Göygöl Milli Parkının ərazisinə internet çəkiləcək.
Göygölə Milli Park statusu verilməsi ilə ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması, turizm infrastrukturunun yenidən qurulması üzrə köklü tədbirlər həyata keçirilib. ANS PRESS-inRabitə və Yüksək Texnalogiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, turist girişinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ərazidə telefon və internet xidmətlərinin də mövcudluğunu gündəmə gətirib.
Göygöl Telekommunikasiya Qovşağının rəisi Vaqif Mirzəyevin verdiyi məlumata görə, Milli Parkının inzibati binası Toğanalı kənd EATS-dən çəkilən telefonla və internetlə təmin edilib. Ümumiyyətlə, rayon ərazisində telefon və internet xidmətlərinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün tədbirlər davam etdirilir. Artıq “585” şəhər telefon abunəçilərinin sayında da artım var.
Gələcəkdə Göygöl ərazisində GSM tipli taksofonların qurulması nəzərdə tutulur ki, bu da turistlərin və rayon sakinlərinin telefon və internet xidmətlərinə olan tələbatını tamamilə ödəyəcək. V.Mirzəyev bildirib ki, rayonun digər ərazilərində də telefon və internet xidmətləri təmin edilir. “Göygöl qoruğuna yaxın Toğanalı kəndində 128 nömrə tutumlu EATS və 48 internet portu qurulub.
Bundan başqa ən böyük kəndlərdən olan Çaykənd kəndində də 480 nömrə tutumlu EATS, 96 internet portu qurulub. Göygöl şəhərinin yeni yaşayış massivindəki mənzillər üçün tutumu 704 nömrə olan, Qırıxlı kəndində telefona və genişzolaqlı internetə olan tələbatı ödəmək məqsədilə 256 nömrə tutumlu “MSAN” şkaf tipli EATS qurulub. Rayon ərazisində bütün kənd EATS-lərində genişzolaqlı internetə çıxış imkanlığı var. Rayonda özəl internet klubların sayında da artım müşahidə olunur.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycan Kuboku: 1/8 final oyunları
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Şakira və CeyLodan möhtəşəm şou - FOTO+ VİDEO
Kişilərə faydalı məsləhətlər
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Şirniyyat aksesuarlar
Evdə işləri asanlaşdıran dizaynlar
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Bu gündən karantin rejimi sərtləşdirilir
HAVA necə olacaq? -27 Mart
Sandra Ballokdan ŞOK ETİRAF
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Məşhur aktyor "Barselona"nı ələ saldı
Xərçəng riskini artıran amillər
Məşhur futbolçu 5 milyona torpaq aldı-FOTO
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kənd toyuğu bahalaşdı
Kosmosda qəbristanlıq tapıldı
Avro dəyərdən düşür
Ebola virusu qarşıdurma yaratdı
Qol vuran qazanır!
Ermənistanda güclü zəlzələ oldu
Balıq piroqu (foto resept)
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Çiyələkli parfe (foto resept)
Yeri təhlükə gözləyir-Foto
İdeal bədənin 7 sirri
Yalan danışan uşağa necə davranmalı?
Boyun qırışlarını necə azaltmalı?
Dünya mədəniyyətinin ilkləri
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bakıda siqaret qadağasına əməl olunurmu?
İspan dili 11-ci dərs
Təhsili olmayan dahilər
Miqrenə qarşı yeni dərman
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Uşağınız sol əlini işlədirsə diqqət!
Kreativ kitab rəfləri
Əgər prezident olsaydım...
Günün ulduz falı
Divardan asılmış restoran
Diş ağrısını azaldan 3 təsirli üsul
Milanda gəzməli yerlər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Özcan Dəniz qalmaqallı FOTO haqqında danışdı
Ürəyimiz yananda çay?
Ayaqqabı və çantalar
Bir damın altında
- ŞƏRHLƏR