
İçi biz qarışıq qonşuların əli ürəyinin üstündə durmur ki, evlərimizi sökəcəklər. Sabunçu rayonu Şəhər şossesində xeyli ev sökülüb, deyilənə görə, hər kvadrata 1020 manat verilib. Təbii ki, bu, xeyli vəsait deməkdir. Amma bizi narahat edən məqam evlərimizin sənədsiz olmasıdır. Yaşadığımız qəsəbədə bütün kommunal xətlər var, müxtəlif dövlət qurumları burada öz öhdəliklərini yerinə yetirirlər, yol çəkilib, Heydər Əliyev Fondunun yardımı ilə məktəb tikilib, bütün sakinlər normal qaydada kommunal xidmət haqlarını ödəyirlər, işıq, qaz, su ilə bağlı problemlərimiz olanda aidiyyatı üzrə dövlət qurumlarına müraciət edirik gəlib maraqlanırlar. Yeganə problemimiz evlərimizin sənədsiz olmasıdır. Söhbət düşəndə sakinlər özləri özlərinə təsəlli verirlər ki, böyük bir qəsəbəni söküb, insanları evsiz qoymazlar, axır-əvvəl sənədləşmə olacaq.
Gəzən bir sıra söz-söhbətə görə isə sənədsiz evlərin söküntüsü zamanı ödəniş olub-olmaması məsələləri ortaya çıxır, kimlərsə ortada dəllallıq edərək insanları aldatmağa çalışır, bu istiqamətdə problemlər yaranır. Elə şəhər şossesinin genişləndirilməsi zamanı yol kənarındakı evlərin söküntüsü prosesində bu cür hallar yaşanıb. Lakin sakinlərin özlərinin məlumatlılığı prosesin sonda müsbət nəticələnməsinə səbəb olub.
Qeyd edək ki, hazırda təxminən 600 minə yaxın sənədsiz evin olduğu bildirilir. Bunların 90 faizindən çoxunda məskunlaşma var. Yuxarıda qeyd edilən ünvanda isə təxminən 500 mənzil mövcuddur. Bu cür sökülmə perspektivi olan sənədsiz evlərin çoxluq təşkil etdiyi ərazilərin Bakının bir neçə yerində olduğunu nəzərə alsaq, “evlərin sənədləşməsi niyə gecikir” sualının çox adam üçün aktual olduğunu deyə bilərik.
Bir neçə il əvvəl ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi. Daha sonra - 2012-ci ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı. Lakin indiyə qədər sənədsiz evlərin məsələsi həll olunmayıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya yaradılıb: “Bütün sənədlər artıq komissiyaya daxil olub”. Deputat hər şey hazır olsa da, gecikmənin səbəbinin anlaşılmaz olduğunu bildirib: “Məndə olan məlumata görə, sənədlər artıq hazırdır. Sadəcə, sənədləşdirilməyə qərar vermək lazımdır. Amma bunu niyə gecikdirirlər, bilmirəm. Hazırda məsələ onların ixtiyarındadır.
Bu evlər mütləq sənədləşdirilməlidir. Çünki Bakıda həddindən çox söküntü işləri gedir. İnsanlara müxtəlif səbəblərdən qeydiyyat mütləq lazımdır. Qeydiyyatsız evlərin sənədləri tezliklə həll olunmalıdır. Əgər prezident İlham Əliyevin xüsusi göstərişi varsa, məsələni yubatmaq olmaz”.
Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilmiş evlərlə bağlı araşdırma aparılıb, ilkin və siyahıya salınma işləri də görülüb. Amma hazırda sözügedən məsələ ölü nöqtədədir.
Bu problemin həll olunması və paytaxtında qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti belə tikililərin siyahıya alınması prosesini başa çatdırıb. 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci ilədək, 1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən sənədsiz tikililərin siyahısını tərtib edib.
Milli Məclisin regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayevisə bildirir ki, sənədsiz tikililərin sənədləşdirilməsi olduqca mürəkkəb və həssas prosesdir. Onun sözlərinə görə, istənilən halda yaşamaq üçün özünə mülk əldə etmiş vətəndaşlar incidilməməlidir. Amma vətəndaşlar da mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər: “Onlar mülkiyyətlərinin qanuni sahibi olmalıdırlar. Buna görə də strateji ərazilərdə yerləşən tikililərlə bağlı araşdırma aparan xüsusi Dövlət Komissiyasının yaradılması böyük əhəmiyyət daşıyır. Bu, bir daha sübut edir ki, dövlət mövcud problemin həll olunmasında maraqlıdır”.
Millət vəkili mövcud problemin həlli yollarına toxunaraq sənədsiz evlərin əksəriyyətinin sökülməyəcəyini də bildirir. Onun fikrincə, hökumət bu məsələdə vətəndaşlara güzəştə gedəcək: “Güman edirik ki, qanunsuz evlərin əksəriyyəti sökülməyəcək. Çünki onların bir çoxunun sənədləri var. Hətta neft mədənlərinin ərazisində tikilmiş bəzi evlərə Dövlət Neft Şirkətinin rəhbərliyindən icazə alan insanlar da var. Onların sənədlərində göstərilib ki, həmin ərazilərdə ev tikmək mümkündür. Lakin sonradan müəyyən olunub ki, bu torpaqlarda ev tikmək insanların həyatı üçün təhlükəlidir. Bütün bu faktların dəqiqləşdirilməsi, təhlillərin aparılması və problemin mümkün qədər ziyansız həlli lazımdır”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Çukur"un aktyoru Bakıya gəlir
Qızıldan hicab geyindi, hər kəs ondan danışdı-FOTO
"Cemli bulka"(foto-resept)
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Kiçik qızlarda tül əsintisi
Qadın.Net-in xaricdəki xanımları (VI hissə)
Qarpızlı sərinləşdiricilər (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Cennifer Lopezin 10 illik sevgilisi öldü-FOTO
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Peyğəmbərimizin tövsiyə etdiyi şəfalı qidalar
Göbələkli sulu küftə (foto-resept)
Psixoloq: "Maşın sürən qadın xəstə uşaq doğur"
Facebook videoreklamlara başlayır
Dünyanı heyrətləndirən 100 milyonluq şounu kimlər hazırladı?
Günün qoroskopu: süst, astagəl olmayın
Maraqlı tort nümunələri
Xərçəngə qalib gəlməyin ən effektiv yolu
McLaren yeni sirr açır
Ayların romantikası
Azərbaycanlı futbolçu "Anji"də
"Yazıq" portret
Bu qəribə adları uşaqlara qoya bilərsiniz-SİYAHI
Ermənilər fransız jurnalistləri koronavirusu yaymaqda ittiham edirlər - FOTO
Günün qoroskopu - 18.11.2013
Yaddaşınız zəifdir? Çarə var
Kosmosa səyahətin qiyməti açıqlandı - FOTO
Çəki azaltmaq üçün quşburnu için!
Bakı və Abşeronda Yeni il yarmarkalarının ünvanları
Dünyanın ən gözəl qadın pilotu
Hava haqqında
Ölüm vaxtını təyin edən test inkişaf etdirildi
Hamiləlik zamanı dəridə çapıqlar
Valideynlərə bayram xəbərdarlığı
Sosiska alarkən nəyə diqqət etməli?
Məşhur aktrisa 30 kq arıqladı-FOTO
ABŞ-dan Azərbaycana jest
Demet Eceyə görə yenidən məhkəməyə müraciət etdi
Baş nazirdən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı DƏYİŞİKLİK
Boğaziçi körpüsünə şəhidlərin adı veriləcək
Bakıdakı apteklər niyə bağlanıb?
Sağlam yeməklər bişirmək üçün 5 addım
“Eurovision” yeni formatda keçiriləcək
Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013
Mərkəzi Bankdan xəbərdarlıq
Novruzda günəş tutulacaq
Hillari Klinton prezidentliyə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıb
Dünyanın ən varlı adamı artıq o olacaq!-FOTO
Məmməd Arazın yubileyi münasibəti ilə tədbir keçirilib
DİM abituriyentlərə müraciət etdi















- ŞƏRHLƏR