Mütəxəssislər yenicə anadan olmuş körpələri ilk dəfə çimizdirilmələrinin 48 saata kimi ləngitməyi məsləhət görürlər. Bunun üçün aşağıdakı səbəblər mövcuddur:
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, müxtəlif infeksiyalara yoluxma təhlükəsinin aşağı düşməsi. Körpələr verniks adlanan erkən inkişaf vaxtı formalaşmış ağ rəngli dəri hüceyrələrindən ibarət maddə ilə örtülmüş halda doğulurlar. Verniks yayılmış bir çox bakterioloji yoluxmaların qarşısını alan zülal daşıyıcısıdır. Verniksi təbii anti-bakterial bir məlhəm rolunu oynayır. Qısası, körpəniz belə bir mikrob əleyhinə maddəyə bürünmüş şəkildə dünyaya gəlir. B grup streptokok və E coli tipli bakteriyalar doğuş zamanı körpəni yoluxurub pnevmoniya, meningit kimi qan infeksiyalarına səbəb ola bilər və ölümcül nəticələrə gətirə bilər. Bu infeksiyalar nadir deyillər-körpələr gündəlik olaraq bu bakteriyalar üçün müayinədən keçirlər. Verniks isə Yaradanın bu infeksiyalara qarşı təbii müdafiyəsidir. Verniks təbii dəri nəmləndiricisi və qoruyucusudur. Amniotik mayedən hava şəraitinə keçid zamanı körpənin dərisinin qorunmasına ehtiyacı vardır. Çimizdirilmənin ləngidilməsi süni ətirli losyonlara da ehtiyac qoymayacaqdır.
Körpə qanında şəkərin sabitliyi. Körpənin doğuşdan sonra erkən yuyulması qanda şəkərin düşməsinə səbəb ola bilər. Belə ki, doğuşdan bir neçə saat sonra körpə həm qanda şəkərin mənbəyi olan ciftdən ayrılmasına həm də, bətnxarici həyata uyğunlaşmalıdır. İlk günlərdə körpənin çimizdirilməsi ağlamasına, stresə və stres hormonlarının ifrazına səbəb olur. Stres hormonları isə körpənin qanında şəkərin səviyyəsini sala bilər ki, bu da körpənin ifrat yuxulu olmasına və süd əmməməsinə gətirib çıxara bilər. Bu hal isə öz növbəsində qanda şəkərin səviyyəsinin daha da düşməsinə səbəb olur. Nadir hallarda olsa belə, qanda şəkərin səviyyəsinin kəskin düşməsi nevroloji zədələrə yol aça bilər.
Körpənin tənzimlənmiş hərarəti. İlk günlərdə körpənin çimizdirilməsi hipotermiyaya səbəb ola bilər. Ana daxilində 37 dərəcə olduğu halda, bir çox körpələr otaq temperaturu 22 dərəcə olan şəraitlərdə doğulurlar. Doğuşdan sonrakı ilk bir neçə saatda körpə hərarətini tənzimləmək üçün çoxlu enerji sərf edir. Əgər hərarətini çox itirərsə qanda şəkərin düşməsi yaxud başqa fəsadlar ola bilər.
Ana-körpə bağlılığının möhkəmlənməsi. Yeni körpələr anayla dəri-dəriyə sarılmağa ehtiyac duyurlar və ana südü əmmək üçün onlara fürsət verilməlidir. Körpənin sağlamlığının sabit olması və ağırlaşmalar müşahidə olunmadığı halda, körpə anasının qucağında olmalı və bu qiymətli dəqiqələr körpə və ana arasında bağlılığı möhkəmləndimək üçün sərf edilməlidir. Anasının sinəsində bədən-bədənə sarılmış körpələrin qanda şəkər göstəricisi və bədənlərinin hərarət tanzimləmə bacarığı daha yaxşı olur və həmçinin döş əmmək qabiliyyətini daha tez mənimsəyirlər. Dəri-dəriyə kontaktı hətta qeysəriyyə kəsimi əməliyyatından sonra da tətbiq edilir. Körpənin yuyulması isə daha sonraya təxirə salınır.
Uğurlu əmizdirmə. Araşdırmalar göstərir ki analara körpə ilə sinə-sinəyə sarılmaq üçün kifayət qədər vaxt verildikdə və bu zaman müxtəlif tibbi müayinə və körpənin yuyulmasına sərf edilmədikdə əmizdirmə daha uğurlu nəticələr göstərir. Doğuşdan sonra ilk 1 saat (ən yaxşı halda ilk 30 dəqiqə) ərzində əmizdirilən körpələrin döşü düzgün götürmələrində əngəlləri olmur. Çünki ana bətnində ikən körpə daimi ahənglə amniotik mayeni soraraq udur. Doğulanda isə o ağlayır, nəfəs almağa başlayaraq sormağı və udmağı yadırğayır. Dərhal əmizdirməyə başladığınızda isə körpənin vərdişi bərpa olunur. Körpəni sinənizin cildinə təmas üçün qoymaqla, körpə isinəcək, anansının səsini eşidərək rahatlıq tapacaq və döşün giləsini özü taparaq əmməyə başlayacaqdır. Bu kimi vacib məsələlər olan halda körpənin yuyulması kimi ikinci dərəcəli proseduralar gözləyə bilər.
Əlcəkdən istifadə. Xəstəxana işçiləri amniotik maye və qanla təmas etməmək üçün yuyulmamış körpəyə baxım zamanı daim əlcək geyinməli olacaqlar. Bəzi araşdırmalar göstərir ki, əlcəklərin geyilməsi körpələrdə yayılmış müxtəlif virus və digər yoluxmalara qarşı ciddi profilaktikadır.
Valideynlər körpələrini çimizdirmək sevinci yaşayacaq. Ananın səhhəti babatlaşdıqdan sonra, valideynlər asanlıqla körpənin ilk çimizdirilməsində iştirak edə bilərlər. Bu həm də tibb bacısıyla valideyn arasında bir təlim fürsətinə çevrilir. Bir vacib məqam da ondan ibarətdir ki, körpəni ilk ayında çimizdirərkən sadə sudan istifadə etmək kifayətdir. Bunun üçün heç bir sabuna, şampuna və digər gigiyenik vasitələrə ehtiyac yoxdur. Sadə su ilə çimizdirilməsi körpənin gigiyenik vasitələrin tərkibində olan zərərli kimyəvi maddələrlə təmasını azalda bilər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yuxudan vaxtında oyanmaq üçün nə edək?
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
İdmançımız Azərbaycana DÇ-nin qızıl medalını qazandırdı! - YENİLƏNİB
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
Smartfonun bu ziyanı ağlınıza gəlməzdi
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Miqrenə çarə mətbəxdə
BÜRCLƏR bizə nə vəd edir?-10 Oktyabr
Obama: “Müsəlmanların tərəfini saxlamıram, sadəcə...”
Dəyişiklik üçün 30 min xərclədi-FOTO
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Hörmə bulkular (foto resept)
Çəki azaltma və sağlam yaşamaq üçün 4 tövsiyə
Atəşkəs rejimi 13 dəfə pozuldu
Darçınlı, qozlu piroq (foto resept)
Ayrılığa bir gün qaldı...
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Məşhur aktyorun üçüncü övladı doğuldu-FOTO
Kimsəsiz ana və onun 3 yaşlı uşağı
Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb.
Dünyanın ən uzun qadını
Aşura günü Bakıda hərəkət məhdudlaşdırılacaq
ABŞ Serjdən girovları istəyir
Qurdlar bağırsaq vadisində
Stresin sonsuzluq müalicəsinə təsiri
Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün... - Vanqadan məsləhətlər
Bitkilər və təbabət
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Ayaqaltı modelləri
Baydenin prezidentliyinin ilk yüz gün üçün planları: İlk növbədə miqrantlara vətəndaşlıq vəd edir
Ermənistan ekoloji terrorla məşğuldur – VİDEO
Sobada pendirli ət (foto-resept)
Galaxy S4 smartfonunun zərif variantı
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Balıq kotleti (foto resept)
Saytların sayı hesablandı
Qarpız damarları aterosklerozdan qoruyur
Ən gözəl qarderoblar
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO
Xəbəriniz olsun!
Azərbaycanın milli təamları Bolqarıstanda
"Vətənpərvər insanlar ölmürlər"
Azərbaycanda koronavirusa yoluxma sayı 200-dən aşağı düşdü
Hansı sulara üstünlük verək?
101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Android maşınlar üçün də proqram hazırlayır
Maykl Ceksonun əlcəyi hərracda bu qiymətə satıldı - FOTO