Bakı-Xırdalan-Sumqayıt qatarının hərəkət cədvəli və istifadə qaydaları açıqlanıb.
ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Kommunikasiya Texnologiyaları Şöbəsinin rəisi Samir Qənili bildirib ki, üç gün ərzində sərnişinlər qatardan pulsuz istifadə edə biləcəklər.
Bakı-Xırdalan-Sumqayıt qatarında gediş haqqları Tarif Şurasının açıqladığı qərardan sonra məlum olacaq. Bundan sonra isə qatardan istifadə etmək üçün sərnişinlər bilet almalı olacaqlar.
Şöbə rəisi qeyd edib ki, sərnişinlər iki yolla bilet ala biləcəklər. Sərnişinlər həm kassa, həm də terminallar vasitəsilə bilet əldə edə biləcəklər: “Stansiyada 4 ədəd bilet satış terminalı quraşdırılıb. Sərnişinlər avtomatik işləyən bu terminallar vasitəsi ilə birbaşa, kassir olmadan pul daxil edib, istədiyi istiqaməti, tarifi seçib bilet almaq imkanına sahib olacaqlar. Bu zaman yerdə qalan qalıq pullar da sahiblərinə geri qaytarılacaq. Terminaldan istifadə etmək istəməyən sərnişinlər isə stansiyada olan 2 ədəd kassadan da bilet ala biləcəklər”.
S.Qənili əlavə edib ki, yaxın gələcəkdə Bakı-Xırdalan-Sumqayıt qatarına kredit kartı ilə də bilet almaq mümkün olacaq. Həmçinin yaxın bir neçə ay ərzində “Bakı kart”dan da istifadə etmək mümkün olacaq.
4 ədəd müşahidə kamerasının quraşdırıldığı qatarlarda WI-FI vasitəsi ilə internetdən istifadə etmək üçün şərait yaradılıb. Bundan başqa, əlil insanların qatarlardan rahat istifadə edə bilməsi də nəzərə alınıb. "Biznes sinfə" daxil olan qatarların oturacaqları daha genişdir, burada sərnişinlər kofe və çay xidməti ilə təmin olunacaqlar. Həmçinin "Biznes sinfin" sərnişinləri ancaq biletlərində göstərilən yerlərdə əyləşəcəklər. Adi qatarlardan fərqli olaraq isə sərnişinlər arzu etdikləri yerlərdə əyləşə bilərlər.
Hərəkət qrafikinə gəldikdə isə, gediş haqqının pulsuz olacağı üç gün ərzində Bakı-Xırdalan-Sumqayıt qatarı gün ərzində iki dəfə Sumqayıta yola düşəcək. İlkin qrafikə əsasən qatarlar Bakıdan səhər saat 08:00 və axşam 20:00-da Sumqayıta yola düşəcək. Əks istiqamətdə, yəni Sumqayıtdan Bakıya doğru qatarlar səhər 09:30 və 21:30-da hərəkət edəcək. 
"Saat 06:00-dan 12:00-dək və 16:00-dan 21:00-dək yarım saatlıq intervalla qatarlar Bakıdan Sumqayıta və əksinə yola düşəcək. 12:00-16:00 aralığında isə qatarlar bir saatlıq intervalla hərəkət edəcəklər. Qrafik gələcəkdə dəyişdirilə bilər".
Sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək. Sentyabrın 15-dən etibarən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Bumarşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək. Bununla da bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək.
İlkin qrafikə əsasən, sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq, 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 06:00-12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq.
Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək.
İntervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə bağlımüəyyənləşdirilib. Növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Polis Ronaldunun oğlu ilə bağlı araşdırma aparır-SƏBƏB/FOTO
“Ceyms Bondun sevgilisi” koronavirusa yoluxdu-FOTO
Bu geyimlərə gülməmək mümkün deyil - FOTO
Prezidentdən yeni qərar
Tarkandan “Evdəqal” paylaşımı - FOTO
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
İlham Əliyevin girov tələbi
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (III hissə)
Albalı tortu(foto resept)
Azərbaycanda yeni universitet yaradılacaq
Azərbaycanda ən bahalı dövlət nömrə nişanı neçəyədir?
Adobe Photoshop (Dərs-15)
"Müslüm"ün prodüserini məhkəməyə verdilər-SƏBƏB
İti xilas etmək üçün həyatını təhlükəyə atdı - VİDEO
Həyatınızı paylaşmağa hazırsınızmı?
Yüz İlin Ən Yaxşı Serialları
"Facebook" səhmdarları Mark Zukerberqi məhkəməyə verdilər
Tava çörəyi (foto resept)
Sofi Loren
23 il sonra Lələtəpədə Quran səsi eşidildi
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Dünya çempionatının səbət tərkibi bəlli oldu
FİFA ilin komandasını seçir
Münasibətdə güclü qadınların xüsusiyyətləri
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
Ermənistan ordusu Ağdam istiqamətində bir neçə kəndi şiddətli atəşə tutub
Həcc ziyarətinin qiyməti bəlli oldu
Amerikanı məğlub edən ölkədən
Google Glass başağrısı yaradır
Angelina Jolie "Harper’s Bazaar" dərgisində
Baş nazirdən şok açıqlama
Valideynlərin ən böyük səhvi...
Sərkisyan Qarabağı "Ermənistanın bir hissəsi" elan etdi
Tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin halını yaxşılaşdırmaq üçün unikal üsul
Bədən formasına görə çanta seçimi
Yeriyən daşlar
2017-nin dəbli idman ayaqqabıları
Nefrotik sindrom
Mədəniyyət Nazirliyi kitabxanalara yeni təklif verdi
Rusiyada koronavirus peyvəndi pulsuz olacaq
Yunan qabağı ruleti (foto resept)
Televiziya və kompüterin uşaqlara təsiri
Hava haqqında - 04.10.2013
Uşaqlarda piylənmə yaratmayan qidalar
Solyanka (foto-resept)
Ceyms Bond filminin premyera tarixi dəyişə bilər-SƏBƏB
Gülüş: qatil, yoxsa xilaskar?
Gündə 5 dəqiqə qaçmaq ömrü uzadır
Bu gün Milli Musiqi Günüdür
Manat yenə düşdü















- ŞƏRHLƏR