Ölüm haqqdır və heç kəs bu dünyada əbədi qalmayacaq. İnsan dünyasını dəyişəndən sonra isə onu son mənzilə yola salırlar. Amma ölkədə dəfn mərasimi üçün xərclər yumşaq desək elə də az deyil. Mövcud durum elədir ki, hətta ölüm ayağında olan insanlar belə, bu məbləğin qədərini biləndə, yaşamaq eşqinə düşür. Bəzi insanlar elə düşünür ki, ölənin ehsanını vermək daha çətindir. Amma onlar qəbiristanlıq və ora çatanadək xərclənən pullardan yəqin ki, xəbərsizdirlər.
Dəfn mərasimi təşkil etmək üçün vacib olanlardan biri də nəqliyyat vasitəsidir ki, buna görə məsafədən və nəqliyyat vasitəsinin modelindən asılı olaraq 50 manatdan 250 manata qədər pul ödənilir. Mərhumun torpağa tapşırılması mərhələsinə gəldikdə isə dövlət rüsumu ilə bu məbləğ 188 manat olsa da, bu pula faktiki olaraq heç bir məzarlıqda yer tapmaq mümkün deyil. Burada yerlərin qiymətləri şəhərə yaxın və uzaq olmasına görə dəyişir. Ən ucuz yer 300 manatdan başlayır. Bu məbləğə qəbirin qazılması daxil deyil. Bunun üçün 150 manat zəhmət haqqı ödəmək lazım gəlir.
Qəbir daşlarının qiymətinə gəlincə sexlərdən öyrəndik ki, ölçüsündən və sifariş verənin istəyindən aslı olaraq qiymətlər dəyişir. Adi qəbir daşları 200 manatdan yuxarı, qara mərmərdən hazırlanan başdaşlar isə 1 200-dən başlayaraq 10 000 manatadək yüksələ bilir. Tək sinə daşı qoymaq istəyənlər isə nadir hallarda sexlərə müraciət edir.
İslam dinində bu cür qəbirlərin hazırlanması bəyənilməsə də, əksəriyyət öz ölüsünə son vəzifə olaraq bunu rəva görür.
“Sadə bir şəkildə olmalıdır. Yalnız sinə daşından ibarət olan, adı və dünyadan köçmə tarixi yazılarsa, dinimiz bununla kifayətlənməyi əmr edən bir dindir. Çünkü bu dünyadan sonrakı mərhələlərdə heç bir faydası olmur. Ona xidmət edəcəyimiz yalnız mənəvi köməylərimiz olmaldır. Bunun kimi mənəvi qazanclarımızı ötürməyimiz daha məqsədə uyğundur” – deyə İlahiyyatçı Hacı Fuad bildirir.
Qəbirsitanlıqda edilən daha bir xərc isə hər dəfə “Yasin” surəsini oxuyan mollaya edilən hörmətdir ki, bunun da məbləği minimum 3 manatdır. Bütün bunlardan isə belə qənaətə gəlmək olar ki, kasıb insanın nəinki kef etmək, heç ölmək belə cibinə uyğun deyil.
XƏBƏR LENTİ
FHN əməkdaşları üçün yeni yaşayış binaları istifadəyə verildi
Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA
Evimizdə təhlükə
Mineralların xeyri
Leyla Əliyevadan bayram təbriki - FOTO
Çağla Şikel geyimi ilə diqqət çəkdi-FOTO
Dünyadakı 10 müqəddəs yer
Pişik balası bilib aldılar, puma çıxdı - FOTO
Günün ulduz falı
Qurban bayramının vaxtı bəlli oldu
İki milyon yarım zəvvar Ərafatdadırlar
Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq
Şəkil çəkməyi uşağa necə öyrədək?
Marketlərdən alış-veriş edərkən buna diqqət edin
Bakı-2015-də qayda pozan əcnəbilər cəriməni necə ödəyəcək?
Kokos suyu sağlamlığın unikal iksiridir
Binəli Yıldırım koronavirusdan sağaldı
Dünyadakı romantik şəhərlər
Azərbaycanda bu ərazilərdə xərçəngə yoluxma riski daha böyükdür
Cəbhədə partlayış: yaralı hərbçilər var
"Siyah inci" izləyicilərinə pis xəbər
Bu günün hava proqnozu
2018-ci ilin rəngi: Bənövşəyi
Türkiyədə yeni dərs ili onlayn başlayacaq
Türk qəhvəsi maskası
Boyuna buz qoymağın faydaları
Dünyanı Covid-19 bəlasına salan Uhanda Yeni il gecəsi
Havanı təmizləmək üçün məsləhətlər
İlin ƏN YAXŞIları seçildi-SİYAHI
MART ayında HAVA
Fərqli bəy-gəlin-FOTO
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Filmi xatırladan real təbiət şəkilləri
2020 Nyu-York Moda Həftəsi
Körpələrin saçını uzatmağın zərərləri
500 illik məscid məhv olmaq üzrədir
Sentyabrda hava necə olacaq?
"Dərman preparatlarının qiymətlərinə baxıldı və vahid qiymət qoyuldu" - Nazir müavini
Stiven Siqal Bakıdadır
Yay üçün dəbli ətəklər
250 minlik skripkanı qatarda unutdu
Körpə dünyaya gəlir, ona qayğı lazımdır (1-ci hissə)
Kiyevdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır
Yazda estetik əməliyyat ziyanlıdırmı?
"Neft Daşları"nda yeni quyu qazılır
Yanvar ayının birindən WhatsApp bu telefonlarda işləməyəcək - FOTO
Azərbaycanlılar Rusiyadan qaçır
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Bakalavrla bağlı YENİ QƏRAR















- ŞƏRHLƏR