İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə Rusiyanı ayıran əsas amil Bəşər Əsəd rejimi ilə bağlıdır. İndiyə kimi Türkiyə əvvəl Bəşər Əsədi devirmək, sonra İŞİD-i məhv etmək barədə düşünürdü. Rusiya isə İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya Bəşər Əsədin də daxil edilməsini tələb edir.
Əslində, Bəşər Əsədin koalisiyaya qatılması Suriyanın ərazi bütövlüyünün qorunması deməkdir. Yaxın Şərqdə baş verən son hadisələr göstərir ki, Suriyanın ərazi bütövlüyünün qorunması elə Türkiyənin də unitar dövlət quruluşunun mühafizə olunmasına xidmət edir. Çünki son günlərdə bölgədə baş verənlər göstərir ki, hadisələr qərbin müəyyən dairələrinin həyata keçirdiyi Böyük Orta Şərq layihəsinə doğru aparır. Əkm halda, Suriyadan başlanan böyük köçllə eyni zamanda kimə işlədiyi bilinməyən güclər tərəfindən Türkiyənin layihəni əhatə edən iki bölgəsində kanton elan edildi. ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın Moskvaya gedəcəyi barədə xəbəri Kremlin mətbuat kuatibi Dmitri Peskov yayıb. Onun sözlərinə görə, Türkiyə prezidenti Moskvada cümə məscidinin açılışında iştirak edəcək. “Həmçinin onun prezident Putinlə iki tərəfli söhbəti də baş tutacaq”, - deyə Peskov vurğulayıb.Məscidin açılışında Fələstin müxtariyyətinin prezidenti Mahmud Abbasın da iştirak edəcəyi barədə yayılan xəbər görüşdə Yaxın Şərq probleminin ciddi və geniş çalarlı müzakirə ediləcəyini güman etməyə imkan verir. “Mahmud Abbasla da Ərdoğanın ayrıca danışıqları olacaq”,- deyə Peskov bildirib.
Yaxın Şərqdə, xüsusilə Suriyada baş verənlərlə bağlı son aylar Putinlə Ərdoğan arasında ciddi fikir ayrılığı olması barədə xəbərlər çox dolaşmaqdadır. Yayılan xəbərlərdən birində hətta vurğulanır ki, Rusiya prezidenti Türkiyənin bu ölkədəki səfiri Ümit Yardımı yanına çağıraraq Ərdoğanın İŞİD-ə dəstək verməsini dayandırmağı tələb edib, əks halda Suriyanı Stalinqrada çevirməklə hədələyib. Rusiyanın Suriya hakimiyyətinə yardım barədə qərarı getdikcə qətiləşir. Dünən Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri Rusiyanı İŞİD-ə zərbələr vurmağa çağırmışdı. Bu gün isə Dmitri Peskov xəbəri şərh edərək bildirib ki, Moskva hazırda Suriyaya qoşun göndərmək məsələsini müzakirə edir. Yəni yaxın zamanlarda Rusiya Suriya müharibəsinə açıq-aydın qoşula bilər. Əsas hədəfi isə İŞİD olacaq.
Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın fikrincə, Ərdoğanın Moskvaya dəfət edilməsi də məhz İŞİD-ə qarşı iki ölkənin birgə mübarizəsi ilə bağlıdır. “İŞİD-ə qarşı hər iki ölkənin baxışı kəskin fərqlənir. Türkiyə İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyada yer alır. Amma Rusiya Bəşar Əsədin tərəfindən İŞİD-ə qarşı mübarixzə aparır. Artıq İŞİD Türkiyə üçün də ciddi təhlükəyə çevrilib. Buna görə də bu məsələdə Türkiyə ilə Rusiyanın maraqları yaxınlaşmağa başlayıb”,- deyə Fazil Mustafa ANS PRESS-ə bildirib.
Fazil Mustafa görüşə Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın da dəvət edilməsinin məhz bu məsələ ilə bağlı olduğunu deyir: “Yəqin ki, Rusiya İsraillə Türkiyə arasında yaranmış anlaşılmazlığı aradan qaldırmaq istəyir. Çünki son zamanlar İsraillə Rusiya arasında münasbitələrin ilıqlaşması müşahidə edilir”.
İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə Rusiyanı ayıran əsas amil Bəşər Əsəd rejimi ilə bağlıdır. İndiyə kimi Türkiyə əvvəl Bəşər Əsədi devirmək, sonra İŞİD-i məhv etmək barədə düşünürdü. Rusiya isə İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya Bəşər Əsədin də daxil edilməsini tələb edir.
Əslində, Bəşər Əsədin koalisiyaya qatılması Suriyanın ərazi bütövlüyünün qorunması deməkdir. Yaxın Şərqdə baş verən son hadisələr göstərir ki, Suriyanın ərazi bütövlüyünün qorunması elə Türkiyənin də unitar dövlət quruluşunun mühafizə olunmasına xidmət edir. Çünki son günlərdə bölgədə baş verənlər göstərir ki, hadisələr qərbin müəyyən dairələrinin həyata keçirdiyi Böyük Orta Şərq layihəsinə doğru aparır. Əkm halda, Suriyadan başlanan böyük köçllə eyni zamanda kimə işlədiyi bilinməyən güclər tərəfindən Türkiyənin layihəni əhatə edən iki bölgəsində kanton elan edildi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR