Bakıda yaşayış binasında baş verən yanğınla bağlı həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası prezidentinin nəzarətindədir.Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluq, FHN və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilir.Məlumatda deyilir ki, ki, 2015-ci il mayın 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib.Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunub, 37 nəfər xilas edilib. Təxminən saat 14 radələrində yanğın lokallaşdırılıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Bununla belə, ilkin ehtimallara görə binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 15 nəfər həlak olub, 26 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib.Hazırda binada xilasetmə tədbirləri və mənzillərin müayinəsi davam etdirilir.Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, respublikanın Baş prokuroru və daxili işlər naziri hadisə yerinə çıxıblar.Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.Birgə məlumatda daha sonra qeyd edilib ki, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Xəzərdə zəlzələ oldu
"Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək"
Hava haqqında - 10.10.2013
Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur
Facebook-da pulsuz ESET olacaq
Yeni trend: yandan düyməli
İnsanlar daha qocalmayacaqlar?
Azərbaycanlı rəssam Merilin Monronun portretini elə yaratdı ki... - VİDEO - FOTO
Məşhurların şəxsiyyət vəsiqələri-FOTO
İşğaldan azad edilən ərazilərimizin nə qədər sakini var? - SİYAHI
Ana olmaq şəkillərlə ifadə edilərsə
Evdə qaş necə boyanır?
Krediti qaytarmasan, bank nə edə bilər?
“Victoria’s Secret” ənənəvi şousunu ləğv etdi - 25 ildə ilk dəfə
Obamadan Putinə zərbə
"Biz gərgin çalışıb yaddaşlarda qalacaq səviyyədə Oyunları təşkil etdik"
Azərbaycan tarixindən yüz şəxsiyyət-100 (son)
Prezidentin ailəsi Moskvada
Filmlərə görə yaşlarından daha gənc obraza çevrilənlər
“Facebook”da “bəyənmirəm” düyməsi nə ilə əvəzlənəcək?
Nazirlik gecikən pulları ödətdirdi
Bədən tipinə uyğun ətək seçimi
Cəbhədə ermənilərin təxribatı bitmir
Çin alimi geni dəyişdirilmiş körpə "yaratdı" -FOTO
"Oversize" köynək dəbi
Toyuq ilə yay ləvəngisi
Dato Bakıya gəlir-VİDEO
Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR
Rənglər və sağlamlıq
Şadlıq evlərində vəziyyət necədir?
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "İÇV infeksiyasının profilaktikası" mövzusunda maarifləndirmə aksiyasına başlanıb
Monika gözəlliyi ilə diqqət çəkdi-FOTO
Uşaqlarımız itəndə nə etməlidirlər
Azərbaycana 4G şəbəkəsi gəldi!
Britni Spirs psixiatrik xəstəxanaya yerləşdirildi-SƏBƏB
Dünyanın ən kiçik qızıl sikkəsi buraxılıb - FOTO
14 ildə 10 uşaq doğan vətəndaşımız-FOTO
Sofi Loren kinoya qayıdır
Övladınızın ağıllı olmasını istəyirsinizsə, bunları edin
Filippində güclü zəlzələ ölüb, ölənlər var
Tülkü ilə dovşanın nağılı
Bambuk gülünə qulluq
ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI: İkinci dalğa olmayacaq, amma...
İlham Əliyev Qarabağdakı PKK düşərgələrindən danışdı: “Məhv edəcəyik”
Manatın məzənnəsində ciddi dəyişiklik
Co Baydenin vitse-prezident postuna namizədinin adı açıqlandı
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Murat və Aslının ayrılıq günü nə baş verib-FOTO
Erkən yaşlarda qeydə alınan abortlar
Hicablı xanımlar üçün















- ŞƏRHLƏR