Sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazası yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) ANS PRESS-ə verilən məlumata görə, ölkə üzrə sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazasının yaradılması işlərinə başlanıb. Vahid məlumat bazasında sağlamlıq imkanları məhdud olan, çətin həyat şəraitində və sosial təhlükəli vəziyyətdə yaşayan, penitensiar müəssisələrdən azadlığa çıxan, aztəminatlı ailələrdə olan və digər həssas qruplardan olan uşaqlarla bağlı məlumatlar toplanacaq. Həmin uşaqların yerləşdikləri regionlar barədə məlumatlar da bazada əksini tapacaq.
Məqsəd bu məlumat bazasından istifadə olunmaqla, sosial xidmətlərə ehtiyac duyan uşaqların əhatə dairəsinin, sosial sifarişlər üzrə göstəriləcək sosial xidmətlərin həmin uşaqların kateqoriyalarına və ehtiyaclarına uyğun konkret istiqamətlərinin müəyyən edilməsidir. Məlumat bazası uşaqların sosial xidmətlərə ehtiyaclarının ölkənin regionları üzrə dəqiq xəritələşdirilməsinə də yardım edəcək. Bu da sosial sifarişlər əsasında icrası nəzərdə tutulan layihələrin respublikanın bölgələri üzrə obyektiv və məqsədyönlü şəkildə müəyyən olunmasına imkan verəcək.
Xatırladaq ki, ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr əsasında respublikanın müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar və s. yaradılıb, ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə əhatə olunub.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Klimatoloqlardan DƏHŞƏTLİ PROQNOZLAR
Sarkisyanın səyləri qırılır
Peşə məktəblərinin şagirdlərinə ödəniləcək əmək haqqının məbləği açıqlandı
Erməni yazar öldürülən azərbaycanlının müdafiəsinə qalxdı
Gözaltı ləkələrinin həlli yolları
Yumurtanı yedikdən sonra qabığını atmayın
Qarışıq tip dərilərə necə qulluq etməli?
7 qatlı bar (foto resept)
Prezidentlər Xəzəri bölüşəcəklər
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
Sonsuzluqdan əziyyət çəkən kişilər bu yazını mütləq oxusunlar
ÜST-dən valideynlərə XƏBƏRDARLIQ: Peyvəndi vaxtında vurdurun
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Azərbaycanlı qadın gecələr Facebook-da olursa...
Evlilik sonrası kökəlmədən qorunun!
Ata
Azərbaycanda internetin qiyməti 70 faiz ucuzlaşır
16 yaşında özünə məktub
Zombilər parad keçirdi
Koranavirusdan ilk körpə ölümü qeydə alındı
Beyons yenidən hamilədir!?
Çimərlik geyimində paylaşımlar etdi, həyatı dəyişdi - FOTO
Ən gözəl möcüzələrdən biri yaşanır
Neslihan Atagül hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Təhsil Naziri 119 tələbə ilə görüşdü
Hava haqqında - 11.01.2014
Mikrodalğalı sobalar məhv edilir - ŞOK SƏBƏB
Uşaqlarda koronavirusun fəsadları müəyyən edilib
Arılar zamanı geri qaytara bilirlərmi?
Bakıda ilk rəsmi moda həftəsi keçiriləcək
Kişi qadın dostluğu
Ronaldunun 10 milyonluq avtomobili - FOTO
4-cü sinif şagirdləri də imtahan verəcək
Ağ atlı şahzadə
Maaş artımı hansı müəllimlərə şamil edilir
8 nəhəng birləşir
Bu gündən İCAZƏ VERİLDİ - Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-27 dekabr
Tərzinə uyğun geyin
Günün qoroskopu: hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin
İstirahət gününün HAVASI
DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət etdi
Bred Pitt balaca qızı xilas etdi
Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Qaz pulu 20 qəpikdən hesablanır? -AÇIQLAMA
Bred Pitt "Oskar"dan imtina etdi-SƏBƏB
Dünyanın ən uzun qadını
FİFA prezidenti İranı qadınlara stadiona getməyə icazə verməyə çağırıb
Uğursuzluğun 10 əsas səbəbi
- ŞƏRHLƏR