Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Respublika ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək
Martın 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s sürətlə əsəcək, gecə arabir 23 m/s-dək güclənəcək, günün ikinci yarısında 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3°, gündüz 5-8°, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 % təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3°-7°-şaxta, gündüz 3-2° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahavanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s sürətlə əsəcək, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mənbə: Milli.Az

 

9 mart 2015
GO BACK