İstirahət mövsümünün başlaması özü ilə bərabər bir çox problemləri də gətirib. Belə ki, Azərbaycanda xidmət sektorunda yetərincə problemlərin olması vətəndaşların narazılığına səbəb olur. Hazırda tez-tez sosial şəbəkələrdə Bakının mərkəzindəki kafe və restoranlarda müştəriləri narazı salan hallarla bağlı tənqidi şərhlərə rast gəlirik.
Belə ki, bir sosial şəbəkə istifadəçisi kafelərdən birində 1 çaynik çayın 16 manata verildiyini yazır. Şərtlər elədir ki, çay yalnız şirniyyatla verilir, yanında qənd təqdim edilmir. Həmin şirniyyat isə dəstgah hesab olunduğundan qiymət 16 manata qalxır. Yəni əgər yolda susayıb 5 dəqiqəlik hansısa kafeyə dönürsənsə, iki nəfərlik nahar yeməyinin puluna bir stəkan çay içə bilərsən.
Bu vəziyyət şəhərin hər yerində, xüsusən də Milli Park və İçərişəhər ərazisində müşahidə olunur. Bu qiymətlər isə təkcə yerli sakinləri yox, həm də turistləri narazı salır. Paytaxt sakinləri ən azından hansı kafedə qiymətlərin necə olmasından məlumatlı olduğu üçün bahalı kafelərə müraciət etmirlər. Turistlərin isə bu haqda anlayışı olmadığından hesab ödəyərkən şok qiymətlərlə üzləşməli olurlar.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, bu problemin aradan qaldırılması üçün rəqabət mühitinin formalaşdırılması və daha ucuz xidmət göstərən müəssisələrin yaradılması önəmlidir: "Bu müəyyən qədər mürəkkəb məsələdir. Xidmət sektorunda aparılan siyasət bir çox hallarda iqtisadi normalara uyğun deyil. Buraya qiymətlərin müəyyənləşdirilməsi də daxildir. Məsələ ondadır ki, vətəndaşlar öz büdcələrinə uyğun istirahət mərkəzlərinə, kafelərə, restoranlara üz tutmalıdırlar. Belə olduğu təqdirdə gözlənilməz hesabla da qarşılaşmazlar. Lakin burada bir məqam da var ki, turistlər ölkədəki xidmət müəssisələrini qiymətinə görə fərqləndirə bilmirlər və göstərilən xidmətlər qarşısında onlardan tələb olunan böyük məbləğlər son nəticədə turizm xərclərinin bahalaşmasına gətirib çıxarır ki, bu baxımdan növbəti dövrlərdə turistin həmin ölkəni seçməsi problem olur. Başqa bir məsələ isə ondan ibarətdir ki, dənizkənarı park ərazisində də qiymətlər həddindən artıq bahadır".
Ekspertin fikrincə, Bulvar İdarəsi orada xidmət göstərən obyektlərlə müqavilə bağlayarkən, onlara öz ərazisində fəaliyyət göstərməyə icazə verərkən müəyyən öhdəliklər qoymalıdır: "Çünki Milli Park hər kəsin müraciət edə biləcəyi xidmətləri təqdim etməlidir. Biz isə onu görürük ki, bu qiymətlər ölkə əhalisinin çox az bir qismini, əsasən imkanlı təbəqəni hədəf götürür deyə sadə insanlar həmin xidmətlərdən istifadə edə bilmirlər.
Bu sahədə bir çox işlər görülməlidir. İlk növbədə rəqabət mühitinin formalaşdırılmasıdır. Əgər məhdud sayda müəssisələrə şərait yaradılarsa, bu təklif olunan xidmətlərin qiymətini daha baha olmasına gətirib çıxarır. Lakin obyektlərin sayı çox olarsa, o zaman rəqabət artır, müəssisə sahibi çalışır ki, daha optimal qiymətlərlə müştəri kontingentini saxlaya bilsin. Ümumiyyətlə, götürəndə ölkə sferasında rəqabət mühitinin formalaşması üçün müəyyən addımlar atılmalıdır. Söhbət daha çox müzakirə obyekti olan Milli Parkdan və ya İçəri Şəhərdən gedirsə orada Bulvar İdarəsinin nəzarəti önəmlidir".
Milli.Az bildirir ki, musavat-a açıqlamasında qoyulan problemə mövqe bildirən İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev dedi ki, hər bir müştərinin ona təqdim edilən menyuda özünü arzu elədiyi hissəni sifariş etmək hüququ var və yalnız aldığı mala görə pul ödəməlidir: "İstehlakçı təkcə çay içmək istəyirsə, ona dəsgah təklif olunsa belə, yalnız çay götürə bilər".
Nazirlik sözçüsü qanunvericiliyə də toxunaraq, bildirdi ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 14-cü maddəsi "Ticarət və başqa xidmət növləri sahələrində istehlakçıların hüquqları"ndan bəhs edir və orada qeyd edilir ki, istehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.
A.Əliyev qeyd etdi ki, bu cür qanun pozuntuları ilə rastlaşan şəxslər nazirliyin qaynar xəttinə müraciət edə bilərlər: "Biz bunun üçün Nazirliyin 195-2 çağrı mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiə xidmətinin 498-15-01, 498-15-04 nömrəli telefonlarını həmişə istehlakçıların nəzərinə çatdırırıq ki, istehlak bazarında qarşılaşdıqları hər hansı məsələ ilə bağlı müraciət eləsinlər və biz o müraciətləri operativ şəkildə araşdırmağa və lazımi tədbirlər görməyə hazırıq".
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da bildirdi ki, hazırda şəhərdə xidmət göstərən ictimai iaşə obyektlərində bu cür problemlərə rast gəlinir: "Bakıda belə bir proses gedir və mən bunu qətiyyən düzgün hesab etmirəm. Mən sadəcə, bir stəkan çay içmək istəyirəmsə, nə üçün məcburi şəkildə dəstgahın da pulunu ödəməliyəm. o baxımdan mən hesab edirəm ki, Bakı Şəhəri İcra Hakimiyyətinin müvafiq departamenti və başqa dövlət təşkilatları bu işlə məşğul olmalıdırlar. Bəzən elə hallar olur ki, bir stəkan çay yeməkdən baha başa gəlir. Bunun qarşısı alınmalıdır. Bu hallar qeyri-qanunidir".
Milli.Az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR