Sevimli Peyğəmbərimizin (s.ə.s.) buyurur ki, bir insanın qurtuluşuna səbəb olmaq içindəki bütün naz-neməti ilə birlikdə bu dünyadan daha xeyirlidir. "İnsanın qurtuluşu" dedikdə ölümdən qurtarmaq deyil, cəhalətdən qurtarıb Haqqa yönəlmək, xeyri üçün çalışmaq, zülmətdən çıxıb aydınlığa yönəlmək, öz yaradılışının qayəsini anlamaq və o istiqamətdə çalışmaq nəzərdə tutulur. Yoxsa kim ölməyəcək ki?.. Ha bu gün, ha sabah, ha beş il sonra... Hamımız ölüm adlı o ədalət qapısından girib Rəbbimizin hüzuruna çıxacağıq.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, və hər əməlimizi də o günü, o hesabı düşünərək işləməliyik. Mənim anladığım həqiqət budur, yəni xeyir yolunda olmaq, xeyir üçün çalışmaq. Və inanmışam ki, xeyir üçün çalışanlar nəticədə mütləq xeyir taparlar.
Qanuni Sultan Süleymanın süd qardaşı, İstanbulun mənəvi keşikçilərindən sayılan Yəhya Əfəndi bir Ramazan günü dərgahın pəncərəsi önündə dayanıb küçəni seyr edirdi. Baxir ki, bir sərxoş aşa-aşa gəlib dayandı küçənin qarşı tərəfində və başladı deyinməyə:
- Allah bir şey yetirsəydi, bir qismət zəhərlənib gedib yatarqıq.
Yəhya Əfəndi sərxoşda nə görürsə dərgah xidmətçisini çağırıb tapşırır ki, bir məcmeyi hazırlasın və aparıb qoysun onun qarşısına.
Sərxoş bir də gözünü açır ki, quru çörək istədiyi yerdə Allah ona bir məcmeyi yemək göndərib, özü də çeşid-çeşid. Məcmeyinin başına çökür və sülüb-süpürməyə başlayır. Yəhya Əfəndi baxır ki, sərxoş bütün yeməkləri yeyib qurtardı, amma zeytuna əlini də vurmadı, yuxarıdan aşağı ona səslənir:
- Övlad, bizim zeytunlarımız çox ləzzətli olur, onu niyə yemədin?
Qarnını doyurub, kefi üstünə gələn sərxoş başını qaldırıb Yəhya Əfəndini görür və deyir:
- Babalıq, mən nə qədər alçaq və rəzil bəndə olduğumu yaxşı bilirəm. Amma onu da bilirəm ki, Allah bu zeytuna dəyər verib, onun adını Qurana yazıb. Ona görə də nə qədər elədim, əlim ona uzanmadı.
Yəhya Əfəndi:
- Övladım, niyyətin qismətin olsun, içəri gir, - söyləyir və deyilənə görə, Ramazan ayında küçədə sərxoş dolaşan o adam çox keçmir ki, təqva sahibləri arasında yerini alır və o dərgahdan da kəfənlə çıxır.
Elə yeri gəlmişkən bir söhbət də söz səltənətinin böyük sultanlarından Mövlana Cəlaləddin Rumidən danışaq.
Bir dəfə Mövlana fikirli-fikirli yol gedərkən bir də baxır ki, Konyanın kənar məhəllələrindən birindəki əxlaqsızlıq yuvasının qarşısından keçir. Küçənin kənarında dayanmış qadınlar Mövlananın küşədən keçdiyini görüb özlərini yığışdırır, ədəb-ərkanla ona salam verirlər. Mövlana da onların bu jestinə daha böyük jestlə qarşılıq vermək məqsədilə belə deyir:
- Ey mənim günahkar bacılarım, əgər siz olmasaydınız, azğın kişilər iffətli qadınlərə əziyyət verərdilər.
Bəli, dəyərli oxucular, hansımız günahkar deyilik ki?! O kimdir ki, "mənim günahım yoxdur" deyə? Əmin olun ki, bizlər üçün "mənim heç bir günahım yoxdur" deməyin özü günahdır. Biz günahkar bəndələrik, amma nə qədər günahkar olsaq da Mərhəməti Sonsuz Allahın qullarıyıq. Bu həqiqəti, bu səadəti anlayaraq yaşamaq ən böyük təsəlli qaynağımızdır.
Əgər sənin niyyətin islah etməkdirsə, insanın qurtuluşuna səbəb olmaqdırsa, buna bir əsas tapa bilirsən, yox əgər könül sındırmaq, küsdürmək istəyirsənsə, buna da bir bəhanə tapmaq mümkündür. Yəni məsələ sənin niyyətində həll olunur.
Sözümün canı odur ki, danışa biliriksə, xeyir danışaq, xeyir danışmırıqsa, danışmayaq; qurtara biliriksə, qurtaraq, qurtara bilmiriksə, həddimizi bilək, çəkilib öz işimizin ardınca gedək, bezdirməyək, küsdürməyək, uzaqlaşdırmayaq...
Cənnət də Allahındır, Cəhənnəm də, biz də... Ağlımızı, iradəmizi hər zaman xeyir istiqamətində səfərbər edək və hər işdə "Allahım, məni xeyirə səbəb qıl!" deyə dua edək. Vəssalam!
Çox mühüm məqam
Həddini bilmək
Bir gün səhabələrdən biri dünyasını dəyişir və Rəsulullah (s.ə.s.) onun dəfn mərasiminə gedir. Rəsulullahın gəldiyini görən bir xanım ölünün ardınca uca səslə belə qışqırır:
- Ey filankəs, sən cənnətliksən, sənin dəfninə Allahın peyğəmbəri gəlib.
Hz. Məhəmməd (s.ə.s.) həmin qadının dediyi sözləri eşidir və bərk hirslənir:
- Ey qadın, sən həddini aşdın. Mən Allahın peyğəmbəri olduğum halda sabah başıma nələr gələcəyini bilmirəm, amma sən bu mərhumun cənnətlik olduğunu söyləyirsən. Həddini bilsənə!
Həmin hadisədən sonra Mədinədə səhabələr həmin qadına salam vermədilər, onunla danışmadılar və hətta bəziləri onu "Dəccal" adlandırdı.
Mövlanadan bir yarpaq
Can verməyə öyrəşmək
Bir gün vəzifə və şöhrət sahibi bir adam Mövlanaya: "Sizdən canımı verərkən ağrı hiss etməmək, can vermə əzabı çəkməməyin yolunu öyrətməyinizi xahiş edirəm", - deyir. Mövlana "Ölüm Xarəzm yayı kimi çox möhkəm və sərtdir. Heç kəs usta bir kamankeşə xidmət etmədən Xarəzm yayını qura bilməz, kirişini birdən çəkib qulağına qədər gətirə bilməz. Deməli, Xarəzm yayını çəkə bilmək üçün illərlə kiçik yaylarla məşq etmək lazımdır. Ölüm yayını çəkə bilmək üçün də ibadətlərlə, xeyirli işlərlə, malda və canda əliaçıqlıqla hazırlıq görmək şərtdir. Səxavətli olmağa öyrəşsən və bu yolda müəyyən məsafə qət edə bilsən, can alan mələk canını istəyəndə heç bir sıxıntı və zəhmət çəkmədən onu verər, Allahın əmanətini Allahdan əsirgəməzsən. Çünki Allah "Əmanətləri əhlinə verin" buyurur. "Möminlərin ruhunu asanca alın" əmrinə uyğun olaraq heç bir yerində ən kiçik əzab belə hiss etməzsən. Fəqət mələklər canında və malında əliaçıqlıq etməyə öyrəşməyən bir insanın canını almağa gəldiklərində o xəsis adam yenə də xəsislik göstərib onu razılıqla təslim etməz. Buna görə də ona çətin və iztirablı olsun deyə "Onun canını çətinliklə və zəhmətlə ondan alırlar" ayəsində buyurulduğu kimi alarlar. Halbuki, o bu dünyadan getmək istəməz", - dedi.
Milli.Az
XƏBƏR LENTİ
"Çukur"a damğa vuran Neslican Tay səhnəsi - FOTO
Uşağa oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır?
Hiperaktiv uşaqla necə davranmalı?
"Interstellar" və zaman səyahəti
Vişnəli kisel(foto resept)
Berkay yenidən gündəmdədir
Azərbaycanda uşaq ölümü daha çox bu rayonda baş verir
Uşaqlar yalan danışdıqda necə davranmalı?
Limfa düyünləri niyə böyüyür?
İş görərkən niyə fikrimiz yayınır?
Kirayə tutduğu evdə inanılmaz halla üzləşdi -FOTO
Ramazanla bağlı fətva verildi
Ulduzların pəhrizi-Dukan
İcbari tibbi sığortanın tətbiqi niyə ləngiyir?
Gəlin birlikdə hazırlayaq-2
Ev şəraitində müalicə alan COVID-19 xəstəsi növbəti testini harada verməlidir? - VİDEO
Hava haqqında - 21.12.2013
Danışaraq gəlirlər, 2 saat sonra boğulub ölürlər
Xanımı və körpəsi arasında seçim etməli idi-Nəticədə...-FOTO
Balaca qızlarımız üçün şərf hazırlayaq
Pompeo Çinə səsləndi: “Vəhşi heyvanların satıldığı bazarları birdəfəlik bağlayın”
Santa-Klaus kosmosa çıxdı
HAVA necə olacaq?-3 dekabr
DeJa Vu nədir?
Azərbaycanda daha dörd nəfər koronavirusdan vəfat etdi – 125 yeni sağalma
Limon suyunun faydaları
Braziliya deputatları Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müraciət qəbul edib
Məşhur aktyor sənətdən getdi
Şimali Koreyada bu gün qurultay keçiriləcək
İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Azərbaycanda piyada keçidləri arasında məsafə müəyyən edildi
Hava haqqında
DİM imtahan keçirəcək
Göy rəngi sevən xanımlar üçün
Evdə romantik vaxt keçirməyin yolları
7 yaşlı uşaq məscidə pul bağışladı
Möhtəşəm çəkmə modelləri
Yeni “iPhone” hamını sevindirəcək
Həbsxanaya dezodorantın içində narkotik keçirmək istədilər
Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013
Qar yağacaq
Sabahın HAVAsı
Sabahın HAVAsı
Alişan və xanımı Bodrumda istirahət edir - FOTO
Fondun bayram hədiyyəsi
Burak Özçivit Yeni İmicdə-FOTO
Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq
Tatlısəs Hiltonu Bodruma dəvət etdi
Tatlısəs ata olacaq?-FOTO
Makiyajla məşhurlara çevrilən Alexis