
Həyatımızda dəyişilməsi mümkün olmayan bir sıra hadisələr baş verir. Belə olaylar baş verərkən etdiyimiz ən böyük səhv həmin hadisələri dəyişməyə çalışmağımızdır. Bəzi insanlar buna o qədər vaxt və güc sərf edir ki, sağlamlığı zəifləyir, bır sıra vacib hadisələrə fikir vermir, problemləri həll etmək iqtidarında olmur. Bəzən dəyişdirə bilmədiyimiz hadisədən yapışmaq, daim bu haqda düşünmək insanı tükədir, hətta həyatını məhv edir.
Psixoloq Səidə Mirzəyevanın sözlərinə görə, həyat dəyişkəndir və bununla barışmaq lazımdır. Nəyinsə olduğu kimi davam etməyinə əmin olmaq düzgün yanaşma deyil. Həyatda gözlənilməz hadisələr baş verər və bunları qəbul etməməyimiz mənəvi sui-qəsddir. "Həyat yalnız xoşbəxt hadisələrlə dolu deyil. Bunu hər birimiz hiss etmişik. İdeal hadisələr də olmur. Onları gözləyərək də əslində həyatımızı məhv edirik. İdeal bir hadisəni gözlədikdə anlamalıyıq ki, o, heç vaxt baş verməyəcək. Bu səbəbdən də ideal, mükəmməl həyatı gözləmək lazım deyil, indi olan və sahib olduğun hər şeyi öz xeyrinə istfadə etməyi bacarmalısan", - deyən həmsöhbətimiz bildirir ki, düzdür, baş verən hadisə çox ağırdırsa, belə vəziyyətdən asanlıqla çıxmaq mümkün deyil. Amma yenə də səni üzən və narahat edən hadisəni təhlil et. Həqiqətənmi sənin üçün xeyirli tərəfləri yoxdur. Bu tərəfləri tapmaq ən azı təsəlli olacaq və baş verən dəyişikliyə uyğunlaşmağa kömək edəcək.
S.Mirzəyevaya görə, elə şeylər var ki, onları dəyişdirmək iqtidarında deyilik. "Nə edək, yaşamayaqmı? Anlayın ki, bu, artıq baş verib. Bunu fikirləşmək, əsəbiləşmək vəziyyəti dəyişdirmir və sizə heç cür kömək etmir. Əksinə, bu, sizi məhv edir. Siz yalnız baş verənlərə adaptasiya ola bilərsiz", - deyə psixoloq əlavə edib ki, adaptasiya olmaq, uyğunlaşmaq özü də əslində dəyişmək və dəyişdirməkdir, amma mümkün olan qədər. Mümkün olmayanları dəyişməyə çalışdıqda isə özünüzü çıxılmaz vəziyyətə salırsınız. Misal üçün, təsəvvür edin ki, labirint oyunundasız. Labirintdən çıxış yolu axtarırsınız. Məntiqlə düşünərək hansısa yolu daha uyğun gördüyünüz üçün onu seçir və gedirsiniz. Yolun sizi labirintdən çıxaracağına əminsiniz. Amma sonda yolun bağlı olduğu faktı qarşısında qalırsınız. Bağlı yolun qarşısında nə qədər dayanıb onu necə dəyişdirəcəyini düşünsəniz də, bunun bir xeyri olmayacaq. "Mən bu yolu gedərkən nə qədər əziyyət çəkdim" deyib təəssüf etməyiniz də heç nəyi dəyişdirməyəcək. "Kaş ki, belə yox, bu cür edərdim" demək də sizi yolun əvvəlinə qaytarmayacaq. Ən məntiqlisi - düşünüb başqa bir yolu axtarıb labirintdən çıxmaqdır. Bəzən də elə olur, yolla gedərkən insan tədricən anlayır ki, yanlış yolu seçib və yol onu dalana aparacaq. Amma nədənsə onu davam edir.
Müsahibimizin dediyinə görə, əksər konfliktlər insanı dəyişdirməyə, "düzəltməyə" yönəlir: "Ətrafdakıları mükəmməl etməyə çalışmaq yanlış addımdır. Mükəmməl olmayan insanı necə mükəmməl edəcəksiz? Və ya düzgün hərəkət etməyən insanı daha düzgün düşünməyə necə vadar edəcəksiz? Bu, onun təbiətidir. Bunları etmək istədikdə sadəcə həmin insanlarla mübahisə edəcəksiz. Nə qədər acı olsa da, bu, həqiqətdir. Belə edərək özünüzü tələyə salırsız. Bu səbəbdən də hadisələrin dəyişməsini gözləmək əvəzinə, olduğunuz vəziyyətdən maksimum yararlanmağa çalışın".
Problemlərə qalib gələn insanlar istənilən vəziyyəti daha yaxşı istifadə etməyi bacaranlardır. Psixoloq bildirib ki, başqa cür onların problemlərə necə qalib gəldiyini başa salmaq mümkün deyil. Ona görə ki, bütün insanların həyatında problemlər olur. Bəzilərinin problemləri azalır, bəzilərinki isə arta-arta gedir.
Düşdüyün vəziyyətdən maksimum yararlanmaq üçün vəziyyəti yaxşı təhlil etmək lazımdır. Öz-özünüzə sual verin: "Mən bu vəziyyətdən necə yararlana bilərəm? Mənim xeyrim nədir? Bu vəziyyət mənim üçün hansı müsbət hadisələri gətirə bilər? və s. suallara cavab verərək özünüz də təəccüblənəcəksiz. Düşdüyünüz vəziyyət sizə nə qədər imkanlar yaradırmış? Əvvəl siz bu müsbət tərəflərə fikir vermirdiz. Ona görə ki, reallığa baxmırdız. Etdiyiniz səhvləri və ya başqalarının səhvlərini düşünürdüz. Günbəgün sizi üzən hadisə haqda düşüncələriniz vaxtınızın daha çox hissəsini alırdı. Bunu düşünməyə özünüzə imkan verdikcə fikir sizi bütünlüklə udmağa başlayırdı. Nəticədə başqa bir şeyi düşünməyə imkan qalmırdı. Ancaq sizi üzən problem vardır. O, sanki bütün beyninizi, bütün ürəyinizi tutmuşdu. Ürəyinizi və beyninizi bu neqativ emosiya və fikirlərdən təmizləyin.
Mirzəyeva bildirib ki, istənilən hadisəni öz xeyriniz üçün istifadə etdikdə nəyin baş verəcəyini təsəvvür edin: "İstənilən hadisələr sizin üçün yaxşı olacaq. Hər şey ətrafda yaxşı olacaq. Ona görə ki, hər bir şərdə xeyir görüb öz xeyrimizə istifadə edə biləcəksiz. Öz xeyrinə istifadə etmək başqalarına zərər vermək və ya qisas almaq demək deyil. Əslində bu xoşagəlməz fikirləri deyil, öz həyatını yaşamaq deməkdir".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Manatın MƏZƏNNƏSİ
Bəs, Beren Saat hanı?
Dəbli xanımlar üçün ziyafət donları
​Evsizlərə şad xəbər - MÜTLƏQ OXUYUN
Avropa Birliyi Türkiyədəki istefalardan narahat olub
Azərbaycanlı boksçu erməninin "çənəsini oynatdı"
Səmada uçan NAMƏLUM OBYEKT insanları vahimələndirdi - FOTO
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Jirinovski: “ABŞ-dan yaxın onillikdə qurtulmaq lazımdır”
Məktəbdə müəlliməyə pul, ya hədiyyə vermək olarmı?
Maliyyə Nazirliyindən hərbiçilərə şad xəbər
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 113 yeni yoluxma - RƏSMİ
Ramazan bayramınız mübarək!
Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər
Boşandıqdan sonra əridi
Çingiz Mustafayev vətənə qayıdıb
"Facebook" və "Whatsapp"dan növbəti yeniliklər
Alişan restoranda dava saldı-SƏBƏB
Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir - Əhaliyə XƏBƏRDARLIQ
Uşaq bağçalarının fəaliyyəti ilə bağlı TƏKLİF: yalnız "sarı" zonalarda...
Bu günün tarixi (07.09.2015)
Yolda qalan birinə yardım etdi, həyatı dəyişdi
Dinimizdə sevginin növləri
Mustafa Sandalın sirri məlum oldu-FOTO
Bürclərin asılılıqları
Rəssam Nachi Diaz
İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, bu yazını oxuyun!
Burcu Esmersoyun toyu oldu-FOTO
Bakıda gəzməli hava olacaq
Venesiya Film Festivalından 4 gözəllik trendi
Kristiano Ronaldo BMT-nin xeyriyyə fonduna 600 min avro ianə edib
Azərbaycanda nazir oğulları orduya çağırılır
Panik Atakın 30 Simptomu
Yaponiyada evli cütlüklər niyə ayrı yataqlarda yatır?
Həftəsonu ictimai nəqliyyat işləməyəcək
2019-cu ilin ən varlı adamları - Siyahı
Qadınlara ərlərinin telefonuna baxmaq qadağan edildi
Cem Yılmaz və Serenay Sarıkayanın yay tətili
Bu günün tarixi (01.09.2014)
Bu şəxslərin maaşları artacaq
"Ustad"dərgisinin 26-cı sayı işıq üzü gördü-FOTO
Avtomobilin təkərindən sıçrayan su paltarımıza düşsə...
Belarusiyanın jürisi Eurovisiondan qovulub-SƏBƏB
Ermənistan Əfqanıstanda vurulmuş ABŞ PUA-sını Azərbaycanınkı kimi təqdim edir - RƏSMİ
Masallıda İİV və QİÇS mövzusunda maarifləndirici tədbir keçirilib
Xərçəngin qrip kimi yayılmasının səbəbi
Duruşunuz sağlamlığınıza necə təsir edir?
Vərəmdən qurtulanların sayı nə qədərdir?
Quş qəfəslərində yaradılan gözəlliklər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]