
Respublika ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək
Martın 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s sürətlə əsəcək, gecə arabir 23 m/s-dək güclənəcək, günün ikinci yarısında 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3°, gündüz 5-8°, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 % təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3°-7°-şaxta, gündüz 3-2° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahavanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s sürətlə əsəcək, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı - CƏDVƏL
Qurban bayramınız mübarək!
Günün qoroskopu: laqeyd olmayın
Türkiyədə mağazalar plastik torba istifadə etməyəcək
Sibir meşələri yanır
Mehmet Ali Erbil səhhətindən danışdı
Məsumluq altında yatan "ilan"
Dəblə geyinmək sağlamlığa ziyandır
Türkiyə İrəvana xəbərdarlıq etdi
Yer kürəsinin əkizi tapıldı
Azərbaycan tarixindən yüz şəxsiyyət-33
Bu gün Zəlimxan Yaqubla vida mərasimi olacaq
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-28 yanvar
Hamilələr və analar üçün: Sahə həkimi kimdir, nə iş görməlidir?
Futbolçu rekord qırdı
Dodaqlarda Koreya trendi
Kişilər qadınlarda nə axtarır?
Bəzi tələbələrə əlavə təqaüdlər veriləcək
Sənin bir təbəssümün...
Buraxılış imtahanlarının nəticələri nə zaman bilinəcək?
Şirniyyat buketi
Gənc görünmək üçün nə etməli?
Dubay daha bir yeniliyə imza atdı - “ağıllı” arabalar
Xarakterinizi göstərən çantalar
Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ
Nə üçün qadınlar qışqırır, kişilər isə susur?
Su israfının qarşısını necə alaq?
Azərbaycan əhalisi yaşlaşır
Hava haqqında
Ağcaqanad yarası üçün məlhəm
Məhşurların məzar yazıları
XƏBƏRDARLIQ: Qar yağacaq, temperatur 3-5В° enəcək
Düyü şorbası-Gürcü mətbəxi (foto resept)
Hər an Günəş fırtınası ola bilər!-XƏBƏRDARLIQ
Yazıçı valideynlərə müraciət etdi!
Neslihan Atagül münsiflik edəcək-FOTO
Boksçumuz Dünya çempionatında medal qazandı
"Qarabağ"la çətin oyun olacaq
100-150 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər - VİDEO
Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanıldı - RƏSMİ
Ermənistanı Rusiyaya nifrət dağıdacaq?
Siam əkizlərini ayırdılar - FOTO
Boyunuzu uzatmaq istəyirsiz?(1)
Sıla ETİRAF ETDİ
Aydan gətirilən qaz və qrunt... - NASA
Azərbaycanda meyvə-tərəvəz ucuzlaşıb
Güvənməyin gücü
Tuba Büyüküstün "Firuze"də çəkilir- FOTO
Mehriban Əliyeva Fransa Senatının sədri ilə görüşüb















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]