Hətta bir faktı da diqqətinizə çatdıraq ki, vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olubÖtən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında qadınlar 5-8, cənub bölgəsində isə 10-12, hətta 15 uşaq dünyaya gətirirdilər. Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Lent.Az-a deyilib ki, ölkədə çoxuşaqlı ailələrin statistikası hər 10 ildən bir aparılır, ona görə son statistika 2009-cu ilə aiddir. 2009-cu ildə əhalinin siyahıyaalınmasının göstəricilərinə görə, Azərbaycanda 396 000 (30,1%) 1 uşaqlı, 529 000 (40,3%) 2 uşaqlı, 261 900 (19,9%) 3 uşaqlı, 126 700 (9,7%) 4 və daha çox uşaqlı ailə var.Dövlət Statistika Komitəsinin verdiyi digər məlumata görə isə, son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb.
"Qəhrəman ana" statusu bərpa olunmur
Artıq neçə ildir ki, "Qəhrəman ana" statusunun verilməsi ilə bağlı təkliflər layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Milli Məclisə təqdim edilib.Təkliflər layihəsində həmçinin daha çox çoxuşaqlı ailələrin təminatının yaxşılaşdırılması, çoxuşaqlı ailələrdə uşaqların təhsilinin, ev şəraitinin yaxşılaşdırılması kimi məsələlər, çoxuşaqlı ailələrdə valideynlərin və uşaqların müalicəsi üçün müavinətlərin verilməsi də nəzərdə tutulurdu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, hələ ki, Milli Məclisə göndərilən layihədə nəzərdə tutulan bir müddəa müzakirə olunub və qəbul edilib: "Ötən ilin yanvar ayında 5-dən çox uşağı olan analara hər uşağa görə 30 manat müavinət verilməsi ilə bağlı qanun artıq qəbul edilib".Amma çoxuşaqlı analara "Qəhrəman ana" statusunun verilməsi ilə bağlı Milli Məclisə ayrıca göndərilən layihə ilə əlaqədar heç bir tərpəniş yoxdur: "Layihədə 5 uşağı olan analara "Qəhrəman ana" statusunun verilməsi təklif kimi irəli sürülmüşdü. "Qəhrəman ana" statusunun verilməsi ilə bağlı təkliflə bağlı hələ ortada heç nə yoxdur".
Beşdən çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar "Qəhrəman ana"dır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayevin verdiyi məlumata görə, Azərbaycanın sosial qanunvericiliyində hazırda "qəhrəman ana" anlayışı olmasa da, ölkənin sosial müdafiə sistemində çoxuşaqlı analar da nəzərə alınıb.
Belə ki, "Əmək pensiyaları haqqında" qanunda yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsində çoxuşaqlı qadınlar üçün güzəşt əksini tapıb. Qanunda çoxuşaqlı qadınlar beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar kimi müəyyən olunub.
E. Babayev bildirib ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası almaqdan ötrü müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların da əmək pensiyası üçün müəyyən olunmuş yaş həddi 5 il azaldılıb.
E.Babayevin sözlərinə görə, "Sosial müavinətlər haqqında" qanuna əsasən, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların yaşa görə aylıq sosial müavinət almaq hüquqları müəyyən olunub: "Bu qanuna görə, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilərin yaşa görə aylıq sosial müavinət almaq hüquqları var".
Bununla yanaşı, dövlət başçısının "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında" 27 dekabr 2013-cü il tarixli fərmanı çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rola malikdir. Fərmana əsasən, hazırda ƏƏSMN tərəfindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinət ödənilir.
E.Babayev qeyd edib ki, aztəminatlı ailələrin sosial müdafiəsində mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin də 33779-unu və ya 28,3 faizini tərkibində 3 və daha çox uşağı olan ailələr təşkil edir.
Sonda məlumat üçün qeyd edək ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeydə alınıb. Bu rayonlardan olan üç "Qəhrəman ana"nın hər biri 17 uşaq dünyaya gətirib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Özbək plovu (foto-resept)
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Deputatlarımız nə zaman təsdiq olunacaqlar?
“Bez bebek”in aktrisası İLLƏR SONRA - FOTO
NATO: Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozub
Coni Deppə qarşı 100 milyonluq məhkəmə iddiası
Torpaqda yetişdirilməyən gül
"Qalatasaray" azarkeşlərinə bəd xəbər
Lavaş piroqu( foto resept)
Yaponiya sahillərində güclü zəlzələ olub
Günəş tutulması baş verəcək
Ronaldo sevgilisinə 615 minlik üzük aldı
Masallıda "Cənnət ağacı"
Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya
Məşhur cütlükdən xeyirxah davranış
Vulkan külçəsi (foto resept)
Mükəmməl ailəyə sahib olmanın 10 qızıl qaydası
4 gözəllik vərdişi sizdə bayram əhvali-ruhiyyəsi yaradacaq
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Çiyələkli tort(foto resept)
Artritə qarşı... fırça
Leyla Əliyeva İçərişəhərdə tədbirdə - FOTO
Özümüzü tanımaq üçün 11 addım
Paytaxtda mənzillər ucuzlaşdı
Xurmanın faydaları
Yerə nəhəng bulud yaxınlaşır
Toy tortları
Hava haqqında
Mənim balam
Daimi makiyajın incəlikləri
Putin Leyla Əliyevaya medal verdi
“WhatsApp” istifadəçilərinə bəd xəbər - İşləməyəcək
Yay yeməyi (foto resept)
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
Robin Ulliamsın oğlu evləndi-FOTO
"Hercai" serialın a daha bir aktrisa qatılacaq
Mustafa Ceceli dənizə girmək istəmədi-SƏBƏB
Futbol qaydaları dəyişdi - SİYAHI
Mən heç kimdən qorxmuram!
Ağ Ev Malikiyə təpindi
Hamilə olduğunu düşünürdü 9 ay sonra ...-FOTO
Zeynəb Bəşərlər Ozan Güvən qalmaqalına fikir bildirdi
Bakıda mənzil satışı azalıb
Azərbaycanda tək böyrəkli uşaq doğuldu - Sağ böyrəyi də kiçikdir
Azərbaycan tarixindən yüz şəxsiyyət-29
Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi
Bayram gecəsinin və gününün əməlləri
3 aya 22 kq arıqladım
Nardaranda həlak olan polis
İsti günlər gəlir