Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyir ki, bunun üçün Almaniyadan xüsusi mütəxəssislər dəvət olunub.
Məqsəd Bakının seysmik risklərini yenidən öyrənmikdir.
Bakıda və bölgələrdə seymoloji aktivlik, bir neçə il əvvəl eherji yığılması barədə iddialar, tikintilərə nəzarətin effektivliyi və vətəndaşların görməli olduğu işlər mövzusunda Qurban Yetirmişli ilə söhbət etmişik.
Qurban Yetirmişli deyir ki, Bakının seysmik riskinin qiymətləndirilməsi ilə almaniyalı mütəxəssislər məşğul olacaq.
Mtəxəssis bildirir ki, 57 -ci illərdə həmin dövrün imkanına uyğun primitiv bir seymoloji xəritə var idi ki, onu heç əsas kimi də götürmək olmazdı.
Milli.Az azadliq.org-a istinadən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin müsahibəsini təqdim edir:
- Bakının seysmik riski qiymətləndiriləcək. Bu hansı formada və kim tərəfindən aparılacaq?
- Deməli bu işlər Almaniyanın Yer elmləri mərkəzi ki var, onun seysmologiya bölməsi və Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən aparılacaq. Bu, Bakı şəhərində ilkin olaraq biz Səbael rayonunu götürmüşük. Seysmik mikrorayonlaşdırılması, seysmik riskin qiymətləndirilməsində təhlükəli zonaların müəyyən edilməsi layihəsi çərçivəsində birgə iş aparacağıq. Gələn ilin aprel ayından başlayacaq. Bütün cihazlar hamısı Almaniyadan gələcək. Həmin təşkilatın mərkəzi cihazlarıdır. Müəyyən qruntlar üzərində ən aşağısı bir 20 cihaz quraşdırılacaq. Onların proqram təminatı və quraşdırma işi birgə aparılacaq. Sonradan Almaniyada, Bakıda almanlar tərəfindən treyninqlər keçiriləcək. Proqram təminatı onlar tərəfindən veriləcək. Bu iki illik bir layihədir. Orda gənclər kurslardan keçəcək, aparılacaq işlər əsasında doktoranturadan elmi iş götürüb Elmlər namizədliyinin müdafiəsi üçün 2 illik, bir illik Almaniyada təhsil almaq üçün onlar yardım edəcəklər. İşin sonunda qiymətləndirmə olacaq. Məlumatlar toplanandan sonra bir neçə ay məlumatların emalı gedəcək. Həm xəritə tərtib olunacaq, həm seysmik mikrorayonlaşdırma, həm təhlükəli zona ayrılacaq, eləcə də riskin qiymətləndirilməsi aparılacaq.
- Sonuncu belə bir qiymətləndirmə nə vaxt aparılıb?
- Ümumiyyətlə Bakı şəhərinin seysmik mikrorayonlaşdırma xəritəsi olmayıb. Və bu tədqiqat üçün xəritə hazırlanmayıb. 57-ci ildə primitiv, yəni o zamanın imkanına görə elə bir xəritə var idi. Heç onu mən görməmişəm, hardansa oxumuşdum. Heş onu əsas götürmək olmaz. Çünki bu günki günün imkanları daha genişdir, nəinki yarım əsr bundan əvvəl olanlar. Bu işlər bu dəqiqliklə birinci dəfə aparılacaq. Balaca bir rayonda, Səbael rayonunda 20-dən çox cihazın qurulması, onların məlumatı bunun nə demək olduğunu özü-özlüyündə bunu artıq aydınlaşdırır. Bir var bir cihaz olsun, elə- belə nöqtələr olsun, biri də var 2 il müddətində ayrı-ayrı qruntlarda qoyulmuş bu cihazların məlumatlarını götürüb onu analiz edəsən. bu işlər dəqiqliklə aparılacaq.
- Bu qiymətləndirmə ancaq Bakı şəhəri üzrə nəzərdə tutulub yoxsa digər regionlarda da?
- Hələ ki birinci olaraq Səbael rayonu ərazisində aparılacaq. Digər 11 rayon etapla, birini başa çatdırandan sonra o birilərinə də keçəcəyik. Ola bilsin sonralar bizim də imkanımız olacaq həmin cihazlardan alaq, qoyaq və özümüz aparaq.
- Ümumiyyətlə seysmik aktivlik necədir? Hər hansı bir təhlükə varmı?
- Təhlükə deyəndə Respublika ərazisi seysmik aktiv rayondur. Xəzər dənizidir, Şamaxı-İsmayıllı zonasıdır, Böyük Qafqazın cənub yamacı, sonra Talış zonasıdır, Böyük Qafqazın şimal-qərb hissəsidir, bu zonalarda mütəmadi olaraq aktivlik özünü göstərir. Ancaq katastrofik zəlzələ üçün elə bir zona yoxdur ki, deyəsən ki güclü bir dağıdıcı zəlzələ olsun.
- İllərdir səslənən neft bumu və digər səbəblərə görə enerji yığılması barədə iddialar nə dərəcədə doğrudur?
- O hardan hesablaya bilər ki, o neft quyusunda nə cür enerji toplanır? Xəzərdə hələ bizim bir dənə də olsun stansiyamız yoxdur. Almışıq quraşdırmaq istəyirik, quraşdıra bilmirik. Sağlıq olsun, bu işi başa çatdıracağıq. Amma neftin nə aidiyyatı var bu məsələlərə? Onun o qədər də təsiri ola bilməz.
- Sizcə bu aktivliyin artmasında Bakı şəhərindəki tikinti bumunun və yeni göydələnlərin rolu nə qədərdir?
- Ümumiyyətlə Abşeronda demək olar ki, zəlzələ yoxdur. Hər hansı bir zəlzələ təhlükəsi ilə bağlı qorxu varsa da, o dənizdə olan zəlzələ ocaqlarından Bakıya təsir göstərir. İkincisi də hər hansı bina tikiləndə onun tikiləcəyi ərazinin neçə ballıq olduğunu biz müəyyən edib layihəçiyə veririk. Layihəçi də bizim verdiyimiz ballığa görə bütün elementlərdən istifadə edib onu layihələndirir. Fövqəladə Hallar Nazirliyi də ona ciddi yanaşır, ekspertizadan keçir və sair.
- Əhalinin, vətəndaşların seysmik aktivliyin artmaması üçün görməli olduqları hansısa bir iş varmı? Nə tövsiyyə edərdiz insanlara?
- Seysmik aktivliyin azalması üçün əhali neyləyə bilər? Seysmik aktivlik yerin dərinliyində gedən məsələlərdir. Ancaq bəzi məsələlər var ki, hansı ki o seysmikliyi, misal üçün sürüşmə zonaları, təhlükəli zonalar ki, var, həmin zonalarda ehtiyyatla yanaşmaq lazımdır ki, əvvəlcədən o sürüşmənin qarşısını alan tədbirlər görülsün və orda hər hansı bir işlər aparılsın. O texnogen məsələlər tamam başqadır.
Milli.Az
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA