
Əslində, bu təəccüb doğuran bir hal deyil. Çünki bizdə istehlakçıların bir çoxu aldıqları məhsulun məhz qiymətinə əsasən seçim edir. Adətən asan hazırlanmasına üstünlük verilən sosiska alışı zamanı da bu vəziyyət özünü göstərir. Mağazanın satıcısı İradə Muxtarova da bunu təsdiq edir: “Sosiska alarkən alıcılar başqa heç bir məlumatla maraqlanmırlar. Bəzi hallarda, sadəcə, məndən məhsulun təzə olub-olmadığını soruşurlar, vəssalam”.
Yəqin ki, bizdə hansısa bir satıcının alıcıya məhsulun istehsal tarixinin keçməsi ilə bağlı məlumat verməsi təəccüb doğurardı. Bu zaman isə yeganə çıxış yolu, istehlakçının maarifçilik səviyyəsinin olmasıdır.
Sosiska ən az siqaret qədər zərərlidir
Sosiskanın sağlamlığa təsiri ilə bağlı məqama gəldikdə isə mütəxəssislərin fikrincə, bu məhsulun tərkibində sağlamlığa zərərli maddələr bir sıra xəstəliyə səbəb olur. Az miqdarda təmiz ətdən istifadə edilən ucuz sosiskalarda arzuolunan dadı əldə etmək üçün müxtəlif dadlandırıcılar, qoruyucular və qatqı maddələrindən istifadə edilir.
Dünya Xərçəng Araşdırma Fondu sosiska və bir sıra qidalardan uzaq durulmasını tövsiyə edib. Fondun direktoru Rachel Thompson bildirib ki, əgər hər bir insan həftədə 70 qram, yaxud iki sosiskadan az istifadə edərsə, İngiltərədə bağırsaq xərçənginə yaxalanma hər il 4 min nəfər azalar. Sosiska və hazır qidalar yüksək qan təzyiqinin başlıca səbəbləri arasında yer alan duz qəbulu baxımından da təhlükəlidir. Bir sosiskadan ibarət sendviçdəki duz miqdarı gündəlik ehtiyacın onda birinə bərabərdir.
Amerika Tibb Həkimləri Komitəsi sosiskanın ən az siqaret qədər zərərli olduğunu bildirən bülletenində qeyd edilir ki, istər yeniyetmələr, istərsə də uşaqlar tərəfindən çox sevilən bəzi yeməklər hədsiz qəbul edildikdə çox ciddi xəstəliklərə yol açır. Araşdırmalara görə, sosiska ilk baxışda xoş təsir bağışlasa da, 10 yaşından daha kiçik uşaqlarda rast gəlinən boğulma hallarının əsas səbəblərindəndir. Hər 100 boğulma hadisəsindən 17-sinin səbəbi sosiskalardır. Sosiska “kanserogen” riski daşıyır.
Dünya Xərçəng Araşdırmaları Mərkəzinin məlumatına görə, gündə 50 qram hazır qırmızı ət, yəni bir sosiska yeyənlərdə bağırsaq xərçəngi riski 20 faiz, prostat, ağciyər, mədə xərçəngi riski də artır. Xərçəng riskini ən çox artıran məhsullar məhz sosiska kimi uzun müddət dayanması üçün hisə verilən, yaxud duzlanan qidalardır. Eləcə də sosiska kimi tez hazırlanan məhsullar ürək xəstəliyi riskini 42, şəkər xəstəliyi riskini isə 19 faiz artırır.
Türkiyədə qeydə alınan faktlardan biri isə odur ki, həqiqi toyuq ətindən sosiska hazırlanması sağlamlıq baxımından hər hansı bir risk yaratmasa da, toyuq dərisi, sümük və satılmayan hissələrinə un vurularaq çox miqdarda əlavə qatqılar əlavə edilməklə ət əldə edirlər. Sonra isə həmin rəngi əldə etmək üçün kimyəvi rəng qatılır. Nəhayət, bu sahədə problemi aradan qaldırmaq üçün son vaxtlar qonşu ölkədə hökumətin qərarına əsasən, sosiska, kolbasa məhsulları 100 faiz dana əti, 100 faiz toyuq, 100 faiz hinduşka ətindən istehsal olunmalıdır.
Nöqsanlar aşkarlandıqda işbazları hansı cərimələr gözləyir?
Ölkəmizdə istehsal olunan sosiskaların keyfiyyətinə gəldikdə isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, ət məhsuları içərisində sosiska məhsulları ilə bağlı ayrıca standartlar var:
“Standartlar əsasında həmin növ məhsulların istehsalı tənzimlənir. Həmin standartlarda tərkibi, təhlükəsizliyi, fiziki-kimyəvi göstəriciləri, mikrobiologiyası, daşınması, markalanması, saxlanma üsulu, temperatur rejimi də daxil olmaqla bütün tələblər öz əksini tapıb. İstehsalçılar bu tələbləri əsas götürərək bu istehsalı həyata keçirirlər. Standartların tələblərinə əməl olunmasına da nəzarət həyata keçirilir”.
F.Talıblının sözlərinə görə, tələblər gözlənilməyən müəssisələrdə istehsal dayandırılır. Belə ki, hazır məhsuldan nümunələr götürülür və komitənin təcrübə-sınaq mərkəzinin qida laboratoriyasında ən son texnologiyanın tətbiq edildiyi müasir avadanlıqlarda yoxlanılır. Analizlərin nəticələrinə uyğun olaraq da müvafiq tədbirlər görülür. Nöqsanlar aşkarlandıqda bu barədə mütəmadi ictimaiyyətə məlumat verdiklərini deyən komitə nümayəndəsi onu da qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4500 manat məbləğində cərimə olunur.
Bazarda ətdən ucuz sosiska var
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirdi ki, bazarın sosiska seqmentində mürəkkəblik yaşanır: “Belə ki, bazarda sağlam niyyətə xidmət edən, sağlam mal ətindən sosiska hazırlayan, qanunlar çərçivəsində, standartlara uyğun məhsul hazırlayan şirkətlər var. Yəqin ki, bu vəziyyəti yaxşlaşdırmaq, bazardakı mövcud əngəlləri aradan qaldırmaq üçün iş aparacağıq. Bu sahədə olan problemlərə gəldikdə isə təhlükəsiz mal istehsal edən vicdanlı biznesmenlərin bazarına daxil olub qiyməti aşağı salıb, istehlakçıları aldadan şirkətlər az deyil”.
AİB sədrinin fikrincə, uzun müddətdir ki, ölkənin müxtəlif yerlərindən xəstəlikdən ölən heyvanları kəsib Bakıya gətirən qruplar var: “Onlar əsasən, sosiska sexlərinə gedir. Biz bilirik ki, murdar olmuş, çölə atılmış, xəstəlikdən ölmüş heyvanları kimlər gətirir və hara gətirir, hansı sexlərə verilir. Lakin mən bir neçə müvafiq quruma zəng etmişəm ki, KİV-in iştirakı ilə gedib onları ifşa edək. Lakin bildirirlər ki, əməliyyat hazırlayaq, yaxud KİV-ə deyilməsin. Həmin “istehsal prosesi” isə gecə saat 12:00-dan 5-ə qədər davam edir. Bütün bunların nəticəsidir ki, bazarda ətdən ucuz sosiskalar var. Mənim yanıma sosiska gətirmişdilər, onu kibritlə yandırdıqda qara tüstü içində yandı və bilinmir ki, tərkibi nədir”.
E.Hüseynov deyir ki, hazırda satışda olan bəzi sosiskaları aylarla günün altında saxlayanda da xarab olmur: “Bu onun sübutudur ki, onun tərkibi kimyəvi maddədir. Çünki ət, bir sutkadan artıq qaldıqda iylənməlidir. Eləcə də həmin sosiskaların üzərində tərkibi ilə bağlı məlumat göstərilmir. Halbuki yeyinti məhsulları haqqında qanuna görə, onun üzərində kimyəvi maddələri də göstərilməlidir”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Demet Akalının Azərbaycanla bağlı paylaşımı Diqqət Çəkdi-FOTO
Günün qoroskopu: mənfi tendensiyaların təsiri güclü olacaq
"Eurovision" təmsilçimiz kim olacaq?
Hollivud aktyoru uşağı xilas etdi-FOTO
Xəyanət etdiyini göstərən davranışlar
Yeni Maserati GranCabrio
“Euronews” Suqovuşanda - VİDEO
Kim Çen In koronavirusa görə bu şəhəri bağladı, fövqəladə vəziyyət elan edildi
Ermənistan ordusunun alay komandiri və yüksək rütbəli zabitləri vuruldu
Təbiətdən möcüzə görüntülər
Kartof şirniyyatı (foto resept)
Banklara xəbərdarlıq etdi
Cəbhədə minaatan və pulemyotlar işə düşdü
Mütəxəssislər xəbərdarlıq edir - İnternetdə belə səhifələrdən uzaq olun!
Zinət əşyalarına qulluq
Bu maşından artıq olmayacaq
Tətildə bizi gözləyən 22 təhlükə
Belə fəlakət görülmədi: Bir kənd məhv oldu
Məşhurlar necə arıqlayır?
Təəssürat
Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edildi - VİDEO
Oruc nə işə yarayır?
Dünyanın ən təhlükəsi festivalı başlayır-FOTO
Daha gənc görünmək üçün 4 makiyaj hiyləsi
“WhatsApp” rekord qırır
İştahı itirmədən arıqlamağın yolları
Sibel Can Bakıya gəldi
Turş qidalar dişlərin düşmənidir
Qadın və kişiləri özünə əmin edən amillər
Rihanna haqqında Rekord Məbləğə film çəkilir
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Azərbaycan əhalisinin gəlirləri artıb
Ölülərin qoxusu hazırlanacaq
Sürpriz ürək tortu (foto resept)
Bijuteriya boyunbaqlar
Soçi milli komandamızı geridə qoydu
"Ermənilər Azərbaycana aid tarixi faktları saxtalaşdırırlar"
Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub
Pendirli piroq (foto resept)
Mən nə qədər qoca olsam da...
Kosmosdan gələn siqnalları kim göndərir? - Alim rəyi
Bryus Liyə niyə lənət oxudular?
Tərxun limonadı(foto resept)
Sabahın HAVAsı
Ronaldu kilsə axtarışına çıxıb - FOTO
Şahzadə Harri və Meqan Markl ikinci dəfə toy etməyə hazırlaşır
Çağırılmamış qonaq futbol oyununa müdaxilə etdi - VİDEO
Öz dünyası olan bu uşaqları yaşadan həyat eşqidir
Həcc kvotası 600-dən 2000-ə qaldırılıb















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]