“Moskva” univermağının qızıl ticarətçiləri təşviş içindədir. Durmadan ucuzlaşan qızılın alıcısı da azalıb və bu, gəlirləri azalan bir sıra sahibkarların sektoru tərk etməsi ilə nəticələnib. Qızıl dükanlarındakı boş piştaxtaların sayı artmaqdadır. ANS PRESS-in məlumatına görə, son bir il ərzində Bakı bazarında qızılın qiyməti 25 faizə qədər düşüb. Əgər 2013-cü ilin yayında bir qram qızıl qırıntı şəklində 30 dollara satılırdısa hazırda bu qiymət 23 dollara düşüb. 583 əyyarlı qızıl məmulatların satış qiyməti isə 33 - 35 manatdan 27 - 30 manata düşüb. İş adamı Ramin Məmmədovun ANS PRESS-ə bildirdiyinə görə, qızılda davam edən ucuzlaşma adamlara psixoloji təsir göstərib. “Artıq əhali qızıl almağa risk etmir və ucuzlaşacağını düşünür. Bizi xilas edən qarşıda məhərrəmliyə qədər gözlənilən 2 aylıq toylar mövsümüdür. Bu qızıl alanların sayını bir qədər artırıb. Amma burda da azalma baş verib. İndi orta hesabla bir gəlinə 2,5 - 5 min manatlıq qızıl alırlar, amma bir-iki il qabaq bu, 7 min manata qədər çatıdı”, - deyə Ramin Məmmədov ANS PRESS-ə bildirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda il ərzində 85 minə yaxın ailə qurulur və hər toyda qızıla ödənilən pul 2 min manat azalarsa, bu, bazarda satışların 170 milyon manat aşağı düşməsi deməkdir. Ramin Məmmədovun dediyinə görə, iş adamının qızıl əşyaların satışı ilə normal məşğul olması üçün aylıq gəliri ən azı 5 min manat olmalıdır. Buraya həm işçilərin maaşı, həm vergi, mühafizə və icarə xərcləri, həm də iş adamın şəxsi gəliri daxildir. İl ərzində gəlirlərin 170 min manat azalması Azərbaycan üzrə təxminən 3 min iş yerinin bağlanması və 10 minə yaxın adamın işsiz qalması deməkdir. Yəni yetərincə ciddi geriləmədir. İqtisadçı ekspert Samir Əliyev qızılın qiymətində Azərbaycan iqtisadiyyatı üçün arzuolunmaz
bu cür davamlı ucuzlaşmanı qlobal səviyyədə gedən proseslərlə bağlayır. Onun fikrincə, 2009-cu ildə baş vermiş qlobal böhran nəticəsində qızılın qiyməti real olmayan səviyyədə bahalaşmışdı. Çünki maliyyəçilər öz aktivlərini daha çox qızıla yönəldiblər. “İndi isə dünya iqtisadiyyatı dirçəlir və qızıl da öz real qiymətinə dönür”, - deyə Samir Əliyev ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, dünya bazarında zinət qızılını ucuzlaşdıran digər səbəb isə Hindistanda hökumət səviyyəsində tətbiq edilən yenilikdir. “Dünya bazarında zinət qızılının əsas alıcısı Hindistandır. Son zamanlar bu ölkənin hökuməti qızıl satışına yeni vergi tətbiq edib və bu da qızıl əşyaların qiymətini artırıb. Nəticədə, qızıl satışları azalıb”,- deyə Samir Əliyev vurğulayır. İqtisadi ekspertin fikrincə, Azərbaycanda son illərdə trendin dəyişməsi də buna təsir göstərib: “İndi Azərbaycanda heç kim qızıl əşya taxaraq işə getmir. Zinət əşyalarının ölçüləri də kiçilib. Bu da qiymətlərə təsir edir”. Lakin bununla belə, Samir Əliyev qızıl bazarı iştirkçılarını narahat olmamağa çağırır: “Qızıl həmişə bahalaşmağa meylli əmtəədir. İmkanlı adamlarının bu məsələyə xüsusi yanaşması var. Yaxın müddətə (1-2 ilə) yatırım etmək istəyənlər daha likvid aktivlərə meyl edirlər. Amma daha uzun müddətə yatırım edənlər adətən qızıl alırlar. Çünki müəyyən müddətdən sonra bu bazarda qiymətlər sabitləşəcək və qızıl yenidən zəif də olsa davamlı şəkildə bahalaşmağa başlayacaq”, - deyə Samir Əliyev vurğulayıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR