Hazırda ürək-damar xəstəlikləri (ÜDX) dünyada ölüm hallarının ən geniş yayılmış səbəbidir. Özü bu, elmi-texniki tərəqqinin sürətlənməsinə, tibb texnikasının təkmilləşdirilməsinə, ixtisaslı tibb işçilərinin sayının artmasına, habelə yüksək keyfiyyətli dərman vasitələrinin yaradılmasına baxmayaraq baş verir. Ürək-damar xəstəlikləri ürək və onun ətrafındakı qan damarları ilə bağlıdır. Miokard infarktı və stenokardiya vaxtsız ölüm hallarının ən çox təsadüf edilən səbəblərindəndir. Özü də ürəyin sağlamlığı vərdişlərdən və həyat tərzindən asılıdır. Yüksək qan təzyiqi, qanda xolesterinin və şəkərin səviyyəsinin yüksək olması, siqaretçəkmə, alkoqol düşkünlüyü, artıq çəki, habelə psixoemosional stress və gərgin iş ÜDX riskinin başlıca amilləridir. Hazırda dünyanın bir çox qabaqcıl ölkələrində yaşı 40-dan çox olan, amma sağlamlığından şikayət etməyən adamlar ildə bir dəfə "ürək check-upı" proqramı üzrə müayinə olunurlar. Milli.Az bildirir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqu Saleh Hüseynov AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
S.Hüseynov intervension kardioloq ixtisası haqqında məlumat verərək deyib: "Tibbin yeni sahəsi olan intervension kardiologiya özündə bu elmin əsas istiqamətləri ilə bərabər, kardiocərrahlığı və rentgenologiyanı birləşdirir. Bu sahə ÜDX-nin diaqnostikasına və bu xəstəliklərin kateterin dəri qatından yeridilməsi vasitəsilə müalicəsinə əsaslanır. Bu metodun köməyi ilə təkcə ürək nahiyəsində deyil, həm də baş beyin nahiyəsində qan dövranının vəziyyətini dəqiq müəyyənləşdirmək olar. Sirr deyil ki, insan orqanizminin bu iki orqanı ən mühüm orqanlardır. Buna görə də onların düzgün müayinəsi və müalicəsi bütün orqanizmin normal fəaliyyətinin qarantıdır. İntervension kardiologiya koronar angioqrafiya kimi diaqnostika metodunun köməyi ilə bu və ya digər xəstəlik barədə həkimlərə dəqiq məlumat verir. Bu məlumatlar sayəsində həkimlər həqiqətən səmərəli olan müalicə yolu seçməkdə çətinlik çəkmirlər".
Ekspert ürək-damar sisteminin normallaşması və möhkəmlənməsi vasitələri haqqında da tövsiyələrini bölüşərək deyib: "Təəssüf ki, adamların çoxu ürək kimi mühüm orqanın qayğısına yalnız xəstələnəndə qalmağa başlayır. Qeyd edim ki, tosqun adamlar ürək xəstəliklərindən çəkisi normal olanlardan daha çox əziyyət çəkirlər. Axı artıq çəki ürəyi daha intensiv işləməyə məcbur edir. Ürəyin həmişə sağlam olması üçün ÜDX-nin profilaktikası aparılmalıdır. Əvvəlcə qidalanmaya ciddi nəzarət etmək, pəhriz saxlamaq lazımdır. Rasion meyvə-tərəvəz, balıq, dəniz məhsulları, göyərti, qoz-fındıq, ağartı, qınlı paxlalı bitkilər, çovdar çörəyi və zeytun yağı ilə zəngin olmalıdır. Çəkinizə nəzarət edin və çox yeməyin. Bundan əlavə, onurğa sütununuzu möhkəmləndirin. Axı bütün orqanlar mərkəzi sinir sistemi ilə sıx bağlıdır. Məsələn, onurğa xəstəlikləri sinir impulslarının keçiriciliyinin pozulmasına və qan dövranında problemlərin yaranmasına gətirib çıxarır. Nəticədə ürəyə lazımi miqdarda oksigen daxil olmur və ürək xəstəlikləri riski artır. Ürəyin məşq etdirilməsi (kardioməşq) də onu möhkəmləndirir, gərginliyə adaptasiyasını yaxşılaşdırır. Hər gün idmanla məşğul olmaq, səhər gimnastikası ürəyi çox yaxşı məşq etdirir. Orqanizmimizin normal fəaliyyət göstərməsi üçün hər gün piyada gəzmək lazımdır. Əgər biz oturaq həyat tərzi keçiririksə, orqanizmimizdə bütün mühüm proseslər, o cümlədən maddələr mübadiləsi yavaşıyır, immun sistemimiz zəifləyir. Müxtəlif xroniki xəstəliklər - piylənmə, şəkərli diabet və insult məhz buna görə inkişaf etməyə başlayır. Gündə azı 20 dəqiqə təmiz havada piyada gəzmək (yaxşı olar, park zonasında) ürəyin müntəzəm məşqlərə uyğunlaşmasına kömək edir. Qeyd etmək istəyirəm ki, möhkəm cansağlığının təməlində həyat eşqi dayanır. Axı psixoloji aspektlər ömür müddətinə və firavanlığa təsir göstərən əsas amillərdir. ÜDX-dən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdırmaq üçün, sadəcə, sağlam gülüşə ehtiyac var. İnsan güləndə sinir və ürək-damar sistemlərinin, tənəffüs yollarının fəaliyyəti, hormonal durumu yaxşılaşır. Bir çox tədqiqatlar nəticəsində sübuta yetirilib ki, gülüş orqanizmdə stresslə bağlı hormonların səviyyəsini azaldır. Axırda demək istəyirəm ki, sonradan peşman olmaq istəmirsinizsə, səhhətinizin qayğısına qalın. Özünüzü pis hiss edirsinizsə, təxirə salmadan həkimə müraciət edin".
Milli.Az
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO