Milli.Az modern.az-a istinadən məsələ ilə bağlı iki fərqli mövqeləri təqdim edir.Məşədi Dadaş Məscidinin imam-camaatı Hacı Şahin Həsənli Məhərrəm ayını matəm ayı kimi dəyərləndirib: "Məhərrəmlik İslam təqvimində matəm ayı hesab olunur. Məlum olduğu kimi, peyğəmbərimizin nəvəsi İmam Hüseyn (ə) və silahdaşları bu ayda faciəli şəkildə qətlə yetiriliblər. Bu səbəbdən də Məhərrəm ayı İslam aləmində hüzr və matəm ayı kimi qeyd olunur, eləcə də matəm mərasimlərinin keçirilməsi tövsiyə olunur.Nəzərinizə çatdırım ki, bu ay ağlayıb-sızlamaq üçün deyil, təşkil edilən mərasimlərdə hadisələrin mahiyyəti insanlara açıqlanmalı, mərasim iştirakçıları elmi cəhətdən zənginləşdirilməlidirlər".Hacı bildirir ki, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmaq üçün müsəlmanlar bu ayda şadlıq mərasimlərindən imtina ediblər. "Amma bu şəriət hökmü deyil, mənəvi borcdur. Məhərrəm ayının xüsusi hökmləri yoxdur.Bəzən əzadarlıq mərasimlərində bədənə zərər verən hallara da rast gəlirik, hətta ifrata varıldığının da şahidi oluruq. Sevindirici haldır ki, son illər bunlar xeyli azalıb. Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tövsiyələrində qeyd edilib ki, məclislərdə ədəb-ərkana riayət olunsun, hadisənin mahiyyətinə xələl gətirəcək hallara yol verilməsin.Ümumiyyətlə, kimsə İmam Hüseynin xatirəsini yaşatmaq istəyirsə, bunu öz əməlləri, əxlaqı ilə nümayiş etdirməlidir. Əks təqdirdə bu hadisənin mahiyyətinə xələl gələr. Bədənə zərər vurmaqdansa talessemiyadan əziyyət çəkən insanlar üçün qanvermə aksiyasına qoşulsunlar. Bu ən gözəl fədakarlıqdır".İlahiyyatçı Elşad Miri isə deyib ki, İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur: "Əgər qadağa olsaydı peyğəmbərimizin 3 qızının, xanımlarının ( hansı ki, "Qurani-Kərim"də onlar möminlərin anaları adlandırılıb) özünün vəfat etdiyi gündə, yaxud 124 min peyğəmbərin öldüyü günlərdə toy etməzdik. Yüz minlərlə peyğəmbər və 365 günlük bir təqvim... Onda bizim təqvimimiz ancaq qara olardı".İlahiyyatçının sözlərinə görə, Məhərrəm ayı müqəddəs ay deyil: "Miladi təqvimdəki yanvar ayı kimi Hicri-qəməri təqvimində də məhərrəmlik ilin ilk ayıdır. Məhərrəm müqəddəs ay deyil. Bu İslamdan əvvəl də müsəlman olmayan ərəblərin istifadə etdiyi bir təqvim idi. Sadəcə, Məhəmməd peyğəmbərin vəfatından sonra 680-ci il Məhərrəm ayının 10-cu günündə, Aşura deyilən həmin vaxtı onun nəvələrindən biri olan İmam Hüseynin (ə) qətlə yetirildiyinə görə toy etmirlər. Ancaq peyğəmbər hətta öz oğlunun ölümü ilə bağlı belə bir qadağa qoymamışdı.Əlbəttə, imam Hüseyn böyük şəxsiyyət olub, haqsızlığa qarşı vuruşub, amma bununla yanaşı, onun ölümü ilə bağlı toy edilməməsi anlayışı yoxdur. Bizim cəmiyyət hər şeyə kortəbii yanaşır.Məsələn, Ramazan ayı başlayanda hamı müsəlman olur, içmir, islamla bütünləşir. Onlar bilir ki, toylardakı bəzi ənənələr İslama ziddir. Amma həqiqi müsəlman bütün ömrü boyu İslamla bütün olmalıdır, bir ayın xatirinə deyil. İslam hansısa hadisə ilə bağlı, yaxud yaxınını itirən birinin 40 gün saqqal saxlanılmasını özündə əks etdirən bir din deyil".Elşad Mirinin fikrincə, belə mərasimlərin ölkəmizdə keçirilməsi İranla bağlı məsələdir: "Zaqatala, Balakən, Qax zonalarında istər Məhərrəmlikdə, istərsə də Ramazan aylarında toylar keçirilir. Cəmiyyətdə mifik bir fikir formalaşıb ki, guya Məhərrəm ayında kim toy etsə, ya boşanacaq, ya övladı olmayacaq, ya da başqa xoşagəlməz hadisə ilə üzləşəcək. Amma ağlı başında olan bir insan bilir ki, əgər hər hansı genetik xəstəliyi varsa, qanında hansısa virus varsa, sonsuzluq problemi bununla bağlıdır.Əzadarlıq məclislərinə gəldikdə, İslam dinində əzadarlıq anlayışı yoxdur. Allah "Qurani-Kərim"də də buyurur ki, özünüzü öz əllərinizlə təhlükəyə atmayın. Əgər bu deyilibsə, onun verdiyi əmanəti biz necə cəzalandıra bilərik? Əgər həmin insanlar həqiqətən də səmimidirlərsə, İmam Hüseyn kimi həyat yaşasınlar, onun kimi namaz qılsınlar, onun kimi oruc tutub, "Quran"a bağlılıqlarını həyata keçirsinlər. Bütün bunları etməyib yalnız bir "islamçı" olmaq mənə səmimi görünmür".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İrandakı duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər
Dünya çempionatında Qurani-Kərim paylanılır
Bakıda UNO hamını qorxutdu
Neymar yeni model sevgilisi ilə ad günündə tanış olub - FOTO
Qadın boksçumuz Polşada erməni rəqibini məğlub etdi
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı
DİN-in zabitlərinə general rütbəsi verilib
77 yaşlı ər və arvad boşandı – Bakıda
Günün qoroskopu: hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin
Qaxda daha bir "möcüzə"
Xəzərin suyunu təmizləmək üçün yeni qurğular tikilə bilər
İngilis dili-Aa (3)
Günün qoroskopu: fiziki işə qatlaşmayın
Ebola virusunu aşkar edən alim: “Yeni ölümcül xəstəlik yaranacaq”
Mənzil alan jurnalist CÜTLÜKLƏR
Bakının mərkəzində girişi qadağan olunmuş "nəhənglər" nə gəzir?
15 dəqiqəlik günəş vannası artritdən xilas olmaq üçün kifayətdir
Azərbaycan tarixindən yüz şəxsiyyət-48
Azərbaycanda dollar satışı azalıb - 2 dəfədən çox
Çətin ləkələri təmizləmək üçün 8 sadə üsul
Leyla Əliyeva hindistanlı mistiklə görüşdü - FOTO
Fərqli şam ağacı dekoru
Dünyanı böyük sürpriz gözləyir
Şirin duyğular
Üçtərəfli displeyə malik smartfonun istehsalına başlandı
Pərviz "Survivor"da hər kəsi HEYRƏTLƏNDİRDİ - VİDEO
Peris Hilton hər kəsi təəccübləndirdi
Chanel-in 2014-2015-ci il Yeni il kolleksiyası
Limonlu suyun möcüzəvi faydası
Bahar ətirləri
Ecaskar xanımlar üçün
Kababa gəl, kababa: ye ki, qurtaracaq
Beyni öldürən 10 təhlükə
Dünyanın ən böyük məzarlığı
Balqabaqlı yemək (foto-resept)
Cütlüyün bal ayı təxirə düşdü-SƏBƏB
Sürətli oxu - 10
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
"Ağıllı" cins gödəkcə hazırlanıb
Panik Atakın 30 Simptomu
Yalançılar haqqında doğrular
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?-23 noyabr
Vladimir Putin: “Döyüşlər Ermənistan ərazisində getmir” - VİDEO
Fahriye Evcen yeni şəkillərini paylaşdı
ABŞ bu ölkələrə güvənmir
Azərbaycanda koronavirusa görə istehsalın dayandırılması gündəlikdə deyil - RƏSMİ
Qışda bəbir naxışlı geyimləri geyməyin üsulları
Fahriye Evcen Burak Özçivitin yeni imicindən danışdı
Zeyn Malik artıq müsəlman deyil















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]