"Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi ölkəmizdə davamlı makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edir". ANS PRESS-in məlumatına görə, bunu DSMF-in növbəti il üçün büdcəsi ilə bağlı açıqlamasında fondun sədri Elman Mehdiyev deyib.DSMF sədri məlumat verib ki, fondun 2015-ci il üçün büdcəsinin gəlir və xərcləri növbəti ilə 3 mlrd. 56 milyon 285 min manat səviyyəsində nəzərdə tutulur ki, bu da cari ilin büdcəsinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur.
Bildirilib ki, xərclərin qeyd edilən artımı əmək pensiyası üzrə 121,9 milyon manat, müavinətlər üzrə 5,5 milyon manat və digər xərclər üzrə isə 0,4 milyon manat təşkil edir. Fondun büdcəsinin gəlirlər hissəsindəki dəyişikliklər isə məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə 169,8 milyon manat artımdan və dövlət büdcəsinin transferti üzrə 42 milyon manat məbləğində azalmadan ibarətdir. E.Mehdiyev bu əsasda Fondun 2015-ci il üçün büdcəsində nəzərdə tutulan xərclər üzrə artımın və dövlət büdcəsi transferti üzrə azalmanın toplanan sosial sığorta haqları hesabına qarşılanacağını diqqətə çatdırıb.
E.Mehdiyev vurğulayıb ki, Fondun növbəti il üçün gəlirlərinin 64 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 36 faizə enəcək.
DSMF sədri Fondun 2015-ci ildə qeyri-büdcə üzrə gəlirlərinin artımının xüsusilə hədəfə alındığını qeyd edərək, həmin sahədən daxilolmalar üzrə cari ilin proqnozu ilə müqayisədə 11,7 faiz artımın nəzərdə tutulduğunu bildirib. Bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olmaqla yanaşı, həmin hədəfə sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırılması hesabına nail olunacağı vurğulanıb.
DSMF-nin 2015-ci il üçün xərclərinin 97,8%-i və ya 2 milyard 989,2 milyon manatı əhaliyə ödənişlərə, 2,2%-i və ya 67,1 milyon manatı isə digər xərclərə yönəldiləcəkdir. Əhaliyə ödənişlərin 97,4%-ni və ya 2 milyard 910,5 milyon manatını pensiya xərcləri, 2,6%-ni və ya 78,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.
Fond sədrinin sözlərinə görə, 2015-ci ildə pensiyaların baza hissəsinə və ona əlavələrə 1 milyard 536,5 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari ildəkindən 18 milyon manat çoxdur. Əmək pensiyalarının sığorta hissəsinin ödənilməsi üçün nəzərdə tutulan məbləğ 1 mlrd. 374 milyon manat təşkil etməklə cari ilə nisbətən 8,2% və ya 103,9 milyon manat artıqdır. Bu artım pensiya məbləğlərinin 2015-ci ilin yanvarın 1-dən inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, habelə qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcək.
Növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin 20,0 mln. manat təşkil etməklə cari ilin büdcəsinə nisbətən 0,7 mln. manat artıq nəzərdə tutulur. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər isə 19,1 mln. manat təşkil edəcəkdir. DSMF-nin aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 2015-ci il üçün 26,2 mln. manat təşkil edəcək.
2015-ci ildə beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 40 min manat, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üzrə tədbirlər planının icrası ilə bağlı 1,5 mln. manat məbləğində vəsait büdcədə nəzərdə tutulur.
Sonda E.Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcəsinin pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacağını vurğulayaraq qeyd edib ki, bu həmçinin növbəti mərhələdə, yəni 2020-ci ilə qədər olan dövrdə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş «2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası» na uyğun olaraq müəyyən edilmiş əsas prioritetlərə nail olunmasına keçid istiqamətində etibarlı maliyyə təminatını formalaşdıracaq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Zakir Həsənov və Seyran Ohanyana Gürcüstandan zəng
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
"Alınan mallar geri qaytarılmır" - Bu qanuna uyğundurmu?
İlk modulyar planşet satılır
ABŞ məxfi xidməti: Yadplanetlilər mövcuddur və bununla bağlı sübutları dərc edəcəyik
Apple əşyaların internetinə keçir
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı
COVID-19-a qarşı dünyanın ilk kağız testi hazırlanır
Hadise bu dəfə də diqqət çəkdi-FOTO
Brus Villis 12 milyonluq evini 7 milyona satdı-FOTO
Evlilik iş performansına təsir edirmi?
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Tuba Yaponiya filmində
Qazaxıtanın Atırau şəhərində "Arşın mal alan" operettası nümayiş etdirilib
Leyla Əliyeva qızını belə təbrik etdi - FOTO
"Qarabağ"a 1 milyon ayrıldı
Maaşı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq
5 saniyəyə enerji yığan batareya hazırlandı
2018-in trendləri
Hamiləlikdə vitamin ehtiyacı
Rəfiqənin xəyanəti
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur?
Tez-tez çimmək ziyandır?
Ləng reaksiya - tez ölüm
İştahsızlıq yaşayanlar, diqqət!
“McDonaldКјs” işçisi- 1600 dollar ziyan vurub
Gündəlik yemək - 5 səhv
Qobustanda tarixi lövhə tapıldı
Ermənistan Nazirlər Kabineti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi
Möhtəşəm geyim modelləri
Sinoptiklərdən müjdə
ABŞ-da fövqəladə vəziyyət: təyyarələr də uçmur
Avropanın ən təcrübəli futbolçuları
Məşhur verliş aparıcının nitqinə görə bağlandı-FOTO
Gözəl göz makiyajları
Bu gün ev alan jurnalistlərin siyahısı açıqlanacaq
Necə bir evliliyiniz var?
Azərbaycan nefti bazarda liderliyi ələ keçirdi
Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA
Günün qoroskopu: sirlərinizi yad insanlarla paylaşmayın
BÜRCLƏR bizə nə vəd edir? - 28 APREL
"Qurban ətini satmaq olmaz"
Hamiləlikdə ürək döyüntüsü
Can Yaman hər kəsi təəccübləndirdi-FOTO
Azərbaycanda son iki ildə qoyulan ən məşhur adlarla bağlı rəsmi açıqlama
Bu körpələri öpmək olmaz!-SƏBƏB
Qırmızı kadife tort (foto resept)
Qarın yağlarını əridən detoks
Zəvvarlar üçün günəş enerjisi ilə işləyən əvəzsiz çətir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]