"Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirilib"
Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı məlumat verib.
NİİM-in rəsmi bildirib ki, nəqliyyat vasitələrinin qanunsuz olaraq parklanması nəqliyyat axınına mane olan və yollarda tıxacın yaranmasına səbəb olan əsas amillərdən biridir. Qanunsuz parklanan nəqliyyat vasitələri nəqliyyat axınında maneələr yaratmaqla bərabər, avtobusların dayanacaqlara daxil olmasına da maneçilik törədir: "NİİM-də mövcud olan Nəqliyyatda Siqnala Nəzarət sistemində şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması məqsədilə tətbiq olunan "yaşıl dalğa" əmri yol kənarında qanunsuz parklanan nəqliyyat vasitələri səbəbindən tam icra olunmur. Buna misal olaraq, 28 May küçəsi ilə Rəşid Behbudov prospektinin kəsişməsi, Rəşid Behbudov prospekti (Mərkəzi Bankın qarşısı), Azadlıq prospekti (Neft Akademiyasının qarşısı) və s. göstərmək olar".
Ş.Mehmanqızı qeyd edib ki, mövcud problemləri nəzarə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Parklamaya Nəzarət Sistemi yaradılıb: "Sistem nəqliyyat vasitələrinin parklanma qaydalarına nəzarəti həyata keçirir və qaydaların pozulması aşkar edildiyi halda sanksiyaların tətbiqini nəzərdə tutur. Nəqliyyat vasitəsinin parklamanın qadağan edildiyi yerdə dayanması sistem tərəfindən parklama qaydalarının pozulması kimi qiymətləndirilir".
Onun sözlərinə görə, hər bir dirək üzərində iki kamera mövcuddur ki, onlardan biri müşahidə digəri isə nəzarət kamerasıdır. Nəqliyyat vasitələrinin aşkar edilməsi və onlara müəyyən sanksiyaların tətbiqi avtomatik rejimdə növbəti qaydada həyata keçirilir: "Avtomobil yollarını daim nəzarətdə saxlayan parklamaya nəzarət kameralarının köməyi ilə bu nəqliyyat vasitəsi aşkar edilir. Parklamaya nəzarət sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin dövlət nömrə nişanının tanınması prosesi həyata keçirilir. Dövlət nömrə nişanına uyğun olaraq nəqliyyat vasitəsinin sahibi müəyyənləşdirilir".
NİİM-in sözçüsü deyib ki, hazırda nəqliyyat vasitələrinin qadağan olunmuş ərazilərdə saxlanması müddəti müəyyən olunmuş dəqiqə ilə məhdudlaşdırılıb: "Əgər hər hansı bir nəqliyyat vasitəsi parklanmaya icazə verilməyən ərazidə müəyyən olunmuş dəqiqədən artıq durubsa, onu nəzarət kamerası avtomatik olaraq ikinci dəfə qeydə alır və nəqliyyat vasitəsinin sahibinə cərimə tətbiq olunur".
Hər bir cərimə vərəqəsinə nəqliyyat vasitəsinin 4 fotoşəkli daxil edilir. Bunlardan ikisi avtomobilin ilkin gorüntüsü, sonrakı ikisi isə son görüntüsüdür. Tətbiq olunan cərimə vərəqələrində digər avtomobillərin dövlət nömrə nişanlarının və piyadaların görüntülərinin gizli saxlanılması təmin olunur.
XƏBƏR LENTİ
Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO
Aslı Enver yenidən kamera önündə-FOTO
İmmuniteti gücləndirən tərəvəzlər
Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ
Rusiyada dərs ilinin başlayacağı tarix açıqlandı
Hamının gözlədiyi qərar verildi
Dində məcburiyyət yoxdur
Göbələkli toyuq (foto resept)
Prezident onlara fəxri adlar verdi - SƏRƏNCAM
ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı
Bilmədiyiniz maraqlı faktlar
Şeyma Subaşıdan FOTOsessiya
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Sağlam olmaq üçün sadə üsullar
Quru dərilərə xeyirli olan qidalar
Yumalı olduğunuz ərzaqlar
Neft qiymətlərindən son məlumat
TQDK valideynlərə müraciət etdi
Bergüzar Korel və Halit Ergenç karantin günləri necə keçirir?
Aslı Ənvər kökəldi-FOTO
"Pensiyalar artacaq"
Keçibuynuzu
Kələmli makaron (foto resept)
Napoleon qəlyanaltısı (foto resept)
Obama "Facebook"da çağırış etdi
Azərbaycanda "Ebola virusu" ilə bağlı ilk müraciət daxil oldu
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
Şlyapalar
Məşhur ulduzların şənlikdə çəkilmiş şəkilləri
Günün ulduz falı
166-cı əməliyyata girmək istədi - aldığı cavabdan şoka düşdü
Ağdam barədə sərəncam verildi
Mətbəx pərdələri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Vətəndaşların nəzərinə !
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı şagirdi siz də tanıyın!
Elektron siqaretlər yasaqlanacaq
Bakı Metropoliteni bir sıra stansiyalarda əlavə çıxışların tikilməsi imkanlarını öyrənir
Brent nefti ucuzlaşıb
Palma yağı haqqında həqiqət
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Manatın məzənnəsi
Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü - VİDEO
Kəsmikli-moruqlu kekslər (foto resept)
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Fərqli krossovkalar dükanı
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Əliyev və Sarkisyan Fransada görüşə bilər
- ŞƏRHLƏR