Trend xəbər verir ki, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya
Kommunikasiya Texnologiyaları Mərkəzinin həyata keçirdiyi bu layihə Azərbaycan milli mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və tanıdılması, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır.
Belə ki, “Qarabağın səsi” layihəsinə daxil olan musiqi albomundakı kompozisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd, Xocalı, Zəngilan, Şuşa, Xankəndi, Kəlbəcər, Füzuli, Ağdam, Laçın, Cəbrayıl və Qubadlı bölgələrinə həsr olunur. Kompozisiyaların müəllifi əməkdar artist Rain Sultanovdur.
Layihənin reallaşmasında xalq artisti Alim Qasımov, əməkdar artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç Dövlət kamera orkestrinin üzvü Linnea Olson, İsveç, Yaponiya və Gürcüstan musiqiçilərindən Peter Nilson, Yasuhito Mori və İrakli Koiava iştirak ediblər.
Hökumət rəsmilərinin, millət vəkillərinin, ictimaiyyət və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən “Virtual
Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev bu layihənin ərsəyə gəlməsindən söz açıb.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində “Qarabağın səsi” musiqi albomuna daxil olan kataloq da nəşr olunub. Kataloqda Böyük Britaniyadan olan jurnalist İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətində özünəməxsus yerinə dair fikirləri əksini tapıb. Nəşr Azərbaycan, ingilis, rus və ispan dillərində çap edilib.
Mərasimdə çıxış edən İan Peart Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın zəngin mədəniyyətindən söhbət açaraq, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğunu dərin təəssüflə qeyd edib. Xocalı hadisələri zamanı sağ qalan Yasəmən Həsənova ilə söhbətini xatırladan qonaq, bu xanımın indi Xocalıdan olanların övladlarına dərs dediyini və uşaqlara bu yerin necə gözəl olmasından söhbət açdığını diqqətə çatdırıb.
İan Peart belə bir layihənin ərsəyə gəlməsindən qürur duyduğunu, həmçinin azərbaycanlıların öz torpaqlarına qayıdacaqlarına ümidini ifadə edib.Sonra əməkdar artist Rain Sultanov layihənin reallaşmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.Daha sonra layihə haqqında film nümayiş olunub.
Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan digər xalqlara və onların mədəniyyətlərinə hər zaman açıq olub,burada klassik və caz musiqisi dərindən kök salıb. Albomdakı musiqilərdən bunun bir daha şahidi olmaq mümkündür. Bu əsərlərdə torpaqlarımızın işğal edilməsinə etiraz, bu itkidən fiziki və mənəvi əziyyət çəkən insanlara qarşı bir mərhəmət duyulur.
Təqdimat mərasimində yerli və xarici musiqiçilər alboma daxil olan “Xocavənd”, “Xocalı”, “Zəngilan”, “Şuşa”, “Xankəndi”, “Kəlbəcər”, “Füzuli”, “Ağdam”, “Laçın”, “Cəbrayıl”, “Qubadlı” kompozisiyalarını ifa ediblər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var
Yayda sağlam qidalanma üçün tövsiyələr
Koronavirus daha çox hansı orqanı sıradan çıxarır? - Ağ ciyər deyilmiş...
Növbəti imtahanın keçiriləcəyi tarix və yerlər açıqlandı
Qadın sürücü təhlükəlidirmi?
Məşhur aktrisa sosial mediadan imtina etdi
Ömrü azaldan daha bir səbəb bəlli oldu
MN: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur
Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü
Yeni imtahan modelinin layihəsi hazırdır - RƏSMİ
Diqqət: bu balığı almayın!
Bu pətək özü bal süzür
İdmançılarımızdan xoş xəbər
Azərbaycan nefti bahalaşmaqda davam edir
İspan dili 16-cı dərs
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Neslihan tək reklamdan 1,5 milyon qazandı-FOTO
Ağız qoxusunu necə aradan qaldırmalı?
Qırmızı düyülü salat (foto resept)
Evimizdəki təhlükə
Ölkənin ən balaca çobanı odur
Bunlar kişilər üçün zərərlidir
Rulet tortu (foto resept)
Dünyanın ən gözəl nişan üzüyü SEÇİLDİ - FOTO
Rəqəmlər (1)
Kabak qızartması (foto resept)
Əfqan qadınları niyə mavi rəngli hicaba üstünlük verir?
Fəlakət robotu ən güclü oldu
Kayli Cenner kraliça obrazında FOTOsessiya etdirdi
COVID-19-dan qoruyan altı məhsul açıqlandı
ABŞ-da pilotsuz “Uber” sürücüsü adam öldürməkdə günahlandırılır
Paradoksal həyati həqiqətlər
İnsanları geyindirən kitabxana
Dərisinin rənginə görə problemlə üzləşdi
Sürücülük vəsiqələri dəyişdirilə bilər - Texniki qüsur
Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb
Hamiləlik zamanı diş ağrısı
Erməni ulduzun paylaşımı türkləri qəzəbləndirdi-FOTO
Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
Həmkarını lüt şəkilləri ilə hədələyən Təranə: "Çaşanları aşırdıram"
Ermənistana məxsus pilotsuz uçuş aparatı ələ keçirildi - FOTO
Burak Özçivitin bu FOTOsu 1 saniyədə minlərlə bəyənmə topladı
COVİD-19 testinin maya dəyəri açıqlandı - RƏSMİ
Bu gün mövlud gecəsidir
Yay aylarında dəri baxımı
Sami Yusufdan Laçınla bağlı paylaşım
Rus Dili dərs- 5
Silahlı soyğunçuları saqqız və qəhvə qutuları ilə qovdu - VİDEO
Bakıda möhtəşəm sevgi etirafı
- ŞƏRHLƏR