Azərbaycana miqrasiya və müvəqqəti yaşama hüququnun verilməsi qaydaları sərtləşdirilib. Bu səbəbdən Gürcüstan vətəndaşı olan Aytən Hüseynova (ad və soyad şərtidir) uzun müddətdir Azərbaycanda yaşamasına baxmayaraq burada vətəndaşlıq alaraq daimi qalmaq hüququ ala bilməyib.
Milli.Az fins.az-a istinadən bildirir ki, 5 ildən artıq müddətdə ölkəmizdə yaşamasına baxmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası ona vətəndaşlıq verməkdən imtina edib. Araşdırmalar zamanı məlum olub ki, A.Hüseynova 2016-ci ildə ölkə sərhədlərini tərk edərək ardıcıl olaraq 100 gündən artıq digər ölkədə qalıb. Bu səbəbdən də o, vətəndaşlıq almaq hüququnu itirib.
Məsələyə aydınlıq gətirən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, Azərbaycanda vətəndaşlığın alınması əsasən, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunla tənzimlənir.
Qanunun 14-cü maddəsinə əsasən, Azərbaycanda son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs vətəndaşlığa qəbul edilə bilər. Bu zaman həmin şəxsin mənşəyi, irqi və milli mənsubiyyəti, cinsi, təhsili, dinə münasibəti, siyasi və başqa əqidələri nəzərə alınmır. Vətəndaşlığa qəbul edilməsi bu qanuna müvafiq surətdə şəxsin öz vəsatəti əsasında baş tuta bilər.
Gürcüstandan gələnlər xeyli artıb
Gürcüstandan olan azərbaycanlılara qarşı sərt qaydaların tətbiqinə gəlincə A.Allahverənov burada digər məqamların nəzərə alındığını vurğulayıb:
"Xaricdə yaşayan azərbaycanlılar bizi həmin ölkələrdə səsimizi təmin edən diasporumuzdur. Onların sayının azalması Azərbaycanın xaricdə təmsilçiliyinin zəifləməsi deməkdir. Bu baxımdan Gürcüstan vətəndaşı olan soydaşlarımızın kütləvi surətdə buraya axın etməsi dövlətin siyasəti ilə ziddiyyət təşkil edir. Bu baxımdan qaydaların sərtləşdirilməsi normaldır".
Qeyd edək ki, ötən əsrin 90-cı illərində xaricdə yaşayan azərbaycanlılıarın sayına görə Gürcüstan lider olub. Həmin vaxt qonşu ölkədə yaşayan soydaşlarımızın sayı 450 min nəfərə yaxın olub. A.Allahverənoun sözlərinə görə, bu gün onların sayı təxminən 2 dəfə azalıb. Hazırda Gürcüstanda yaşayan azərbaycanlıların sayı 200 min nəfərdən bir qədər artıqdır.
Bunun əksinə olaraq Azərbaycanda yaşayan Gürcüstan vədəndaşlarının sayı xeyli artıb. İndi ölkədə onların sayı 100 min nəfərə yaxındır. Ekspert Gürcüstanda yaşayan soydaşlarımızın sayının azalmasını bu ölkədə Azərbaycanın təmsilçiliyinin, diaspora fəaliyyətinin, eləcə də nüfuzunun zəifləməsi kimi qiymətləndirib:
"Gürcüstan vətəndaşları olan azərbaycanlıların ölkəmizə kütləvi axını orada olan resurslarımızın, diasporumuzun azalması deməkdir. Bu baxımdan onlara vətəndaşlığın verilməsi qaydalarının sərtləşdirilməsi normal haldır".
A.Allahverənov son 3 ildə azərbaycanda vətəndaşlıq alan şəxslərin sırasında Gürcüstandan olan soydaşlarımızın üstünlük təşkil etdiyini vurğulayıb.
Qanunun tələbi
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır. Daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.
Onu da deyək ki, müəyyən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlığına qəbulu zamanı müddət nəzərə alınmır. Həmin hallar bunlardır:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olarsa, bu da şərtləri nəzərə almadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə əsas ola bilər.
Vətəndaşlıq almaq neçəyədir?
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə nəzərdə tutulan müddətlər bitdikdən sonra Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına müraciət etməlidirlər. Bu zaman aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket
- 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
- yaşayış yerindən ailə tərkibi haqqında arayış;
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
- Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) ;
- "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün - onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.
- vətəndaşı olduğu dövlətin (Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan) səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənədin surətləri.
Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir. Bütün sənədlər qaydasında olarsa, Komissiya əcnəbi vətəndaşın Azərbaycanın da vətəndaşı olmasına qərar verir.
Qeyd edək ki, Azərbaycan vətəndaşlığını əldə etmək üçün müraciət edərkən 110 manat dövlət rüsumu ödənilmılidir.
Kvota dəqiq bölünməyib
Onu da deyək ki, Gürcüstan vətəndaşları daha çox işləmək üçün Azərbaycana üz tuturlar. Bəs buna nə dərəcə ehtiyac var?
Qeyd edək ki, son illərdə Azərbaycanda vətəndaşlığa qəbul edilən şəxslərin statistikası ilə bağlı sorğumuza cavab verilmədi. Ona görə də ekspertlərin açıqladığı rəqəmlərlə kifayətlənməli olduq.
Hüquqşünas Sahib Məmmədovun verdiyi məlumata görə, Azərbaycana gələn əməkçi miqrantlarla bağlı kvota müəyyən edilib. Həmin sənədə əsasən, il ərzində ölkəyə işləmək üçün 9 min nəfər gələ bilər. Lakin burada da müəyyən problemlər yenə də açıq qalıb.
Məsələn, kvota ümumi rəqəmi göstərir. Burada hansı ixtisaslara uyğun olan əməkçilərə tələbat olduğu dəqiq göstərilməyib. S.Məmmədov hesab edir ki, bu, yerli ixtisaslı kadrların işlərdən kənarda qalmasına, əvəzində ehtiyac olmadığı halda əcnəbilərin ölkəyə miqrasiya etməsinə şərait yaradır.
Milli.Az
XƏBƏR LENTİ
Əri vəsiyyət etdi, 30 il daxmada yaşadı
Utanmaq da bir gözəllikdir
9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb
Pandemiya yalnız bu iki ehtimalın gerçəkləşməsilə bitəcək - Mütəxəssis
NASA işçi axtarır – Maaş 187 milyon dollar
Bakının yeni sərhədi
İranda 2 zəlzələ birdən
Günün ulduz falı - 10.03.2014
Azərbaycana qar yağır
"Çukur"a yeni aktyor gəlir?
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Çavuşoğlu və Lavrov Qarabağdan danışdı
Ölümə tələsən erkək arılar
İrəvan ikiqat işğal altına düşüb - Rus publisist
Yaşıl tərəvəzlər hansı xəstəlik riskini azaldır?
Ziyafət donları
Azərbaycanda sosial sığınacaqlar yaradılacaq
Avtobus sürücülərinə sərt xəbərdarlıq
Bakı metrosunda yenilik
Castin Biber heyvansevərlərin təhqirinə tuş gəlib-SƏBƏB-FOTO
Zəncəfilli detoks
Rokçu Haykonun görünüşü TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Aleyna Tilki oyuncaqları ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Sabahın hava proqnozu açıqlandı
Anar Eyvazov: “Heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz”
Hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq,
Yumurtalıq xərçənginin simptomları
Tədris saatının azalması müəllimlərin əməkhaqlarına təsir edəcək? - RƏSMİ
Münasibətdə ən çox yol verilən xətalar
Gürcü valyutası da çökdü
Bakıya yağış yağacaq
Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edildi - VİDEO
Rəngli görmə
Qatıq - infeksiyalara qarşı
Dubayda polisləri robot patrullar əvəzləyəcək
Zəhərlənmə zamanı nə etməli?
Qadın hansı halda analıq hüququnu itirir?
Orucunuzu ballı su ilə açın
Prezident İlham Əliyev: Azərbaycan və Koreya əlaqələri inkişaf üçün yaxşı potensiala malikdir
Noutbuklar üçün fond yaradılır
Hind qadınları saçlarını belə uzadır
Uşaqlar üçün qablar
Dağlardakı ayaq izləri naxışlara çevrilir
Qadın Şamdanla Evləndi-FOTO
Bakıda qəzaya uğramış maşından sürücünün xilas edilməsi anları - YENİLƏNİB + VİDEO
Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olub
Öz dahiliyi uğrunda həyatını fəda etmiş YAZIÇI
Finalda "Aslan"ın rəqibi bəlli oldu
Tədqiqatçılar CO2 qazını metanola çevirmək üçün yüksək effektli üsul işləyib hazırlayıblar
Doqquz yaşında xəstə anasına baxan azərbaycanlı uşaq: “O sağalsa, dünyanın ən xoşbəxt övladı olacam” - VİDEO














