Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın anadan olmasından 99 il keçir. Nəsibə Zeynalova 1916-cı ilin bu günü Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir tanınmış tacir, sevimli aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Lakin bu arzunun gerçəkliyini görmək ataya nəsib olmayıb. Çünki Cahangir Zeynalov dünyasını dəyişəndə Nəsibə Zeynalovanın cəmi 2 yaşı olub. Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-əziyyət çəkən, həyatın hər üzünü görən Nəsibə 14 yaşından zəhmətə qatlaşıb.
Bakı Elektrik Təchizatı Şəbəkəsinin laboratoriyasında laborant, “Azərsənət” Birliyində mühasib köməkçisi, tramvay parkında tabelçi, topdansatış anbarında fəhlə işləyib. Aktrisa olmaq fikrinə düşəndə anası buna razılıq vermir. Lakin atasının arzusunu reallaşdırmaq Nəsibənin qəti qərarı olur. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə Zeynalova orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. Nəsibə yaradıcılıq fəaliyyətinə dövlət filarmoniyasında rəqqasə kimi başlasa da, onun incəsənət sahəsindəki bu cəhdi uğursuz olur.
Milli.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Nəsibə xanım 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Daha sonra Nəsibə Zeynalova sənədlərini Bakı Teatr Texnikumuna təqdim etsə də sənədləri geri qaytarılır. Sənədləri geri qaytaran şəxs isə heç də Zeynalovlar ailəsinə yad birisi olmayıb. Sən demə, bir vaxtlar Nəsibə Zeynalovanın atası Cahangir Zeynalov həmin şəxsə müəyyən məvacib də verirmiş.
Amma özünə güvənən Nəsibə Zeynalova geri çəkilmir, 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirir. Lakin bəxtindən, teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanır və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyir. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açır və Nəsibə xanım doğma sənət ocağına qayıdır. Buradakı səhnə fəaliyyəti, bir-birindən rəngarəng, duzlu-məzəli obrazlar ona korifey aktrisa Nəsibə Zeynalova adını bəxş edir. Aktrisanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açılıb.
“Bizim Cəbiş muəllim”, “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarıb.
Aktrisanın “Qaynana”da Cənnət, “Dərviş Məstəli şah”dakı Xanpəri, “Gözün aydın”da Nargilə, “Durna”da Şərəf və Nisə, “Toy kimindir”də Məsmə, “Qızıl axtaranlar”da Rəxşəndə, “Altı qızın biri Pəri”də Cəhrə xala, “Ulduz”da Züleyxa kimi rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.Vaxt ötür, maraqlar, zövqlər, tələblər dəyişir. Kino da dəyişikliyə uğrayır, müasirləşir. Lakin Nəsibə Zeynalovanın çəkildiyi filmlər və onun yaratdığı qəhrəmanlar yaşayır və yaşayacaq.
Mənbə:Milli.Az
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”
Maraqlı yatmış uşaq şəkilləri
Şah plov (foto resept)
Azərbaycanda ilk dəfə: yediyimiz ətin nə olduğunu biləcəyik (FOTO)
Meqan Markl və şahzadə Harri körpələri ilə-FOTO
Gözəllik standartlarının daima dəyişməsinin səbəbləri
Ulduzlar Şahmarın gözüylə....
Həkimi Anita Soya qadağa qoyudu-SƏBƏB
Heyrətlə baxacağınız 10 gizli EV - FOTO
Superkubok oyununda böyük qalmaqal: Hakimin dəhşətli səhvi
İsmayıllı sakini qeyri-adi velosiped düzəltdi - VİDEO
Ata uşağını sakitləşdirmək üçün bu üsula əl atdı - VİDEO
“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA
Maraqlı mətbəx əşyaları
Azərbaycanda zəlzələ oldu
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Dünya şöhrətli yazıçının ev-muzeyində "Azərbaycan guşəsi" açılıb
Atadan götürülən 4 xüsusiyyət
Ronaldonun paxıllıq hissi onu əsəbiləşdirdi
Könüllü həbsxananı seçən ahıllar
Yaxından görmə (miopiya) xəstəliyi
İrem Dericidən qəribə açıqlama
Bir parça təbəssüm!
Günün ulduz falı
Ermənilərin gecə TƏXRİBATı
Amerikalılar Trampın pandemiya ilə bağlı sözlərinə etimad etmədilər
Həcc ziyarətinin başlanma tarixi açıqlandı
Səhv diaqnoz həyatını məhv etdi-FOTO
Qaşlar niyə tökülür?
Zövqlü üzük modelləri
Azərbaycanda qiymət dinamikası Rusiyaya ixracın artması ilə bağlıdır?
Amerikalı həkimdən şok KORONA XƏBƏRDARLIДћI
"Bizim Tarla" Nar Şirəsi məhsulu
Məşhur cütlük Maldivdə AYRILDI-FOTO
Növbəti əfv siyahısı hazırlanır
Xarici avtomobil sahiblərinə XƏBƏRDARLIQ
Emin atası və oğulları ilə - FOTO
Evlərin tikintisində yenilik - VİDEO
Çörək haqqında gələn xəbərlər
Ezgi Mola gələcək yoldaşından danışdı
Telefonun uşaqlara zərəri
Qara noqtələrə son
İntiharların 15 ümumi səbəbləri (2)
Dövlət Komitəsinin yas qərarı nə oldu?
Qazax benzini alacağıq
Günün ulduz falı
Xəzərdə zəlzələ olub
İnternetə pul çox çıxır? Çarə tapıldı
Kondisionersiz avtobuslar xəttə buraxılmayacaq
Bu gün Günəş tutulacaq
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR