Milli.Az xəbər verir ki, bu barədə Ölkə.Az-a hazırda aktrisanın evində olan jurnalist İradə İsaqməlumat verib. Həmkarımız bildirib ki, Salmanovanın durumu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də müraciət edib:"İlk gündə yamyaşıl qusmuşdu. Biz onu ayağa qaldırdıq, evi səliqəyə saldıq, bazarlığını elədik, paltarını dəyişdik. Mənim yerimə kim olsaydı, bunları edərdi. Qohum-əqrəbası yoxdur. Bir bacısı var, xəstədir, yaşlıdır. O da özünü güclə hərləyir. Gülnar xanımın nitqində problem var, zarıya-zarıya danışır. Mədəniyyət və Turizm Nazirliyi bizə hər cür kömək etməyə hazırdır. Sadəcə, dövlət orqanlarına müraciət etmək istəmirəm. Gülnar xanım adi köməklə özünə gələ bilər. Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev də hər cür kömək etməyə hazır olduğunu bildirib. Əgər bu cür ayağa qalxmasa, mütləq kömək edəcəklər. Əliqismət müəllim kifayət qədər kömək edib. Hətta bir dəfə onun yaşadığı evin qapısını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları açıblar".İradə İsaq bildirib ki, son üç gündə əməkdar artist Kübra Əliyevadan savayı heç bir həmkarı Gülnar Salmanovaya baş çəkməyib:"Hərənin öz şəxsi işi, düşüncəsi var. Allah məni gətirib bura çıxartdı. Gülnar xanıma 24 saat yanında olan baxıcı, dializə getmək üçün sürücü tutulmalıdır. Çıxır küçəyə, hansısa taksiyə əl edir, bəziləri saxlamır. Ötən dəfə bir nəfər taksiyə qoyub evə gətirmişdi. Qonşular danışır ki, bir dəfə qapını açıb içəri girə bilmirmiş. Yaxşı qonşuları var. Amma hamısı kömək etməlidir. Bilirlər ki, burada bir xəstə qadın yaşayır. Kiminsə xətrinə dəymək istəmirəm. Bildiyimə görə, bir müddət öncə bəzi sənət yoldaşları gəlmişdilər. O gün də Kübra xanım Əliyeva bir qazan isti sup və qarabaşaq bişirib gətirmişdi. Son üç gündə başqa sənət yoldaşını görməmişəm. Mənə təəssüfləndiklərini yazanlar olub.Gözləri də görmür. Başına bir iş gəlsə, zəng vura da bilməyəcək. Gözləri çox zəif görür. İşıq yanır, elə bilir ki, qaranlıqdır. Sizin vasitənizlə Gülnar xanımın həmkarlarına çağırış edirəm ki, bu günlərdə ona ən azı mənəvi dəstək olsunlar. Onun yaxşılaşması üçün hələ ki böyük məbləğə ehtiyac yoxdur. Özü də prezident təqaüdü alır, oğlu kömək edir. Sadəcə, mənəvi dəstək olsunlar. Əgər görsək ki, ehtiyac var, özüm Səhiyyə Nazirliyinə də müraciət edəcəyəm".Xatırladaq ki, Gülnar Salmanova xərçəng və şəkərli diabetdən əziyyət çəkir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR