Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Səhiyyə Nazirliyi Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, nazirin diqqət və nəzarətdə saxladığı bu sahəyə yönəlmiş daim bir sıra işlər görülür, müxtəlif layihələr həyata keçirilir. Belə addımlardan biri də Səhiyyə naziri Oqtay Şirəliyevin iyun ayının 20-də Balakən rayonunda keçirdiyi qəbul zamanı olub.
Belə ki, müraciət etmiş 5 aylıq hamilə, Qax rayon sakini Məmmədova Ülviyyə Çingiz qızı, bu günlərdə həkimlərimizin səyləri sayəsində yenidən dünyaya qayıdıb. Balakən rayonunda keçirilən qəbul zamanı nazirə müraciət etmiş xanım İran İslam Respublikasından olduğunu, orada anadangəlmə kəskin ürək qüsurundan əziyyət çəkən Ülviyyə xanıma, hamiləliyin ilk aylarından sonuna kimi xəstəxanada qalmağı məsləhət görüblər. Təklifin maddi imkanları xaricində olması, həbelə psixoloji cəhətdən xarici ölkədə belə bir riskli doğuşun icra olunması təhlükəsi ilə üzləşən gənc ailənin son ümid yeri səhiyyə nazirinin qəbuluna gəlmək olub. Müraciətdən dərhal sonra nazirin xüsusi tapşırığına əsasən Ü.Məmmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib. Hamiləliyinin son üç ayını Perinatal Mərkəzin və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin kardioloqlarının ciddi nəzarəti altında saxlanılıb və oktyabrın 1-də qeysəriyyə əməliyyatına alınıb.
Əməliyyat Respublika Perinatal Mərkəzin baş həkimi S. Məmmədova və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Y.Əliyevin başçılığı altında icra olunub. Əməliyyat uğurla sona yetirilib, hazırda xanım və yeni doğulmuş körpə tam sağlamdır.
Nazirliyin açıqlamasında bildirilir ki, Səhiyyə Nazirliyi Ülviyə xanım kimi, yüzlərlə ana olmaq arzusunda olan xanımlara yardım etməyə hazırdır. Lakin onlardan da tələb olunan məqamlarda var ki, bu da onların vaxtında həkimə müraciət etmələri, daim həkim nəzarəti altında olmalarıdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR