Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qadin.Net bildirir ki, AzərTac-da yayımlanan təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.
Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.
Əziz bacı və qardaşlarım!
Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.
Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!”
XƏBƏR LENTİ
O, superərzaqdır
Nənənin başı söhbətə qarışdı, nəvəsini oğurladılar - VİDEO
Soğanın bu inanılmaz gücünü bilirdiz?
Qırmızı aksessuarlar
Prezident İlham Əliyev Ərdoğana zəng edib
Professordan xəbərdarlıq: “Qanınızın rəngi belədirsə...”
Qadın içkili kişini ölümdən xilas etdi – VİDEO
Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
Qadın xəstəliklərinə türkəçarə
Kompüter gücündə telefon
02.02.2020 tarixində nələr BAŞ VERƏCƏK? - Min ildə bir yaşanacaq HADİSƏLƏR/VİDEO
Qurban bayramı 3 fərqli vaxtda keçiriləcək
Makiyaj süngərlərini təmizləmək üçün...
Sevdiyiniz kişini xoşbəxt edin
Nil Karaibrahimgilə xoş SURPRİZ-FOTO
E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-2
Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA
Sürücülərə şad xəbər
Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək
Yağ yandırmağa kömək edən çaylar
ÜST fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı
Vanqa 2019-cu il haqda daha nə deyib?
Pendirli kəsmikli piroq (foto resept)
ABŞ-da göydə uçan insanabənzər fiqur görənləri qorxutdu – VİDEO
Müəllimlərin maaşı açıqlandı
Facebook: gəlirlər də, istifadəçilər də artır
Kərəmlə Handenin yeni serialının yayım tarixi bəlli oldu
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlandı, iki nəfər vəfat etdi
İşıqda yatmaq çox ziyanlıdır!
Böyük partlamanın səsi tapıldı: Higgs parçacığı qədər əhəmiyyətli bir kəşf
Menstruasiya sancısının qarşısı necə alınmalıdır?
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Badımcan ruleti (foto resept)
Sabahın HAVAsı
Ana namizədlərinin duyğularının körpəyə təsiri
Beyni necə sakitləşdirmək olar?
Peonny Lim
"Erkenci kuş"la bağlı gözlənilməz qərar
Komadan ayılan həkim "ölümdən sonrakı həyat"ın sirrini açdı (FOTO)
Azərbaycanda yollarda vəziyyət necədir?
Subay qalmaq qorxusu
Yeni trend: Afrika hörüyü
Qaçışla necə düzgün məşğul olmalı?
Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar”
Evinizə stil qazandırın
Mett Deymonun qızı koronavirusa yoluxdu
İrem Derici izləyicilərini təəccübləndirdi-FOTO
Arda:"Azərbaycan bayrağını daşımaqdan qürur duyuram"
Bakıda ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək