
Tütünə qarşı mübarizə üzrə milli strategiya layihəsi çərçivəsində ölkədə siqaretin qiymətində artım ola bilər.Milli.Az Axar.Az-a istinadən xəbər verir ki, qarşıdan gələn vaxtlarda siqaretə qarşı mübarizə üzrə görülən tədbirlər nəzərə alınmaqla, tütün məmulatının qiymətinin artması tendensiyası müşahidə olunacaq.
Əldə etdiyimiz məlumata görə, markasından asılı olmayaraq bütün siqaret növlərində 30-50 qəpik artım gözlənilir.
Bildirək ki, bir müddət öncə qiymət artımı ilə bağlı “European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə Heyətinin sədri Rüfət Quliyev Milli.Az-a açıqlama vermişdi. Onun sözlərinə görə, siqaretin qiyməti gec-tez qalxmalıdır:
“Ümumilikdə Avropa və dünya iqtisadiyyatına fəal inteqrasiya şübhəsiz ki, siqaretin qiymətinə təsir edəcək. İstənilən halda bu məsələ hökumətin ixtiyarında qalacaq, lakin fikrimcə, Azərbaycan gec-tez siqaretin qiymətini yüksəltmək zərurəti ilə qarşılaşacaq”.
Xatırladaq ki, tütündən istifadənin getdikcə artmasına, dünya səviyyəsində insan sağlamlığının təhlükəli həddə çatmasına və tütün şirkətlərinin bazar yaratma strategiyalarına qarşı ÜST-nin 56-cı Ümumdünya Səhiyyə Assambleyasında 21 may 2003-cü il tarixdə bu mövzuda ilk millətlərarası razılaşma xüsusiyyətlərini daşıyan “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyası imzalanıb. Azərbaycan 2005-ci ilin 01 noyabr tarixində sənədi ratifikasiya edib. 2011-ci ildə isə ölkədə tütünə qarşı mübarizə üzrə milli strategiya layihəsi hazırlanıb.
Məlumat üçün bildirək ki, ölkədə 2,5 milyondan artıq siqaret istifadəçisi var.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Luçano Pavarottinin dul xanımı ərə getdi
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
İsmail YK
Bu ölkədə hər gün 2 min qız öldürülür
Feyza Özcan Denizin serialı haqqında bunları dedi
Sağlam qidalanma yolları
Dilimiz - Milli Kimliyimiz
"ABŞ Suriyada əməliyyatı davam etdirməyə hazırdır"
Gözlənilən film məhkəməlik oldu-SƏBƏB
Tuba hər kəsi təəccübləndirdi
“Türkiyə və Rusiya eyni missiyanı yerinə yetirəcək” - Atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA
Mirşahin Ağayev koronavirusa yoluxdu
Baş ağrısının xalq təbabətində müalicəsi
Ağ dəriyə qovuşmaq artıq asandır
Qarabaşaq pəhrizi
Baş ağrıları
Azərbaycanda yeni aeroport tikiləcək
Heraldika
Solyari dəri xərçəngi əmələ gətirir?
Müəllim şikayəti
Dünya gözəlləri səhnədə və real həyatda (1)
Bu da Sony Xperia Z Ultra
Nazirlik Bakıdakı məşhur çimərliklərin bağlanmasını tələb etdi - AÇIQLAMA
Avtomobili harada saxlayaq? - AÇIQLAMA
Bakıda möhtəşəm sərgi olacaq
Həyatı asanlaşdıran əşyalar
"Niva" və "07" sevənlərə bəd xəbər
Yuxu haqqında bunları bilsək
Sosial şəbəkələrdə paylaşılan şəkillərə inanmayın!
Elmə məlum olmayan təhlükə aşkarlandı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
Fitness haqqında bilinməyən 3 fakt
Tabule salatı (foto-resept)
Günün qoroskopu: ciddi səylərə ehtiyac yoxdur
Cəbhədə amansız atışma
Leyla Əliyevaya “Knyaginya Olqa” ordeni verildi
Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunur
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
4 möhtəşəm zirvə
Məhərrəmlikdə bədənə xəsarət olmaz
“İstanbullu gəlin”in aktrisası ərindən boşandı - FOTO
Ramazan ayının 10-cu gününün imsak və iftar vaxtları
Acun sözünü tutdu
Paratha - hind kökəsi (foto resept)
Qadın.net-lilərin ləqəbləri (2-ci hissə)
Apple iki yeni iPhone-u təqdim etdi
Futbolçulara üçqat cəza qaldırılır?
Bu Gün Leyla Əliyevanın ad günüdür!
Çobanyastığı maskası

- ŞƏRHLƏR