Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) səhabələrindən birinin ölüm yatağında olduğunu eşidir və onun yanına gedir. Halını xəbər alır, nələr gördüyünü soruşur. Səhabə deyir ki, ona bir ağ, bir də qara şey göstərilir. Peyğəmbərimiz ağınmı, ya qaranınmı ona daha yaxın olduğunu soruşanda səhabə "qara" cavabını verir və onun üçün dua etməsini istəyir. Rəsulullah (Ona Allahın salamı olsun!) dua edəndən sonra səhabə qaranın uzaqlaşdığını, ağın yaxınlaşdığını bildirir ki, bu da son anda insana əməllərinin göstərildiyi kimi izah olunur. Çünki görünən həmin qara şey insanın günahları, ağ isə savablarıdır.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Həzrəti-Əzrayıl (Ona salam olsun!) insanın ruhunu almağa gələndə əvvəlcə ona salam verər. Sonra həmin adama axirətdəki yeri göstərilir. İnsan qəbirdə və bəqa aləmində yaşayacaqlarını bu andan etibarən dərk edər. Həzrət Əli (Allah ondan razı olsun!) buyurur ki, gedəcəyi yeri bilmədən bir kimsənin bu dünyadan çıxması haramdır. Demək ölüm nə qədər ani, sürətli olsa belə, həmin anda zaman genişlədilir və insana gedəcəyi yer göstərildikdən sonra canı alınır.
Qurani-Kərimdə bildirlir ki, xeyir işlərdə irəli getmiş, həyatını Allah-Taalanın əmrləri istiqamətində yaşamış möminlər üçün ölüm rahatlıqdır, onlar üçün çox gözəl nemətlər hazırlanmışdır və Naim Cənnətində olacaqlar. İnkarçılar, yəni kafirlər üçün isə qaynar sudan bir ziyafət vardır, yəni onları Cəhənnəm əzabı gözləyir.
Bir möminlə bir kafirin ölümü də eyni olmaz. Belə ki, möminin canı bədənindən kərə yağından tük çəkilən kimi alınar. Hətta şəhidlər öldüklərini belə anlamazlar, sadəcə onu hiss edərlər ki, əvvəlkindən daha gözəl bir məkana gəliblər.
Bir kafirin ölümü isə çox əzablı, çox dəhşətli olur. Yəni insanın həyatı necədirsə, ölümü də, axirəti də onun məntiqi davamı olur.
Son anda edilən tövbənin qəbul edilib-edilmədiyinə gəldikdə isə Qurani-Kərim bu haqda buyurur ki, ömrü boyunca pis əməllərindən əl çəkməyən birisi ölümü hiss etdiyi, dünyadan əlinin üzüldüyü anda tövbə edərsə, onun tövbəsi qəbul deyil.
Sevimli Peyğəmbərimiz buyurur ki, can boğaza gəlmədən, yəni ölüm başının üstünü almadan gərək tövbə edib haqq yola yönələsən ki, duan qəbul olunsun.
Bəli, sevimli oxucular, ölüm dediyimiz bir oyanışdır, insanın öz əməlləri ilə üz-üzə qalmasıdır. Ölüm - Allaha qovuşmaqdır, ölüm anında insan Allaha qovuşmağı arzu edərsə, Allah da ona qovuşmaqdan xoşlanar; o anda ölümdən xoşlanmaz, Allaha qovuşmağı istəməzsə, Allah-Taala da ona qovuşmaqdan xoşlanmaz. Ölümü yoxluq bilənlər həqiqətdən xəbərsizlərdir.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ceyhun Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Ürküdücü yerlər-2
Korsetli ziyafət donları
Pul əskinaslarını rəsm tablosuna çevirdi
Can Yaman və Demet BARIŞDI-FOTO
Hamlet Xanızadənin doğum günüdür
Məşhur futbolçunun qabırğası sındı
Azərbaycanda uşaqlarla bağlı ayrıca məcəllə hazırlanır
Hamilə qadınların beynindəki 8 sual
Bir insanla ünsiyyət qurmağın rahat yolu
“Oskar”a həsrət qalan 10 məşhur aktyor - SİYAHI
Bərbərxana və gözəllik salonları yenə bağlı qalacaq?
Diqqət! Ən çox ələ keçən parollar
Anemiyaya diqqət! Ondan necə xilas olmalı?
Dövlət qulluğu vəzifələrində işləmək istəyənlərin diqqətinə
Bu qidalar xərçəngin qarşısını alır - SİYAHI
Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ
Azərbaycanda yazın ilk ayı üçün hava proqnozu açıqlandı
Xalq şairi Söhrab Tahir dəfn edildi
Adi ərzaqların qeyri-adiliyi
İlon Mask ilk dəfə “Forbes” milyarderləri siyahısında ikinci yerə yüksəldi
Yeni dərs ilinin başlama tarixi MƏLUM OLDU
Ən təhlükəli adalar
Mavi lavalı vulkan
"Terminator"un məşhur aktyoru intihar etdi-FOTO
Əcnəbi tələbələrin "hello"sunu "salam"a necə çevirək?
Təhsilini bitirə bilməyən şagirdlər üçün şans
Uşaqları internetin zərərli təsirlərindən qoruyaq
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
B dərmanların idxalı qadağan edildi
Cennifer Lopez və Şakira eyni səhnəni bölüşəcək
Bu metro stansiya bağlanır
Dəri pencək alarkən bunlara diqqət edin!
Tanınmış futbolçuda ölümcül xəstəlik aşkarlanıb
Hava haqqında
Putin Paşinyanı belə alçaltdı - VİDEO
İlandan hazırlanan alkoqollu içkilər
Tarixçi erməniləri ifşa etdi
Koronavirusun qalıcı ZİYANLARI
Can Bonomo və aktrisa Öykü Karayelin toyu oldu-FOTO
Google sensor ekranlı noutbuk göstərdi
Stress bel ağrısına səbəb olur
Ahmetlə Sılanı barışdıran mahnı bu imiş
Bu qidaları soyuducuya qoymaq olmaz!
Azərbaycanda yollarda vəziyyət necədir?
Azərbaycan polislərinə yeni silah veriləcək
Sılaya dəstək olmaq istəyən Çağla rüsvay oldu-FOTO
Son sutkada Özbəkistanda koronavirusa 738 nəfər yoluxdu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]