Qarabağ motal pendiri özünəməxsus hazırlanma qaydası və dadı ilə digər pendir növlərindən seçilir. Qaldıqca yetişən və daha da dada gələn Qarabağ motal pendiri həm doyumlu olur, həm də rahat həzm olunur. Bəs görəsən, motal pendiri necə hazırlanır?
Milli.Az bildirir ki, Ağcabədi rayonu Avşar kənd sakini Gözəl Abdullayeva AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, motal pendirini əsasən dağda olanda düzəldirlər.
Pendirin hazırlanma qaydasından danışan G.Abdullayeva deyir ki, qoyunun dərisi bütöv soyulur, duzlanaraq qurudulur. Bir müddət sonra dəri yuyulub yenidən qurudulur. Dərinin qolları iplə möhkəm bağlanır. Motal pendiri hazırlamaq üçün qoyun və ya keçi südü süzülür, sonra qursaq mayası ilə mayalanır. Mayalanmış süd torbaya tökülür, acı suyu çıxsın deyə üstünə ağır daş qoyulur. Pendir doğranır, duzlanır və 10 gün saxlanıldıqdan sonra motala yığılır. Bu zaman motalın tüklü tərəfini ikiqat tənziflə örtmək lazımdır. Pendirin bərkiməməsi və dadlı olması üçün motala dələmə də əlavə edilir. Ağzı bağlanan motalı uzun müddət saxlamaq da mümkündür.
Gözəl nənə bildirir ki, hər il yay fəslini Qarabağın gözəl yaylağında keçirərdilər: "Dağların ətri, kirşanı, laləsi... ən gözəl xatirə kimi yaddaşımda həmişə qalacaq. Göy çəməndə yuxa salar, cincilim yığıb kətə bişirərdik. Nehrə yağını kətənin, motal pendirini isə yuxanın, ya da isti təndir çörəyinin arasına qoyub ləzzətlə yeyərdik. O zamanlar dağa gedənlərin, demək olar ki, hamısı motal pendiri düzəldərdi. Payızda dağdan arana qayıdanda motalları özümüzlə gətirərdik".
Hazırda motal pendirinin hazırlanması ilə məşğul olanlar çox olmasa da, əsrlərdən gələn bu ənənə xalqımız tərəfindən yaşadılır və gələcək nəslə ötürülür.
Milli.Az
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
"WhatsApp"a bu yeniliklər gələcək - FOTOLAR
Çağatay Ulusoy rejissorluğa başladı
Hava haqqında
Ukrayna müxalifəti Moskva razılaşmalarını satqınlıq saydı
Bakı buxtasının ən böyük Gülü sökülür?
UEFA-dan yeni format
Dünya bu görüntülərdən danışır
Ən varlı idmançıların adları açıqlandı
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
"QazEL"lər xəttdən çıxarılır
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Daxilimizdəki uşaqlıq
"Benim tatlı yalanım" serialı FİNAL edir-SƏBƏB
Bakıda Azarkeşlər Evi açıldı
AQTA-dan çörək AÇIQLAMASI
Karbondan Bugatti velosipedi
Kişilər əsəbləşəndə kimə çevrilir?
Evdə yaradıcı iş otaqları
İnsan ömrünü 12 il qısaldan, xərçəng yaradan SƏBƏB
Fitovannalar
Qocalmağı gecikdirən maska.
Britni Spirs psixiatrik xəstəxanaya yerləşdirildi-SƏBƏB
İstanbulda yenə Ebola həyəcanı
Türkmən xoru Ginnes rekordu vurdu
Azərbaycan Silahlı Qüvvələrinin generalı və polkovniki ehtiyata buraxılıblar
Ətli şorba (foto resept)
Kokos suyu sağlamlığın unikal iksiridir
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Yarımfabrikat qidalar mədə xərçənginə səbəb olur
Müxtəlif dizaynlı saatlar
Cütlük 135 milyon dollar uddu
"Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"
Türkiyə ekranların ən dəbli məşhurları
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirildi
Putin ermənilərə "hə" dedi
Hamiləlik zamanı qidalanmada nələrə diqqət etməliyik
Qara kişmişli kurabiyə (foto-resept)
"Arsenal"ın qərarı hamını şoka saldı
HAVA necə olacaq?
Buzun fərqli quruluşları
Svarovski kolleksiyası
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
“Titanik 2” gəmisi tikilir
Tüpürcək vəzi iltihabı və müalicəsi
Azərbaycan qatarlarında maraqlı dəyişiklik
Etirazçılar Paşinyanın mənzilinə basqın etdilər - VİDEO
İrem Dericidən qəribə paylaşım
İstilik sistemləri sağlamlığa ZƏRƏRLİ İMİŞ
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
![](/sfiles/img/icons/valuable-icon.png)