Bir neçə dindar rayonun axundunun yanına gəlib məscid əhlindən olan filankəsin min hoqqadan çıxdığını, dinə də, məzhəbə də xələl gətirdiyini, onun başına bir ağıl qoymağın lazım olduğunu deyirlər. Axund da cavab verir ki, "səs salmayın, üstünü basdırın iylənməsin, hara fırlansa adı bizimkidi, heç kim bilməsin, bir daş altdan, bir daş üstən!".Bu gün dini cameədə axund kimi düşünənlər kifayət qədərdir. Qəribədir ki, cəmiyyətdə demokratiya, ədalət və bərabərlik axtaranlar, yerlibazlığı, qohumbazlığı qamçılayanlar dini sahəyə gəlincə nəzərlərini 180 dərəcə dəyişdirirlər. "Bizimkilərə" bir söz deməyin! Söz demisənsə - deməli "bizimkinin" libasını geyinən düşmənsən! Özünə bəraət qazandırmağa da ehtiyac yoxdur, çünki səni heç dinləyən də olmayacaq. Sən gəl ənənəvi xətti pozma, o birilərə "döşə" getsin. Bizim "arxa cəbhəmizdə" baş verənlərə isə göz yum!"Təxminən belə bir düşüncə tərzinə malik dindarlar əmindirlər ki, "zibil" elə evimizdə qalmalıdı. Amma çox yanlış düşüncədir. Çünki bəlkə də zibil ilk vaxtda insanı narahat etməyə bilər. Amma zaman ötdükcə onun ətrafı üfunətə bürümək xüsusiyyəti göstərir ki, zibili evin içində bəsləməzlər. Ya gərək tədbir görəsən ki, zibil "zibil" hökmündən çıxsın, bir təhər paklayasan onu, ya da nə qədər gec deyil aparıb zibilxanaya atmalısan. Üçüncü yol yoxdur, sadəcə.Peyğəmbərimiz (s) buyurub: "Kimin qəlbində xardal dənəsi boyda belə təəssüb olsa, Allah Qiyamət günündə onu cahiliyyət dövrünün ərəbləri ilə birgə dirildər" ("əl-Kafi"). Bəs elə isə bu inad nədir? Nəyə arxayınıq? Kiminsə bizimlə bir məscidə gəlməsi, bir "ağanın" aşiqi olmağımız, kiminləsə Məşhəd, Kərbəla və ya Həcc ziyarətinə birgə yollanmağımız nə üçün bizə obyektivliyi unutdurur, tərəzinin gözünə müdaxilə edir? Misalı hər bir dindardan uzaq, amma biz başını quma basdıran dəvəquşu kimi olmamalıyıq. Sıralarımızdakı zəif bəndləri görməməzliyə vurmaq o demək deyik ki, bu zəiflik aradan getdi. Bir də ki, düşmən o zəifləri dərhal sezir və önə çəkir. Sabah bizim gözümüzə soxmaq üçün. Elə isə gözümüzün halına özümüz yansaq daha yaxşı olmazmı?P.S. Saytımızın sual-cavab bölməsinə bir xanımdan ismarıc gəlib. Deyir ki, dindar gənclə tanışdılar. O gənc də bu qızı təkidlə inandırmağa çalışır ki, naməhrəm qızla oğlanın əl-ələ tutması üçün qarşılıqlı razılığ kifayətdir. Kəbin-filan boş söhbətlərdir. Sən razı, mən razı - vəssalam! Qız da bu "nəzəriyyədən" şübhələnərək əsl həqiqəti bilmək üçün bizə yazıb... Zənnimizcə, sıralarımızda CİA və MOSSAD xəfiyyələri, sionist və imperialist əlaltılarını ciddi cəhdlə aramaqdansa, məhz belə üzvlərimizi aşkarlamalı, islah oluna biləcəyini çirkabdan çıxarmalı, qalanları isə qapıdan bayıra atmalıyıq. Təəssübsüz, Allaha xatir...P.P.S. Əvvəllər uşaqlar arasında belə bir yanıltmac çox populyar idi: "Biz bizə "biz" deyirik, bəs siz bizə nə deyirsiniz?". Məqsəd də "biz" idi. Əşya və ya şəxs əvəzliyi? İndi əsas məsələ bizim özümüzə verdiyimiz tərif, özümüzü bəyənməyimiz deyil. Əsas məsələ kənardan necə görünməyimiz, nə dərəcədə cəlbedici olmağımızdır... ki, sonra deməyək: "Axı bu vəhhabilərin sayı niyə belə artır?!"
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Alış-veriş mərkəzləri insanların xarakterindən xəbər verir
TƏBİB-dən əhaliyə MÜRACİƏT
Bakıda görkəmli dövlət xadimi Kamran Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi
Məşhur cütlük ev aldı
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət etdi
Xoşbəxt olmaq istəyirsiniz?
Oğlaq bürcü qadını
Özcan Dənizə 15 milyonluq ŞƏRT: Ya evlən, ya da...
Uşaqların gözlərindəki dünya
Kənan Doğulu Beren Saata görə konsertini yarımçıq tərk etdi-FOTO
Hakerlər nazirliyin bazasını dağıtdılar
Məktəb seçimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Rəngli uşaq otaqları
Dənizdən çıxan butulkadan hər kəsin arzusunun yazıldığı məktub tapıldı - VİDEO
Sabahın HAVAsı
Uşaqlarda burun qanaxması
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun "Erməni lobbisinin biabırçı fiaskosu" adlı bəyanatı ABŞ mətbuatında dərc olunub
Qəbrdən oğurlanan cəsəd-QƏRİBƏ ADƏT
Əsnəmə nə zaman təhlükəli simptom sayıla bilər?
Bürclərə görə gəlin makiyajı
Zövqlü qadın çantaları
Abituriyentlərə təzyiq etməyin
O gənclər kitabları seçirlər
Onu özünə aşiq et!
Cütlüklər niyə özünü tənha hiss edir?
Tubadan Ayrılıq AÇIQLAMASI
Şeyma Subaşı bu dəfə də belə FOTO paylaşdı
Almaniya mətbuatı 12 yaşlı Fatimədən yazdı - FOTO
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ+VİDEO
Telefonla tanışlığa necə baxırsınız?
Qaynadılmış su içməyin – Həkimdən xəbərdarlıq
Xaçmazın qalmaqallı “Telefonçu qız” abidəsi götürüldü
Türkiyədən Avstriyanın qərarına etiraz: səfir geri çağırıldı
Avropalı bayrama nə qədər xərcləyir?
Xəzərdə kilkə balıqlarının ehtiyatı 10 dəfə azalıb
Yanan bina sakinlərinə vacib xəbər
Azərbaycanın bir rayonuna qaz verilişində fasilələr olacaq
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Qurudulmuş Xarı bülbülün kədərli hekayəsi: “Qardaşım itkin düşdü, Xarı bülbül bir də olmadı” - VİDEO
Lavaş pizza (foto-resept)
Məşhur müğənni koronavirusa yoluxdu-FOTO
Hind mədəniyyəti-2
Sobada pendirli kabak (foto-resept)
Bərdədə erməni təcavüzü ilə bağlı brifinq keçirilib - VİDEO
Günün qoroskopu:Diqqətli olun!
Azərbaycanda koronavirusa 4 451 yeni yoluxma qeydə alınıb, 39 nəfər vəfat edib
Cəbhədən YENİ XƏBƏR
Tarixi bina və məbədlər (3)
Mehriban Əliyeva: "Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır"
Koronavirusdan ölənlərin sayı 9 minə çatdı















- ŞƏRHLƏR