas obrazların ifaçıları Əməkdar Artistlər Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Məsumə Babayeva, Zülfiyyə Alhüseynova, Kərəm Hadızadə, Aydın Dəmirov, Elnur Hüseynov, Ramil Məmmədovdur.
Milli.Az
XƏBƏR LENTİ
Serdar Ortaç Xloye haqqında AÇIQLAMA verdi
Ananas salatı (foto resept)
Alyaskada sunami təhlükəsi elan edilib, əhali təxliyə edilir
Adel pərəstişkarlarını məyus etdi
Sıxıntıdan xilas olmağın 6 yolu
Ayaqlardakı yağları əridən 5 qida
Bu gün Ramazanın 12-ci günüdür
Heydər Əliyevsiz 14 il
Məmmədyarov prezidentlərin görüşünü şərh etdi
Dünyanın ən varlı qadını məlum oldu
Hansı vitamin nə üçündür?
Möcüzə olduğunuzun fərqindəsinizmi?
Yun köynəyinizi yeniləyin
İvana Sərtin son FOTOsu səs-küy yaratdı
Koronavirusun ağır formada keçməsinin sirri tapıldı
Nazirlik: İran əhalisi daha da yoxsullaşıb
Azərbaycan dördüncü peykini nə zaman buraxacaq?
Azərbaycanda nikahla bağlı yenilik olacaq
Ev dekorasiya nümunələri
İdman geyimləri
Dəm çaydanı üçün toxunmalar
Məşhur reper konsertdə tamaşaçıya hücum etdi - VİDEO
Rusiya KİV: “Paşinyan təkcə cəbhədə deyil, öz ölkəsində də uduzur”
Cəbhədən son xəbər
Kraliça türk serialına görə Çağırış etdi
Fransada qУ™zaya uğrayan tУ™yyarУ™dУ™ azУ™rbaycanlı olmayıb
Oturaq işin fəsadları
29 iyul Ramazan bayramıdır
Sumqayıtda evlərin qiyməti kəskin ucuzlaşıb - SƏBƏB
Balqabaq pəhrizi
Sarkozi Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırdı
Günün qoroskopu: Uğurlu gündür!
Obamanın Qələbə təbriki
Nusret klipə çəkildi - VİDEO
Castin Biberin yoldaşı ETİRAF etdi
DİN Gəncədə məsciddəki əməliyyatla bağlı açıqlama verdi
"Şaxta Baba" barədə danışdı işdən qovuldu
Azad Söz (10-cu hissə) SON
Cem Yılmaz Ozan Güvənin qalmaqalına münasibət bildirdi
Nazirlik işçilərinin maaşını niyə kəsir?
“Eurovision”un qalibi dəyişdirilə bilər -SƏBƏB/VİDEO
16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb
Bu ölkədə "Pokemon Go" qadağan edildi
46 santimetrlik siçan tapılıb - FOTO
Rusiya ilə bağlı bədbin proqnoz
Britaniyada türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndi istifadə ediləcək
Bakıda 3 min manatlıq maaşla işçi AXTARILIR
Allahın razılığını əldə etməyin yolları
Gözəl qalstuklar
Kardioməşqlər beyni cavanlaşdırır














