Azərbaycan Prezidenti İlham Əliyev Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.Dövlət başçısı türkdilli xalqların mədəni irsinin qorunması, bərpası, təşviqi və inkişafı üçün 2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında qəbul edilmiş qərarı və həmin qərarın 2010-cu il sentyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş
Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında dəstəkləndiyini nəzərə alaraq, 2012-ci il avqustun 23-də Bişkek şəhərində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikası hökumətləri tərəfindən imzalanmış Nizamnaməyə əsasən yerləşmə yeri Bakı şəhəri olmaqla yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıb:
Nazirlər Kabineti:
- Türk Mədəniyyəti və İrsi Fondunun strukturunu və işçilərinin say həddini bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin;
- Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təşkili ilə bağlı bina, nəqliyyat və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;
- bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin Türk Mədəniyyəti və İrsi Fondunda iştirakı üzrə hər maliyyə ili üçün məcburi pay ödənişinin məbləği barədə təklifini Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etmək; Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vəzifəsinə namizədliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər tərəfindən təsdiq edilmiş Günay Elçin qızı Əfəndiyevanın həmin vəzifəyə təyin olunması ilə bağlı təklifi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasına təqdim etmək tapşırılıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bakıda yeni keçidlər tikiləcək
Dünyanın ən böyük "Snickers"i hazırlandı - VİDEO
Tələbəlik illəri
Bayram gecəsinin və gününün əməlləri
Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma
Trampa qarşı sui-qəsd təşkil olundu
Yeni Citroen C4 Cactus
Aforizmlər
Dünyanın ən varlı qadını məlum oldu
50 yaşlı nənə dördəm doğdu - FOTO
Xoş aura yaradan bitkilər
Məşhurların gəlinlikləri
"Hər bəlamda günahkar sənsən!"
Olimpiada qalibləri bu ixtisaslara imtahansız qəbul olunacaqlar - SİYAHI
Quru dərilər üçün effektli maskalar
TQDK bu gün qəbul imtahanının nəticələrini açıqlayacaq
Xəzərdə zəlzələ olub
Trampdan Baydenə sərt sözlər: “Bu axmağı dinləsəydim...”
HAVA necə olacaq?-30 Avqust
Ana laylası
Ütü alarkən bunlara diqqət edin
Keyfiyyətsiz tərtib olunan kitabların sağlamlığımıza hansı zərəri var?
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqları necə tərbiyə edək?
İŞİD-ə ağır zərbə vuruldu
Sızanaqları yox edən meyvə maskaları
Sərdar Ortaç AÇIQLAMA verdi
Saçlara diqqət mütləqdir
Gürcüstan-Tbilisi (4)
Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçiriləcək
Sevgilisinə evlilik təklif edən qız rüsvay oldu – Video
Limonad (foto resept)
Fitness haqqında bilinməyən 3 fakt
Prezident və xanımı Respublika Günü münasibəti ilə keçirilən rəsmi qəbulda iştirak etdi
Bu cür insanlardan UZAQ DURUN!
Dalğalı saç modeli
Merkuri Günəşin qarşısını kəsəcək - bunu Azərbaycandan izləmək mümkün olacaq
Ürək xəstəsinin ideal tətili necə olmalı
Ölkədəki sürüşmə sahələrində vəziyyət - TƏHLÜKƏ VARMI?
Yaz və payız fəsilləri sıradan çıxır - BUZLAŞMA OLACAQ
Qızardılmış meyvə piroqu (foto resept)
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Günün qoroskopu: münasibətləri araşdırmayın
"You-Tube" ilə bağlı inanılmaz qərar
Nağıl kimi toy üçün gəlinliklər
Bakıdakı yüksək temperaturla bağlı AÇIQLAMA
Masazırda bəzi evlər sökülə bilər
Lipoma, anqiolipoma və müalicəsi
Günün ulduz falı
İrina Şeyk anası ilə istirahətdə - FOTO
- ŞƏRHLƏR