ANS PRESS-in məlumatına görə, sessiya tarixi hadisələrlə yadda qalacaq. Çox ehtimal ki,ABŞ ilə münasibətləri qaydaya salmağa başlayan İran prezidenti Həsən Ruhani, Kuba lideri Raul Kastro və bir sıra ölkələrin başçıları da Nyu-Yorka gedəcəklər.Rusiyanın və ABŞ-ın siyasi təhlilçiləri Prezident Vladimir Putinin Nyu-Yorka səfərini ABŞ ilə Rusiya arasında növbəti yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər. Düzdür, Putin yeni əməkdaşlıq mərhələsinə sanksiyalardan və neftin qiymətinin düşməsindən sonra daha zəif vəziyyətdə gedəcək.
ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılan ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində ümumi rəsmi əməkdaşlq formatına malikdir. OnlarAzərbaycan və Ermənistan prezidentləri İlham Əliyevi və Serj Sarkisyanı təsadüfən Nyu-Yorka dəvət etmirlər və dövlət başçılarına orada görüşməyi və razılaşmağı təklif edirlər. Bu səfər baş tutacaqmı, bunu demək çətindir, hərçənd ki, Putin ABŞ-da olacaq, demək, Dağlıq Qarabağ problemi üzrə görüşün və hansısa razılığın əldə edilməsi ehtimalı yüksəkdir.Qarabağ problemində iki əsas məsələ var, hansı ki, indiyədək nə tərəflər, nə də vasitəçilər razılaşa bilmirlər. Bu, neytral zonaya yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibi və sərhəd məsələsidir. Görünən odur ki, Rusiya neytral zonaya öz qoşunlarını yerləşdirməyi,Qarabağ və Azərbaycan arasında yeni sərhədləri özü müəyyənləşdirməyi təkid edir.
Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, ABŞ Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlıların yaradılması haqqında BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlıdır.
Erməni mətbuatı yazır: "Çox ehtimal ki, Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyan ABŞ-a səfəri məhz bununla bağlıdır. O, Nyu-Yorkda BMT-nin sülhməramlı missiyalar üzrə nümayəndəsi ilə görüşüb. Onların Qarabağda BMT sülhməramlılarının ehtimal edilən yerləşdirməsi haqqında danışıb-danışmamaları barədə rəsmi informasiya yoxdur. Amma hadisələrin gedişatı və məntiq onu göstərir ki, görüşdə bu mövzu əsas idi.
Göründüyü kimi, Qarabağ probleminin nizama salınması Rusiya və ABŞ arasında yeni əməkdaşlıq mərhələsinin nişanəsi kimi BMT Baş Assambleyasının iclasında imperativ olacaq. Ehtimal var ki, Azərbaycanın ərazi bütövlüyü əsasında, müəyyən sərhədlər çərçivəsində Dağlıq Qarabağa hansısa status verilsin. Belə olan təqdirdə Ermənistanın Rusiya, yaxud beynəlxalq sülhməramlılar arasında seçim üçün manevr etməyə imkanı qalmayacaq."
Rusiyanın və ABŞ-ın sülhməramlıların hansı sərhədlərdə yerləşdirmək barədə Ermənistana verəcəkləri təklifdən çox şey asılı olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Baş katibi Nikolay Bordyuja və Rusiya Silahlı Qüvvələri Baş Qərərgahının rəisinin müavini, general-polkovnik İqor Serqun iyun və iyul aylarında İrəvana səfərləri zamanı yeni sərhədin xəritəsini təqdim ediblər, hansı ki, bu, Ermənistanın maraqlarına tamamilə uyğun deyil. Ona görə də David Tonoyan ABŞ-a gedib. ABŞ-ın sərhədlə bağlı nə təklif etdiyi isə hələlik bəlli deyil. Bir sözlə, indiki status-kvonun saxlanılması İrəvan üçün çətinləşir. Ermənistan isə hazırda ABŞ-da Rusiya planından müdafiə yollarını axtarır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Yerfındıqlı peçenye (foto resept)
Sağlam ol-2
Parafinoterapiya
Yuxusuzluqdan xilas edən zəngli saat
Rəssamın şagirdinə verdiyi dərs
2020-ci ilin Yaz Aksesuar Trendləri
Mobil telefondan istifadəyə icazə verildi
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
Çinlilər hacı olurlar
Ürək peçenyesi (foto resept)
Dadlı borş
Media və psixopatologiya
12 sehirli abidə
Cehiz alarkən bunlara diqqət edin
Mətbəximizin möcüzəsi
Xarekterinizə görə necə qadınsınız?
“Terminator”da Silvester Stallone oynasaydı... - VİDEO
Azərbaycanda bu il qış sərt keçəcək - XƏBƏRDARLIQ
Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?
Sabahın HAVAsı
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Saxta dostu necə tanımalı?
Düz qarına sahib olmağın yolları
Məşhur model həbs olundu-12 il-SƏBƏB-FOTO
Toy və ziyafət üçün saç düzümləri
Adelin son halı izləyicilərini QORXUTDU-FOTO
Milli Kino Günü qeyd olunacaq
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb - FOTO
Alimlər açıqladılar:"Bu kartofdan xörəklərdə istifadə etmək olmaz!"
C.K.Roulinq nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışladı
Avropa ölkəsindən azərbaycanlılara xoş xəbər
İlham Əliyev: "22 ildir ki, heç nə edə bilmirlər"
Qəhvədən gözəl illüstrasiyalar - FOTO
Zakir Həsənov müharibə anonsu verdi
Qəribə psixi pozuntular
Müəllimlərin peşə standartları hazırlanacaq
İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi
Sabahın HAVAsı
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Mehriban Əliyeva: Tolerantlıq, əmin-amanlıq Azərbaycanın ən böyük sərvətlərindən biridir
Qan donduran xəbər - 1700 cəsəd...
Kruasan-Fransa mətbəxindən (foto resept)
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Ərəbsayağı gəlinlik saç düzümləri
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Uorlik Qarabağdan yazdı
Riyazi məntiq - " Yeni il"
Üst geyim dəbi
Maraqsız verilişlər adamı kökəldir
Mini alman piroqu