Plastik pəncərə seçərkən diqqətli olmaz lazımdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istehlakçılar bu məmulatları seçərkən bir sıra çətinliklərlə üzləşirlər.
Birinci növbədə icraçılar tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyi hallarda, istehlakçı dəymiş zərərə görə öz hüquqlarını müdafiə etmək üçün iş görülməsi və xidmət göstərilməsi zamanı müvafiq müqavilə bağlamalıdır.
Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, mübahisələrin həlli qaydası, həmçinin malın, işin və xidmətin qiyməti, keyfiyyəti, ödəniş forması əks olunmalıdır. Konkret olaraq bu halda adətən müqavilədə pəncərənin istehsalı və montajı əsas şərtlər kimi göstərilir. Lakin burada görüləcək işin müddəti, qiymətini, pəncərənin ölçüləri, materialı və s. əks etdirən bəndlər də mütləq öz əksini tapmalıdır.
Bundan başqa, müqavilədə onun bağlanma tarixi, istehsalçı təşkilatın adı, yeri (hüquqi ünvanı), fərdi sahibkar barədə (soyadı, adı, atasının adı, dövlət qeydiyyatı haqda) məlumat, işin növü, işin keyfiyyətsiz icrası halında icraçının məsuliyyəti, zəmanət öhdəlikləri, və s. əks olunmalıdır.
Plastik pəncərə seçərkən aldanmamaq üçün bazarda uzun illərdir fəaliyyət göstərən istehsalçılara üstünlük vermək lazımdır. Almaq istədiyiniz pəncərə nümunəsilə tanış olmaq vacibdir. Özünə hörmət edən istənilən şirkət ofisində pəncərə nümunələri saxlamalıdır. Seçim edərkən çətinlik çəkirsinizsə şirkətin menecerindən təklif olunan malın fərqli və üstün cəhətlərilə bağlı məlumat almaq lazımdır. Dəstdə olan hissələrin nümunələrinə diqqət yetirmək mütləqdir.
Verilmiş bu məlumat istehlakçının etibarlı seçim etməsinə kifayət edəcək qədər hərtərəfli olmalıdır.
Pəncərə seçilərkən icraçı və ya satıcı istehlakçıya aşağıdakı məlumatları çatdırılmalıdır:
1. görüləcək işlərin siyahısı;
2. pəncərənin quruluşu və montaj tikişlərinin uyğun gələcəyi qəbul edilmiş standartlar (QOST-lar və s);
3. görüləcək işin müddəti;
4. zəmanət müddəti;
5. layihə və görülən işlərin qiyməti;
6. ödəniş qaydaları və forması haqda məlumat.
Bunlardan başqa alqı prosesində istehlakçı satıcı və ya istehsalçıdan məhsulun istehsalında istifadə olunan materialların keyfiyyət və təhlükəsizliyi barədə məlumat (uyğunluq sertifikatı, sanitar-epidimioloji nəticə) almaq hüququna da malikdir.
Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
İcraçı əşyanın (materialın) korlanmasına, zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. İş görülməsi zamanı istehlakçının həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onların xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır.
Eyni zamanda bilin ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları təsbit edilib. Satıcı və ya istehsalçı öz növbəsində istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının yuxarıda göstərilən tələblərindən hər hansı birini yerinə yetirməyə borcludur.
Qeyd edək ki, pəncərənin quraşdırılma mərhələsində də bir sıra pozuntulara yol verilə bilər. Ona görə pəncərəni qəbul edərkən onun üzərində cızıq və digər nəzərə çarpan çatışmazlıqların olmamasına diqqət yetirmək lazımdır. Pəncərənin rahat, heç bir çətinlik yaratmadan açılıb-bağlanmasına diqqət edin.
Qüsurun meydana gəlməsilə bağlı tərəflər arasında mübahisə yaranarsa icraçı öz hesabına ekspertiza təyin edə bilər. İstehlakçı ekspertiza prosesində iştirak etmək və onun nəticəsilə razılaşmadıqda işi məhkəmədə davam etdirmək hüququna malikdir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR